< Yeşaya 7 >

1 Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər.
ויהי בימי אחז בן יותם בן עזיהו מלך יהודה עלה רצין מלך ארם ופקח בן רמליהו מלך ישראל ירושלם למלחמה עליה ולא יכל להלחם עליה
2 Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi.
ויגד לבית דוד לאמר נחה ארם על אפרים וינע לבבו ולבב עמו כנוע עצי יער מפני רוח
3 Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx».
ויאמר יהוה אל ישעיהו צא נא לקראת אחז אתה ושאר ישוב בנך אל קצה תעלת הברכה העליונה--אל מסלת שדה כובס
4 Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın!
ואמרת אליו השמר והשקט אל תירא ולבבך אל ירך משני זנבות האודים העשנים האלה--בחרי אף רצין וארם ובן רמליהו
5 Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq
יען כי יעץ עליך ארם--רעה אפרים ובן רמליהו לאמר
6 belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”».
נעלה ביהודה ונקיצנה ונבקענה אלינו ונמליך מלך בתוכה את בן טבאל
7 Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq.
כה אמר אדני יהוה לא תקום ולא תהיה
8 Çünki Aramın paytaxtı Dəməşqdir, Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra Darmadağın edilib xalq kimi qalmayacaq.
כי ראש ארם דמשק וראש דמשק רצין ובעוד ששים וחמש שנה יחת אפרים מעם
9 Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, Heç dayana bilməzsiniz».
וראש אפרים שמרון וראש שמרון בן רמליהו אם לא תאמינו כי לא תאמנו
10 Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə.
ויוסף יהוה דבר אל אחז לאמר
11 Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». (Sheol h7585)
שאל לך אות מעם יהוה אלהיך העמק שאלה או הגבה למעלה (Sheol h7585)
12 Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm».
ויאמר אחז לא אשאל ולא אנסה את יהוה
13 Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz?
ויאמר שמעו נא בית דוד המעט מכם הלאות אנשים כי תלאו גם את אלהי
14 Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq.
לכן יתן אדני הוא לכם--אות הנה העלמה הרה וילדת בן וקראת שמו עמנו אל
15 Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək.
חמאה ודבש יאכל--לדעתו מאוס ברע ובחור בטוב
16 Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq.
כי בטרם ידע הנער מאס ברע--ובחר בטוב תעזב האדמה אשר אתה קץ מפני שני מלכיה
17 Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək.
יביא יהוה עליך ועל עמך ועל בית אביך ימים אשר לא באו למיום סור אפרים מעל יהודה את מלך אשור
18 O gün Rəbb fit çalacaq və Misir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi, Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək.
והיה ביום ההוא ישרק יהוה לזבוב אשר בקצה יארי מצרים ולדבורה--אשר בארץ אשור
19 Onlar axın-axın gəlib dərin vadilərdə, Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda, Otlaqlarda məskunlaşacaq.
ובאו ונחו כלם בנחלי הבתות ובנקיקי הסלעים ובכל הנעצוצים ובכל הנהללים
20 O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə – Aşşur padşahı ilə saçlarınızı, Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq.
ביום ההוא יגלח אדני בתער השכירה בעברי נהר במלך אשור את הראש ושער הרגלים וגם את הזקן תספה
21 O gün bir düyə ilə bir cüt qoyun bəsləyən
והיה ביום ההוא יחיה איש עגלת בקר ושתי צאן
22 Aldığı bol süd nəticəsində kərə yağı yeyəcək. Ölkədə sağ qalan hər kəs kərə yağı ilə bal yeyəcək.
והיה מרב עשות חלב--יאכל חמאה כי חמאה ודבש יאכל כל הנותר בקרב הארץ
23 O gün min gümüş dəyərində min tənək olan Bağ tikanlı, qanqallı çölə dönəcək.
והיה ביום ההוא--יהיה כל מקום אשר יהיה שם אלף גפן באלף כסף לשמיר ולשית יהיה
24 Adamlar oralardan oxlarla, kamanlarla keçəcək, Çünki ölkənin hər yanı tikan və qanqalla örtüləcək.
בחצים ובקשת יבוא שמה כי שמיר ושית תהיה כל הארץ
25 Bir vaxt şumlanıb əkin əkilən təpələr Kimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək, Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək».
וכל ההרים אשר במעדר יעדרון--לא תבוא שמה יראת שמיר ושית והיה למשלח שור ולמרמס שה

< Yeşaya 7 >