< Yeşaya 62 >
1 Salehliyi nur kimi saçanadək, Qurtuluşu məşəl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam.
For Zion's sake I will not keep silent, and for Jerusalem's sake I will not rest, until her righteousness go forth as brightness, and her salvation as a lamp that burns.
2 Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.
The nations shall see your righteousness, and all kings your glory, and you shall be called by a new name, which the mouth of the LORD shall name.
3 Sən Rəbbin əlində gözəllik tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
You shall also be a crown of beauty in the hand of the LORD, and a royal diadem in the hand of your God.
4 Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq.
And you shall no more be termed Forsaken; neither shall your land any more be termed Desolate: but you shall be called Hephzibah, and your land Beulah; for the LORD delights in you, and your land shall be married.
5 Bir gənc bakirə qızla evləndiyi kimi Səni Yaradan da səninlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq.
For just as a young man marries a virgin, so your sons shall marry you; and as the bridegroom rejoices over the bride, so your God will rejoice over you.
6 Ey Yerusəlim, divarlarının üstünə Mən qarovulçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,
I have set watchmen on your walls, Jerusalem; they shall never be silent, day or night. You who call on the LORD, take no rest,
7 Rəbb Yerusəlimi bərpa edənədək, Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədək Ona rahatlıq verməyin!
and give him no rest until he establishes and until he makes Jerusalem a praise in the earth.
8 Rəbb sağ əlini, güclü qolunu Qaldırıb and içdi: «Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm, Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.
The LORD has sworn by his right hand, and by the arm of his strength, "Surely I will no more give your grain to be food for your enemies; and foreigners shall not drink your new wine, for which you have labored:
9 Taxılı yığan yeyəcək, Rəbbə həmdlər edəcək. Üzümü toplayan şərabını Məbədimin həyətlərində içəcək».
but those who have garnered it shall eat it, and praise the LORD; and those who have gathered it shall drink it in the courts of my sanctuary."
10 Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın!
Go through the gates, prepare the way of the people. Build up, build up the highway. Gather out the stones. Lift up a banner for the peoples.
11 Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi: «Sion qızına deyin: “Budur, qurtuluşun gəlir, Rəbbin mükafatı onunladır, Ənamı önündədir”».
Look, the LORD has proclaimed to the remotest part of earth, "Say to the daughter of Zion, 'Look, your salvation comes. Look, his reward is with him, and his recompense before him.'"
12 Sion xalqına «Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər. Sən, ey Yerusəlim, «Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan.
They shall call them The holy people, The redeemed of the LORD: and you shall be called Sought out, A city not forsaken.