< Yeşaya 58 >

1 «Avazla çığırın, çəkinməyin, Səsinizi şeypur səsi kimi ucaldın, Xalqıma üsyankarlığını, Yaqub nəslinə günahlarını bildirin!
קְרָא בְגָרוֹן אַל־תַּחְשֹׂךְ כַּשּׁוֹפָר הָרֵם קוֹלֶךָ וְהַגֵּד לְעַמִּי פִּשְׁעָם וּלְבֵית יַעֲקֹב חַטֹּאתָֽם׃
2 Onlar hər gün Məni axtarır, Mənim yolumu öyrənməkdən zövq alır. Sanki bu əməlisaleh, Allahının hökmündən ayrılmayan millət imiş. Onlar Məndən düzgün hökmlər diləyirdi, Allaha yaxınlaşmaqdan zövq alırdı.
וְאוֹתִי יוֹם יוֹם יִדְרֹשׁוּן וְדַעַת דְּרָכַי יֶחְפָּצוּן כְּגוֹי אֲשֶׁר־צְדָקָה עָשָׂה וּמִשְׁפַּט אֱלֹהָיו לֹא עָזָב יִשְׁאָלוּנִי מִשְׁפְּטֵי־צֶדֶק קִרְבַת אֱלֹהִים יֶחְפָּצֽוּן׃
3 Onlar belə deyir: “Oruc tutduğumuzu nə üçün görmürsən, Özümüzü aşağı tutanda, Sən niyə fikir vermirsən?” Baxın, oruc tutduğunuz gün Siz istədiyinizi edirsiniz, Bütün işçilərinizi sıxışdırırsınız.
לָמָּה צַּמְנוּ וְלֹא רָאִיתָ עִנִּינוּ נַפְשֵׁנוּ וְלֹא תֵדָע הֵן בְּיוֹם צֹֽמְכֶם תִּמְצְאוּ־חֵפֶץ וְכׇל־עַצְּבֵיכֶם תִּנְגֹּֽשׂוּ׃
4 Baxın, orucunuzu savaşma ilə, Dava ilə, yumruqla, döyməklə keçirirsiniz. Səsinizi ucalara çatdırmaq üçün Bugünkü kimi sizə oruc tutmaq olmaz.
הֵן לְרִיב וּמַצָּה תָּצוּמוּ וּלְהַכּוֹת בְּאֶגְרֹף רֶשַׁע לֹֽא־תָצוּמוּ כַיּוֹם לְהַשְׁמִיעַ בַּמָּרוֹם קֽוֹלְכֶֽם׃
5 İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi? Bu, qamış kimi başınızı əyib, Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı? Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz?
הֲכָזֶה יִֽהְיֶה צוֹם אֶבְחָרֵהוּ יוֹם עַנּוֹת אָדָם נַפְשׁוֹ הֲלָכֹף כְּאַגְמֹן רֹאשׁוֹ וְשַׂק וָאֵפֶר יַצִּיעַ הֲלָזֶה תִּקְרָא־צוֹם וְיוֹם רָצוֹן לַיהֹוָֽה׃
6 Mənim istədiyim orucsa Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, Hər cür boyunduruğu məhv etmək deyilmi?
הֲלוֹא זֶה צוֹם אֶבְחָרֵהוּ פַּתֵּחַ חַרְצֻבּוֹת רֶשַׁע הַתֵּר אֲגֻדּוֹת מוֹטָה וְשַׁלַּח רְצוּצִים חׇפְשִׁים וְכׇל־מוֹטָה תְּנַתֵּֽקוּ׃
7 Yediyiniz çörəyi acla bölüşdürmək, Yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?
הֲלוֹא פָרֹס לָרָעֵב לַחְמֶךָ וַעֲנִיִּים מְרוּדִים תָּבִיא בָיִת כִּֽי־תִרְאֶה עָרֹם וְכִסִּיתוֹ וּמִבְּשָׂרְךָ לֹא תִתְעַלָּֽם׃
