< Yeşaya 5 >
1 Sevgilimin üzüm bağı barəsində Məhəbbət nəğməsini oxuyuram: Torpağın məhsuldar bir təpəsində Sevgilimin bir üzüm bağı var idi.
अब मैं अपने प्रिय के लिए और उसकी दाख की बारी के लिये एक गीत गाऊंगी: एक अच्छी उपजाऊ पहाड़ी पर मेरे प्रिय की एक दाख की बारी थी.
2 O, torpağı belləyib daşlardan təmizlədi, Seçmə meynələr əkdi, Ortada gözətçi qülləsi tikdi, Üzümsıxan düzəltdi, Üzümlüyün barını gözlədi, Amma bağ cır üzüm gətirdi.
मिट्टी खोदकर अच्छी सफाई करके उसमें अंगूर की अच्छी बेल लगाई. और इसके बीच एक गुम्मट बनाया और अच्छे फल का इंतजार करने लगा, लेकिन उसमें से खराब गुच्छा निकला.
3 «İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar, Ey Yəhuda adamları, Mənimlə üzüm bağımın arasında hakim olun!
“अब येरूशलेम और यहूदिया के लोग, मेरे और मेरे अंगूर की बारी के बीच फैसला करेंगे.
4 Bağım üçün daha nə etməliyəm? Üzümlüyün barını gözləyərkən Axı nə üçün bağım cır üzüm gətirsin?
मैंने अंगूर की बारी में कोई कमी नहीं रखी और अच्छा फल चाहा तो उसमें खराब फल निकला.
5 İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim: Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar, Hasarını yıxacağam və onlar tapdalanacaq.
अब मैं तुम्हें बताऊंगा कि मैं अपनी बारी के चारों ओर बांधे हुए बाड़े को हटा दूंगा, ताकि पशु आकर उसे खा लें, और पौधों को नष्ट कर दें.
6 Oranı viranəliyə çevirəcəyəm, Oranı nə budayacaqlar, nə də belləyəcəklər. Orada tikan və qanqal bitəcək, Buludlara əmr edəcəyəm ki, Üzərinə yağış yağmasın».
मैं इसे निर्जन बना दूंगा, न मैं इसकी छंटाई करूंगा, न ही सिंचाई! इसमें झाड़ उगेंगे. और मैं बादलों को भी कहूंगा कि बारिश न हो.”
7 İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır, Yəhuda adamları isə Onun sevimli meynələridir! O, ədalət gözləyirdi, Budur, zorakılıq gördü, O, salehlik gözləyirdi, Budur, fəryadlar gördü!
क्योंकि इस्राएल वंश सर्वशक्तिमान याहवेह की दाख की बारी है, और यहूदिया की प्रजा उनका प्रिय पौधा. उन्होंने न्याय मांगा, लेकिन अन्याय मिला; उन्होंने धर्म चाहा, लेकिन अधर्म मिला.
8 Yer qalmayana qədər evi evə, Tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, Məgər bu ölkədə tək siz yaşayırsınız?
हाय उन पर जो घर से घर और खेत से खेत जोड़ देते हैं कि और किसी को खाली जगह नहीं मिलती कि वे रहने लगें.
9 Ordular Rəbbi mənə belə eşitdirdi: «Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq, İçində yaşayan olmayacaq.
सर्वशक्तिमान याहवेह ने कहा; “निश्चय बड़े, और सुंदर घर सुनसान हो जाएंगे.
10 Üzümlüyün on sahəsindən bir bat şərab əldə ediləcək, Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək».
दस एकड़ के दाख की बारी से सिर्फ एक बत दाखरस ही मिलेगा; और होमेर भर बीज से एक एफा उपज होगी.”
11 Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin, Gecə yarısınadək şərab içib keflənənlərin!
हाय उन पर जो सुबह जल्दी उठकर शराब खोजते हैं, और शाम तक दाखमधु पीकर नशा करते हैं.
12 Onların ziyafətlərində Lira, çəng, dəf və ney çalınar, Şərab içilər, Lakin onlar Rəbbin gördüyü işlərə Diqqət etməzlər, əməllərinə baxmazlar!
उनके उत्सवों में वीणा, सारंगी, खंजरी, बांसुरी और दाखरस होता है, किंतु वे न तो याहवेह के कामों पर ध्यान देते हैं, और न ही उनके हाथ के कामों को सोचते हैं.
