< Yaqub 2 >

1 Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin.
Ἀδελφοί μου, μὴ ἐν προσωπολημψίαις ἔχετε τὴν πίστιν τοῦ ˚Κυρίου ἡμῶν, ˚Ἰησοῦ ˚Χριστοῦ, τῆς δόξης.
2 Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə,
Ἐὰν γὰρ εἰσέλθῃ εἰς συναγωγὴν ὑμῶν, ἀνὴρ χρυσοδακτύλιος, ἐν ἐσθῆτι λαμπρᾷ, εἰσέλθῃ δὲ καὶ πτωχὸς, ἐν ῥυπαρᾷ ἐσθῆτι,
3 gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə,
ἐπιβλέψητε δὲ ἐπὶ τὸν φοροῦντα τὴν ἐσθῆτα τὴν λαμπρὰν, καὶ εἴπητε, “Σὺ κάθου ὧδε καλῶς”, καὶ τῷ πτωχῷ εἴπητε, “Σὺ στῆθι ἐκεῖ”, ἢ, “Κάθου ὑπὸ τὸ ὑποπόδιόν μου”,
4 öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı?
οὐ διεκρίθητε ἐν ἑαυτοῖς, καὶ ἐγένεσθε κριταὶ διαλογισμῶν πονηρῶν;
5 Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Ἀκούσατε, ἀδελφοί μου ἀγαπητοί: οὐχ ὁ ˚Θεὸς ἐξελέξατο τοὺς πτωχοὺς τῷ κόσμῳ, πλουσίους ἐν πίστει, καὶ κληρονόμους τῆς βασιλείας ἧς ἐπηγγείλατο τοῖς ἀγαπῶσιν αὐτόν;
6 Sizsə kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi məhkəmələrə çəkən onlar deyilmi?
Ὑμεῖς δὲ ἠτιμάσατε τὸν πτωχόν. Οὐχ οἱ πλούσιοι καταδυναστεύουσιν ὑμῶν, καὶ αὐτοὶ ἕλκουσιν ὑμᾶς εἰς κριτήρια;
7 Sizin məxsus olduğunuz Şəxsin şərəfli adına küfr edən onlar deyilmi?
Οὐκ αὐτοὶ βλασφημοῦσιν τὸ καλὸν ὄνομα τὸ ἐπικληθὲν ἐφʼ ὑμᾶς;
8 Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz.
Εἰ μέντοι νόμον τελεῖτε βασιλικὸν, κατὰ τὴν Γραφήν, “Ἀγαπήσεις τὸν πλησίον σου ὡς σεαυτόν”, καλῶς ποιεῖτε.
9 Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz.
Εἰ δὲ προσωπολημπτεῖτε, ἁμαρτίαν ἐργάζεσθε, ἐλεγχόμενοι ὑπὸ τοῦ νόμου ὡς παραβάται.
10 Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur.
Ὅστις γὰρ ὅλον τὸν νόμον τηρήσῃ, πταίσῃ δὲ ἐν ἑνί, γέγονεν πάντων ἔνοχος.
11 Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan.
Ὁ γὰρ εἰπών, “Μὴ μοιχεύσῃς”, εἶπεν καί, “Μὴ φονεύσῃς.” Εἰ δὲ οὐ μοιχεύεις, φονεύεις δέ, γέγονας παραβάτης νόμου.
12 Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın.
Οὕτως λαλεῖτε, καὶ οὕτως ποιεῖτε, ὡς διὰ νόμου ἐλευθερίας μέλλοντες κρίνεσθαι.
13 Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir.
Ἡ γὰρ κρίσις ἀνέλεος τῷ μὴ ποιήσαντι ἔλεος. Κατακαυχᾶται ἔλεος κρίσεως.
14 Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi?
Τί ὄφελος, ἀδελφοί μου, ἐὰν πίστιν λέγῃ τις, ἔχειν ἔργα, δὲ μὴ ἔχῃ; Μὴ δύναται ἡ πίστις σῶσαι αὐτόν;
15 Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa
Ἐὰν ἀδελφὸς ἢ ἀδελφὴ γυμνοὶ ὑπάρχωσιν, καὶ λειπόμενοι τῆς ἐφημέρου τροφῆς,
16 və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var?
εἴπῃ δέ τις αὐτοῖς ἐξ ὑμῶν, “Ὑπάγετε ἐν εἰρήνῃ, θερμαίνεσθε καὶ χορτάζεσθε”, μὴ δῶτε δὲ αὐτοῖς τὰ ἐπιτήδεια τοῦ σώματος, τί ὄφελος;
17 İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.
Οὕτως καὶ ἡ πίστις, ἐὰν μὴ ἔχῃ ἔργα, νεκρά ἐστιν καθʼ ἑαυτήν.
18 Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə göstərəcəyəm.
Ἀλλʼ ἐρεῖ τις, “Σὺ πίστιν ἔχεις, κἀγὼ ἔργα ἔχω. Δεῖξόν μοι τὴν πίστιν σου χωρὶς τῶν ἔργων, κἀγώ σοι δείξω ἐκ τῶν ἔργων μου τὴν πίστιν.”
19 Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər!
Σὺ πιστεύεις ὅτι εἷς ἐστιν ὁ ˚Θεός. Καλῶς ποιεῖς· καὶ τὰ δαιμόνια πιστεύουσιν καὶ φρίσσουσιν.
20 Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi?
Θέλεις δὲ γνῶναι, ὦ ἄνθρωπε κενέ, ὅτι ἡ πίστις χωρὶς τῶν ἔργων ἀργή ἐστιν;
21 Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı?
Ἀβραὰμ ὁ πατὴρ ἡμῶν οὐκ ἐξ ἔργων ἐδικαιώθη, ἀνενέγκας Ἰσαὰκ τὸν υἱὸν αὐτοῦ ἐπὶ τὸ θυσιαστήριον;
22 Görürsən, iman onun əməlləri ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır.
Βλέπεις ὅτι ἡ πίστις συνήργει τοῖς ἔργοις αὐτοῦ, καὶ ἐκ τῶν ἔργων ἡ πίστις ἐτελειώθη.
23 Beləliklə, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı belə yerinə yetdi və İbrahim Allahın dostu adlandırıldı.
Καὶ ἐπληρώθη ἡ Γραφὴ ἡ λέγουσα, “Ἐπίστευσεν δὲ Ἀβραὰμ τῷ ˚Θεῷ, καὶ ἐλογίσθη αὐτῷ εἰς δικαιοσύνην”, καὶ φίλος ˚Θεοῦ ἐκλήθη.
24 Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır.
Ὁρᾶτε ὅτι ἐξ ἔργων δικαιοῦται ἄνθρωπος, καὶ οὐκ ἐκ πίστεως μόνον.
25 Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı?
Ὁμοίως δὲ καὶ Ῥαὰβ ἡ πόρνη οὐκ ἐξ ἔργων ἐδικαιώθη, ὑποδεξαμένη τοὺς ἀγγέλους καὶ ἑτέρᾳ ὁδῷ ἐκβαλοῦσα;
26 Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür.
Ὥσπερ γὰρ τὸ σῶμα χωρὶς πνεύματος νεκρόν ἐστιν, οὕτως καὶ ἡ πίστις χωρὶς ἔργων νεκρά ἐστιν.

< Yaqub 2 >