< Yeşaya 9 >
1 Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı, Gələcəkdə isə dənizkənarı yolu, İordan çayının o biri tayını, Müxtəlif millətlər yaşayan Qalileyanı Şərəfə çatdıracaq.
但那受過痛苦的必不再見幽暗。 從前上帝使西布倫地和拿弗他利地被藐視,末後卻使這沿海的路,約旦河外,外邦人的加利利地得着榮耀。
2 Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların Üzərinə nur doğdu.
在黑暗中行走的百姓看見了大光; 住在死蔭之地的人有光照耀他們。
3 Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, Əkib-biçənlərin fərəhləndiyi, Qənimət bölənlərin sevindiyi kimi Onlar da Sənin hüzurunda sevindilər.
你使這國民繁多, 加增他們的喜樂; 他們在你面前歡喜, 好像收割的歡喜, 像人分擄物那樣的快樂。
4 Çünki onlara yük olan boyunduruğunu, Çiyinlərini döyən çomağını, Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi.
因為他們所負的重軛 和肩頭上的杖, 並欺壓他們人的棍, 你都已經折斷, 好像在米甸的日子一樣。
5 Döyüşdə geyilən çəkmələri, Qana bulanmış geyimləri yandırılacaq, Oda yem olacaq.
戰士在亂殺之間所穿戴的盔甲, 並那滾在血中的衣服, 都必作為可燒的, 當作火柴。
6 Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
因有一嬰孩為我們而生; 有一子賜給我們。 政權必擔在他的肩頭上; 他名稱為「奇妙策士、全能的上帝、永在的父、和平的君」。
7 Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.
他的政權與平安必加增無窮。 他必在大衛的寶座上治理他的國, 以公平公義使國堅定穩固, 從今直到永遠。 萬軍之耶和華的熱心必成就這事。
8 İsrail üzərində həyata keçirilsin deyə Rəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi.
主使一言入於雅各家, 落於以色列家。
9 Bütün xalq, Efrayimin, Samariyanın sakinləri Bunu biləcək. Bu qürurlu, təkəbbürlü xalq belə deyir:
這眾百姓,就是以法蓮 和撒馬利亞的居民,都要知道; 他們憑驕傲自大的心說:
10 «Kərpic evlərimiz yıxıldı, Amma əvəzinə yonma daşdan evlər tikərik. Firon ənciri ağacları kəsildi, Amma biz onların əvəzinə sidr ağacları əkərik».
磚牆塌了,我們卻要鑿石頭建築; 桑樹砍了,我們卻要換香柏樹。
11 Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək, Yağılarını dirçəldəcək,
因此,耶和華要高舉利汛的敵人 來攻擊以色列, 並要激動以色列的仇敵。
12 Aramlılar şərqdən, Filiştlilər qərbdən Ağızlarını açıb İsraili udacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
東有亞蘭人,西有非利士人; 他們張口要吞吃以色列。 雖然如此,耶和華的怒氣還未轉消; 他的手仍伸不縮。
13 Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi, Ordular Rəbbini axtarmadı.
這百姓還沒有歸向擊打他們的主, 也沒有尋求萬軍之耶和華。
14 Buna görə Rəbb İsraildən başı, quyruğu, Xurma ağacının budağını, qarğını bir gündə kəsib atacaq.
因此,耶和華一日之間 必從以色列中剪除頭與尾, 棕枝與蘆葦-
15 Baş – ağsaqqal və hörmətli şəxsdir, Quyruq isə yalan təlim verən peyğəmbərdir.
長老和尊貴人就是頭, 以謊言教人的先知就是尾。
16 Bu xalqa yol göstərənlər onları azdırır, Onların ardınca gedənlər qırılır.
因為,引導這百姓的使他們走錯了路; 被引導的都必敗亡。
17 Buna görə də Xudavənd Onların cavanlarına görə sevinməyəcək, Yetimlərin və dul qadınların halına yanmayacaq. Çünki hamı allahsızdır, Şər işlər görür, Hamının ağzından axmaq kəlmələr çıxır. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
所以,主必不喜悅他們的少年人, 也不憐恤他們的孤兒寡婦; 因為,各人是褻瀆的,是行惡的, 並且各人的口都說愚妄的話。 雖然如此,耶和華的怒氣還未轉消; 他的手仍伸不縮。
18 Ona görə pislik alovlanıb-yanır, Tikanla qanqalı yandırıb-yaxır, Meşədəki kolluqlar məhv olur, Tüstü sütunları qalxır.
邪惡像火焚燒, 燒滅荊棘和蒺藜, 在稠密的樹林中着起來, 就成為煙柱,旋轉上騰。
19 Ordular Rəbbinin qəzəbi Ölkəni od kimi yandırdı, Xalqı alov yandırıb-yaxır, Qardaş qardaşa rəhm etmir.
因萬軍之耶和華的烈怒,地都燒遍; 百姓成為火柴; 無人憐愛弟兄。
20 Adamlar orada-burada tapdıqlarını yeyəcək, Amma doymayıb ac qalacaq. Hər kəs öz uşağının ətini yeyəcək.
有人右邊搶奪,仍受飢餓, 左邊吞吃,仍不飽足; 各人吃自己膀臂上的肉。
21 Menaşşe Efrayimi yeyəcək, Efrayim Menaşşeni. Sonra birlikdə Yəhudaya hücum edəcəklər. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
瑪拿西吞吃以法蓮; 以法蓮吞吃瑪拿西, 又一同攻擊猶大。 雖然如此,耶和華的怒氣還未轉消; 他的手仍伸不縮。