< Yeşaya 65 >

1 «Məni soruşmayanlara Mən zühur etdim, Məni axtarmayanlar tərəfindən tapıldım. Adımı çağırmayan millətə dedim: “Buradayam! Buradayam!”
נִדְרַשְׁתִּי לְלוֹא שָׁאָלוּ נִמְצֵאתִי לְלֹא בִקְשֻׁנִי אָמַרְתִּי הִנֵּנִי הִנֵּנִי אֶל־גּוֹי לֹֽא־קֹרָא בִשְׁמִֽי׃
2 Pis yolla gedən, Öz düşüncələri ilə hərəkət edən Dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum.
פֵּרַשְׂתִּי יָדַי כׇּל־הַיּוֹם אֶל־עַם סוֹרֵר הַהֹֽלְכִים הַדֶּרֶךְ לֹא־טוֹב אַחַר מַחְשְׁבֹתֵיהֶֽם׃
3 O xalq ki bağlarda qurban kəsərək, Kərpiclərin üstündə buxur yandırıb Gözüm önündə daima Məni təhqir edir,
הָעָם הַמַּכְעִסִים אֹתִי עַל־פָּנַי תָּמִיד זֹֽבְחִים בַּגַּנּוֹת וּֽמְקַטְּרִים עַל־הַלְּבֵנִֽים׃
4 Qəbiristanlıqda oturub Gizli yerlərdə gecələyir, Donuz əti yeyir, Qablarında haram ət qaynadır.
הַיֹּֽשְׁבִים בַּקְּבָרִים וּבַנְּצוּרִים יָלִינוּ הָאֹֽכְלִים בְּשַׂר הַחֲזִיר (ופרק) [וּמְרַק] פִּגֻּלִים כְּלֵיהֶֽם׃
5 Onlar bir-birinə deyir: “Uzaq dur, Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”. Belələri burnuma tüstü, Bütün gün yanan alovdur.
הָאֹֽמְרִים קְרַב אֵלֶיךָ אַל־תִּגַּשׁ־בִּי כִּי קְדַשְׁתִּיךָ אֵלֶּה עָשָׁן בְּאַפִּי אֵשׁ יֹקֶדֶת כׇּל־הַיּֽוֹם׃
6 Budur, qarşımda bunlar yazılıb: Mən susmayacağam, Ancaq onların əvəzini verəcəyəm, Əməllərini başlarına çevirəcəyəm.
הִנֵּה כְתוּבָה לְפָנָי לֹא אֶֽחֱשֶׁה כִּי אִם־שִׁלַּמְתִּי וְשִׁלַּמְתִּי עַל־חֵיקָֽם׃
7 Onların da, atalarının da qəbahətlərinin cəzasını Onlara çəkdirəcəyəm». Rəbb deyir. «Dağların başında buxur yandırdıqlarına görə, Təpələrin başında Mənə küfr etdiklərinə görə Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm».
עֲוֺנֹתֵיכֶם וַעֲוֺנֹת אֲבוֹתֵיכֶם יַחְדָּו אָמַר יְהֹוָה אֲשֶׁר קִטְּרוּ עַל־הֶהָרִים וְעַל־הַגְּבָעוֹת חֵרְפוּנִי וּמַדֹּתִי פְעֻלָּתָם רִאשֹׁנָה (על) [אֶל־]חֵיקָֽם׃
8 Rəbb deyir: «Üzüm salxımında şirə tapıldığına görə deyirlər: “Salxımı xarab etməyin, içində bərəkət var”. Mən də qullarımın xatirinə belə edərəm ki, Onların hamısı məhv olmasın.
כֹּה ׀ אָמַר יְהֹוָה כַּאֲשֶׁר יִמָּצֵא הַתִּירוֹשׁ בָּֽאֶשְׁכּוֹל וְאָמַר אַל־תַּשְׁחִיתֵהוּ כִּי בְרָכָה בּוֹ כֵּן אֶֽעֱשֶׂה לְמַעַן עֲבָדַי לְבִלְתִּי הַֽשְׁחִית הַכֹּֽל׃
9 Yaqubdan törəyənlərin sayını artıracağam, Yəhuda nəslindən dağlarıma varis çıxacaq, Seçilmiş xalqım oranı irs alacaq. Mənim qullarım orada məskunlaşacaq.