8 Onda nurunuz şəfəq kimi saçacaq, Tezliklə şəfa tapacaqsınız, Qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq.
אָז יִבָּקַע כַּשַּׁחַר אוֹרֶךָ וַאֲרֻֽכָתְךָ מְהֵרָה תִצְמָח וְהָלַךְ לְפָנֶיךָ צִדְקֶךָ כְּבוֹד יְהֹוָה יַֽאַסְפֶֽךָ׃
9 O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, Yəni başqalarına zülm etməyinizi Aranızdan rədd etsəniz, Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,
אָז תִּקְרָא וַיהֹוָה יַעֲנֶה תְּשַׁוַּע וְיֹאמַר הִנֵּנִי אִם־תָּסִיר מִתּֽוֹכְךָ מוֹטָה שְׁלַח אֶצְבַּע וְדַבֶּר־אָֽוֶן׃
10 Can-dildən acların qayğısına qalsanız, Fəqirlərin ehtiyaclarını ödəsəniz, Nurunuz qaranlıqda parlayacaq, Qaranlığınız günorta işığı kimi nur saçacaq.
וְתָפֵק לָֽרָעֵב נַפְשֶׁךָ וְנֶפֶשׁ נַעֲנָה תַּשְׂבִּיעַ וְזָרַח בַּחֹשֶׁךְ אוֹרֶךָ וַאֲפֵלָתְךָ כַּֽצׇּהֳרָֽיִם׃
11 Rəbb həmişə sizə yol göstərəcək, Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, Suları heç vaxtı əskilməyən Bulaq kimi olacaqsınız.
וְנָחֲךָ יְהֹוָה תָּמִיד וְהִשְׂבִּיעַ בְּצַחְצָחוֹת נַפְשֶׁךָ וְעַצְמֹתֶיךָ יַחֲלִיץ וְהָיִיתָ כְּגַן רָוֶה וּכְמוֹצָא מַיִם אֲשֶׁר לֹֽא־יְכַזְּבוּ מֵימָֽיו׃
12 Sizdən törənənlər qədim dağıntıları tikəcək, Nəsillərdən qalma təməllərin üstünü Siz bərpa edəcəksiniz. Sizə xarabalıqları bərpa edənlər, Camaatın yaşaması üçün Küçələri yenidən quranlar deyiləcək.
וּבָנוּ מִמְּךָ חׇרְבוֹת עוֹלָם מוֹסְדֵי דוֹר־וָדוֹר תְּקוֹמֵם וְקֹרָא לְךָ גֹּדֵר פֶּרֶץ מְשֹׁבֵב נְתִיבוֹת לָשָֽׁבֶת׃
13 Şənbə günündə büdrəməsəniz, Müqəddəs günümdə istədiyinizi etməsəniz, Şənbə gününü “şən gün”, Rəbbin müqəddəs gününü “Şərəfli gün” adlandırsanız, Öz yolunuzla getməməklə, İstədiyinizi əldə etməməklə, Boşboğazlıqla məşğul olmamaqla, O günü əziz tutsanız,
אִם־תָּשִׁיב מִשַּׁבָּת רַגְלֶךָ עֲשׂוֹת חֲפָצֶךָ בְּיוֹם קׇדְשִׁי וְקָרָאתָ לַשַּׁבָּת עֹנֶג לִקְדוֹשׁ יְהֹוָה מְכֻבָּד וְכִבַּדְתּוֹ מֵעֲשׂוֹת דְּרָכֶיךָ מִמְּצוֹא חֶפְצְךָ וְדַבֵּר דָּבָֽר׃
14 Rəblə ünsiyyətdən zövq alacaqsınız. O zaman Mən sizi yer üzünün Yüksək yerlərinə çıxaracağam, Atanız Yaqubun payından dadacaqsınız». Bu sözlər Rəbbin ağzından çıxıb.
אָז תִּתְעַנַּג עַל־יְהֹוָה וְהִרְכַּבְתִּיךָ עַל־[בָּמֳתֵי] (במותי) אָרֶץ וְהַאֲכַלְתִּיךָ נַחֲלַת יַֽעֲקֹב אָבִיךָ כִּי פִּי יְהֹוָה דִּבֵּֽר׃

< Yeşaya 58 >