< Yaqub 4 >
1 Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?
Πόθεν πόλεμοι καὶ πόθεν μάχαι ἐν ὑμῖν; Οὐκ ἐντεῦθεν ἐκ τῶν ἡδονῶν ὑμῶν, τῶν στρατευομένων ἐν τοῖς μέλεσιν ὑμῶν;
2 Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz.
Ἐπιθυμεῖτε καὶ οὐκ ἔχετε· φονεύετε καὶ ζηλοῦτε, καὶ οὐ δύνασθε ἐπιτυχεῖν· μάχεσθε καὶ πολεμεῖτε. Οὐκ ἔχετε, διὰ τὸ μὴ αἰτεῖσθαι ὑμᾶς·
3 Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz.
αἰτεῖτε καὶ οὐ λαμβάνετε, διότι κακῶς αἰτεῖσθε, ἵνα ἐν ταῖς ἡδοναῖς ὑμῶν δαπανήσητε.
4 Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər.
Μοιχαλίδες! Οὐκ οἴδατε ὅτι ἡ φιλία τοῦ κόσμου, ἔχθρα τοῦ ˚Θεοῦ ἐστιν; Ὃς ἐὰν οὖν βουληθῇ φίλος εἶναι τοῦ κόσμου, ἐχθρὸς τοῦ ˚Θεοῦ καθίσταται.
5 Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyi ruh qısqanclıqla həsrət çəkər» deyir?
Ἢ δοκεῖτε ὅτι κενῶς ἡ Γραφὴ λέγει, “Πρὸς φθόνον ἐπιποθεῖ τὸ ˚Πνεῦμα ὃ κατῴκισεν ἐν ἡμῖν;”
6 Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər».
Μείζονα δὲ δίδωσιν χάριν. Διὸ λέγει, “Ὁ ˚Θεὸς ὑπερηφάνοις ἀντιτάσσεται, ταπεινοῖς δὲ δίδωσιν χάριν.”
7 Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq.
Ὑποτάγητε οὖν τῷ ˚Θεῷ. Ἀντίστητε δὲ τῷ διαβόλῳ, καὶ φεύξεται ἀφʼ ὑμῶν.
8 Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!
Ἐγγίσατε τῷ ˚Θεῷ, καὶ ἐγγιεῖ ὑμῖν. Καθαρίσατε χεῖρας, ἁμαρτωλοί, καὶ ἁγνίσατε καρδίας, δίψυχοι.
9 Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün!
Ταλαιπωρήσατε, καὶ πενθήσατε, καὶ κλαύσατε. Ὁ γέλως ὑμῶν εἰς πένθος μετατραπήτω, καὶ ἡ χαρὰ εἰς κατήφειαν.
10 Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.
Ταπεινώθητε ἐνώπιον ˚Κυρίου, καὶ ὑψώσει ὑμᾶς.
11 Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən.
Μὴ καταλαλεῖτε ἀλλήλων, ἀδελφοί. Ὁ καταλαλῶν ἀδελφοῦ ἢ κρίνων τὸν ἀδελφὸν αὐτοῦ, καταλαλεῖ νόμου καὶ κρίνει νόμον. Εἰ δὲ νόμον κρίνεις, οὐκ εἶ ποιητὴς νόμου, ἀλλὰ κριτής.
12 Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?
Εἷς ἐστιν νομοθέτης καὶ κριτής, ὁ δυνάμενος σῶσαι καὶ ἀπολέσαι. Σὺ δὲ τίς εἶ, ὁ κρίνων τὸν πλησίον;
13 İndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq».
Ἄγε νῦν, οἱ λέγοντες, “Σήμερον ἢ αὔριον, πορευσόμεθα εἰς τήνδε τὴν πόλιν, καὶ ποιήσομεν ἐκεῖ ἐνιαυτὸν, καὶ ἐμπορευσόμεθα, καὶ κερδήσομεν.”
14 Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.
Οἵτινες οὐκ ἐπίστασθε τῆς αὔριον, ποία γὰρ ζωὴ ὑμῶν; Ἀτμὶς γάρ ἐστε, ἡ πρὸς ὀλίγον φαινομένη, ἔπειτα καὶ ἀφανιζομένη.
15 Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz.
Ἀντὶ τοῦ λέγειν ὑμᾶς, “Ἐὰν ὁ ˚Κύριος θελήσῃ, καὶ ζήσομεν καὶ ποιήσομεν, τοῦτο ἢ ἐκεῖνο.”
16 İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir.
Νῦν δὲ καυχᾶσθε ἐν ταῖς ἀλαζονείαις ὑμῶν. Πᾶσα καύχησις τοιαύτη πονηρά ἐστιν.
17 Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.
Εἰδότι οὖν καλὸν ποιεῖν, καὶ μὴ ποιοῦντι, ἁμαρτία αὐτῷ ἐστιν.