וְהוֹצֵאתִי מִֽיַּעֲקֹב זֶרַע וּמִֽיהוּדָה יוֹרֵשׁ הָרָי וִירֵשׁוּהָ בְחִירַי וַעֲבָדַי יִשְׁכְּנוּ־שָֽׁמָּה׃
10 Məni axtaran xalqım üçün Şaron sürülərin otlağı, Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq.
וְהָיָה הַשָּׁרוֹן לִנְוֵה־צֹאן וְעֵמֶק עָכוֹר לְרֵבֶץ בָּקָר לְעַמִּי אֲשֶׁר דְּרָשֽׁוּנִי׃
11 Lakin sizlər – Rəbbi tərk edənlər, Müqəddəs dağımı unudanlar, Tale allahına süfrə açanlar, Qismət allahına camlarda şərab təqdim edənlər,
וְאַתֶּם עֹזְבֵי יְהֹוָה הַשְּׁכֵחִים אֶת־הַר קׇדְשִׁי הַעֹרְכִים לַגַּד שֻׁלְחָן וְהַֽמְמַלְאִים לַמְנִי מִמְסָֽךְ׃
12 Mən də sizi qılınca qismət edəcəyəm, Hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, Danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz».
וּמָנִיתִי אֶתְכֶם לַחֶרֶב וְכֻלְּכֶם לַטֶּבַח תִּכְרָעוּ יַעַן קָרָאתִי וְלֹא עֲנִיתֶם דִּבַּרְתִּי וְלֹא שְׁמַעְתֶּם וַתַּעֲשׂוּ הָרַע בְּעֵינַי וּבַאֲשֶׁר לֹֽא־חָפַצְתִּי בְּחַרְתֶּֽם׃
13 Buna görə də Xudavənd Rəbb belə deyir: «Qullarım yeyəcək, sizsə ac qalacaqsınız, Qullarım içəcək, sizsə susayacaqsınız, Qullarım sevinəcək, sizsə utanacaqsınız.
לָכֵן כֹּֽה־אָמַר ׀ אֲדֹנָי יֱהֹוִה הִנֵּה עֲבָדַי ׀ יֹאכֵלוּ וְאַתֶּם תִּרְעָבוּ הִנֵּה עֲבָדַי יִשְׁתּוּ וְאַתֶּם תִּצְמָאוּ הִנֵּה עֲבָדַי יִשְׂמָחוּ וְאַתֶּם תֵּבֹֽשׁוּ׃
14 Qullarım şadlanıb mədhiyyələr söyləyəcək, Sizsə ürək ağrısından qışqıracaqsınız, Kədərli ruhla fəryad edəcəksiniz.
הִנֵּה עֲבָדַי יָרֹנּוּ מִטּוּב לֵב וְאַתֶּם תִּצְעֲקוּ מִכְּאֵב לֵב וּמִשֵּׁבֶר רוּחַ תְּיֵלִֽילוּ׃
15 Sizin adınız seçilmiş xalqımın Ağzında ancaq lənət kimi qalacaq. Xudavənd Rəbb sizi öldürəcək, Öz qullarına isə başqa ad verəcək.
וְהִנַּחְתֶּם שִׁמְכֶם לִשְׁבוּעָה לִבְחִירַי וֶהֱמִֽיתְךָ אֲדֹנָי יֱהֹוִה וְלַעֲבָדָיו יִקְרָא שֵׁם אַחֵֽר׃
16 Ölkədə kim xeyir-dua istəsə, Sadiq Allahdan diləyəcək. Ölkədə kim and içsə, Sadiq Allahın adı ilə and içəcək. Çünki keçmiş əziyyətlər unudulub Gözümün önündən yox olacaq.
