< Yeşaya 55 >

1 Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın!
Ho, every one that thirsteth, come ye to the waters, and he that hath no money; come ye, buy, and eat; yea, come, buy wine and milk without money and without price.
2 Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız.
Why do ye spend money for that which is not bread? and your labour for that which satisfieth not? hearken diligently to me, and eat ye that which is good, and let your soul delight itself in fatness.
3 Qulaq asın, Mənim yanıma gəlin, Dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm.
Incline your ear, and come to me: hear, and your soul shall live; and I will make an everlasting covenant with you, even the sure mercies of David.
4 Budur, onu ümmətlərə şahid, Xalqlara başçı və hökmdar etdim.
Behold, I have given him for a witness to the people, a leader and commander to the people.
5 Tanımadığınız millətləri çağıracaqsınız. Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək. Allahınız Rəbbə görə, İsrailin Müqəddəsindən ötrü onlar gələcək, Çünki Rəbb sizi ucaltdı.
Behold, thou shalt call a nation that thou knowest not, and nations that knew not thee shall run to thee because of the LORD thy God, and for the Holy One of Israel; for he hath glorified thee.
6 Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın.
Seek ye the LORD while he may be found, call ye upon him while he is near:
7 Qoy pis adam öz yolunu, Şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, Çünki Onun əfvi boldur.
Let the wicked forsake his way, and the unrighteous man his thoughts: and let him return to the LORD, and he will have mercy upon him; and to our God, for he will abundantly pardon.
8 «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir.
For my thoughts are not your thoughts, neither are your ways my ways, saith the LORD.
9 «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, Yollarım da sizin yollarınızdan, Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.
For as the heavens are higher than the earth, so are my ways higher than your ways, and my thoughts than your thoughts.
10 Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, Əkinçiyə toxum, yeyənə çörək verirsə,
For as the rain cometh down, and the snow from heaven, and returneth not there, but watereth the earth, and maketh it bring forth and bud, that it may give seed to the sower, and bread to the eater:
11 Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, Ancaq istədiyimi yerinə yetirər, Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.
So shall my word be that proceedeth from my mouth: it shall not return to me void, but it shall accomplish that which I please, and it shall prosper in the thing for which I sent it.
12 Sevinclə çıxacaqsınız, Sülhlə müşayiət olunacaqsınız, Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək, Çöldəki bütün ağaclar əl çalacaq.
For ye shall go out with joy, and be led forth with peace: the mountains and the hills shall break forth before you into singing, and all the trees of the field shall clap their hands.
13 Tikanlı kol əvəzinə şam ağacı, Qanqal əvəzinə mərsin ağacı bitəcək. Bu, Rəbb üçün şöhrət, Pozulmaz əbədi əlamət olacaq».
Instead of the thorn shall come up the fir tree, and instead of the brier shall come up the myrtle tree: and it shall be to the LORD for a name, for an everlasting sign that shall not be cut off.

< Yeşaya 55 >