אֲשֶׁר הַמִּתְבָּרֵךְ בָּאָרֶץ יִתְבָּרֵךְ בֵּאלֹהֵי אָמֵן וְהַנִּשְׁבָּע בָּאָרֶץ יִשָּׁבַע בֵּאלֹהֵי אָמֵן כִּי נִשְׁכְּחוּ הַצָּרוֹת הָרִאשֹׁנוֹת וְכִי נִסְתְּרוּ מֵֽעֵינָֽי׃
17 Budur, Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, Heç yada düşməyəcək.
כִּֽי־הִנְנִי בוֹרֵא שָׁמַיִם חֲדָשִׁים וָאָרֶץ חֲדָשָׁה וְלֹא תִזָּכַרְנָה הָרִאשֹׁנוֹת וְלֹא תַעֲלֶינָה עַל־לֵֽב׃
18 Yaratdığımla əbədilik sevinin, şadlanın. Çünki sevinc üçün yeni Yerusəlimi, Sakinlərini xoşbəxtlik üçün yaradacağam.
כִּֽי־אִם־שִׂישֽׂוּ וְגִילוּ עֲדֵי־עַד אֲשֶׁר אֲנִי בוֹרֵא כִּי הִנְנִי בוֹרֵא אֶת־יְרוּשָׁלַ͏ִם גִּילָהֿ וְעַמָּהּ מָשֽׂוֹשׂ׃
19 Mən Yerusəlim üçün sevinəcəyəm, Xalqım üçün şadlanacağam. Orada nə ağlaşma, nə fəryad səsi Bir daha eşidilməyəcək.
וְגַלְתִּי בִירוּשָׁלַ͏ִם וְשַׂשְׂתִּי בְעַמִּי וְלֹא־יִשָּׁמַע בָּהּ עוֹד קוֹל בְּכִי וְקוֹל זְעָקָֽה׃
20 Uşaqlar artıq körpə çağlarında ölməyəcək, Uzun ömür sürməyən qoca olmayacaq, Yüz yaşında ölənlər cavan sayılacaq, Yüz yaşına çatmayanlar lənətli sayılacaq.
לֹא־יִהְיֶה מִשָּׁם עוֹד עוּל יָמִים וְזָקֵן אֲשֶׁר לֹֽא־יְמַלֵּא אֶת־יָמָיו כִּי הַנַּעַר בֶּן־מֵאָה שָׁנָה יָמוּת וְהַחוֹטֶא בֶּן־מֵאָה שָׁנָה יְקֻלָּֽל׃
21 Onlar evlər tikib orada məskunlaşacaq, Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək.
וּבָנוּ בָתִּים וְיָשָׁבוּ וְנָטְעוּ כְרָמִים וְאָכְלוּ פִּרְיָֽם׃
22 Tikdikləri evdə özgələr yaşamayacaq, Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, Seçilmişlərim əllərinin işlərindən zövq alacaq.
לֹא יִבְנוּ וְאַחֵר יֵשֵׁב לֹא יִטְּעוּ וְאַחֵר יֹאכֵל כִּֽי־כִימֵי הָעֵץ יְמֵי עַמִּי וּמַעֲשֵׂה יְדֵיהֶם יְבַלּוּ בְחִירָֽי׃
23 Onlar boş yerə əlləşməyəcək, Övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq.
לֹא יִֽיגְעוּ לָרִיק וְלֹא יֵלְדוּ לַבֶּהָלָה כִּי זֶרַע בְּרוּכֵי יְהֹוָה הֵמָּה וְצֶאֱצָאֵיהֶם אִתָּֽם׃
24 Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm.
וְהָיָה טֶֽרֶם־יִקְרָאוּ וַאֲנִי אֶעֱנֶה עוֹד הֵם מְדַבְּרִים וַאֲנִי אֶשְׁמָֽע׃
25 Qurdla quzu bir yerdə otlayacaq, Şir buğa tək saman yeyəcək, İlanın yediyi torpaq olacaq. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək». Rəbb belə deyir.
זְאֵב וְטָלֶה יִרְעוּ כְאֶחָד וְאַרְיֵה כַּבָּקָר יֹאכַל־תֶּבֶן וְנָחָשׁ עָפָר לַחְמוֹ לֹֽא־יָרֵעוּ וְלֹֽא־יַשְׁחִיתוּ בְּכׇל־הַר קׇדְשִׁי אָמַר יְהֹוָֽה׃

< Yeşaya 65 >