13 Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək, Onun adlı-sanlı adamları acından öləcək, Adi adamlar isə susuzluqdan yanacaq!
यही कारण है कि मेरी प्रजा समझ की कमी से उन्हें बंदी बना दी गई; उनके प्रतिष्ठित लोग भूखे रह जाते हैं और साधारण लोग प्यासे रह जाते हैं.
14 Ölülər diyarı həddindən artıq ağzını açıb Doymaq bilmir. Yerusəlimin adlı-sanlıları, Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək. (Sheol )
इसलिये अधोलोक ने, अपना गला खोल दिया है; ताकि येरूशलेम का वैभव, उसका जनसमूह उसके शत्रु और लेनदेन करनेवाले सब उसमें उतर जाएंगे. (Sheol )
15 Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək, Təkəbbürlü baxışlar alçaldılacaq.
तब साधारण मनुष्य तो दबाएं जाते हैं और बड़े लोग नीचे किए जाते हैं, और घमंडी की आंखें झुका दी जाएंगी.
16 Amma Ordular Rəbbi Ədaləti ilə ucaldılacaq, Müqəddəs Allah salehliyi ilə Müqəddəsliyini göstərəcək.
किंतु सर्वशक्तिमान याहवेह ही न्याय करेंगे, और पवित्र परमेश्वर अपनी धार्मिकता में स्वयं को पवित्र प्रकट करेंगे.
17 Quzular öz otlaqlarındakı kimi otlayacaq, Varlıların viranə qalan evlərini yadellilər alacaq.
तब मेमने खेत में चरेंगे; तथा अमीरों की खाली जगहों पर परदेशियों को चराई के लिये जगह मिलेगी.
18 Pisliyi yalanla hörülmüş iplərlə, Günahı araba kəndirləri ilə çəkənlərin vay halına!
हाय उन पर जो अनर्थ को अधर्म से, तथा पाप को गाड़ी के रस्सियों से खींचते हैं,
19 Onlar deyir: «Qoy Allah tələssin, Öz əməlini tez həyata keçirsin, biz də görək. Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!»
जो कहते हैं, “इस्राएल के पवित्र परमेश्वर गति को बढ़ायें; और अपने कामों को जल्दी पूरा करें, ताकि हम उनकी इच्छा को जान सकें.”
20 Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin, Qaranlığı işıq, işığı qaranlıq sayanların, Acıya şirin, şirinə acı deyənlərin!
हाय उन पर जो गलत को सही और सही को गलत कहते हैं, और अंधकार को ज्योति और ज्योति को अंधकार से, और कड़वे को मीठा तथा मीठे को कड़वा कहते हैं.
21 Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların!
हाय उन पर जो अपने आपको ज्ञानी और बुद्धिमान कहते हैं.
22 Vay halına şərab içməkdə qəhrəman, İçkiləri qarışdırıb içməkdə pərgar olanların!
हाय उन पर जो दाखमधु पीने में वीर और बनाने में बहादुर हैं,
23 Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların, Haqlıların haqqını əlindən alanların!
जो रिश्वत लेकर अपराधी को बचा लेते हैं, और निर्दोष को दोषी बना देते हैं.
24 Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa, Küləş od içində necə əriyib-gedirsə, Onlar da köklərindən elə çürüyəcək, Tumurcuqları toz kimi havaya sovrulacaq, Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, İsrailin Müqəddəsinin sözünə xor baxdılar.
इस कारण, जैसे आग खूंटी को जला देती है और सूखी घास जलकर राख हो जाती है, और उनकी जड़ें सड़ जाएगी और फल हवा में उड़ जाएंगे; क्योंकि उन्होंने सर्वशक्तिमान याहवेह की व्यवस्था को ठुकरा दिया है और इस्राएल के पवित्र वचन को तुच्छ समझा है.
25 Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı, Əlini onlara qarşı uzadaraq onları vurdu. Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı, Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
इसलिये याहवेह ने क्रोधित होकर उनको मारा तब पर्वत हिलने लगा और शव सड़कों पर बिखरे पड़े थे फिर भी वे शांत न हुए, और उनका हाथ अब तक उठा हुआ है.
26 Rəbb uzaqda yaşayan millətləri Bayraq işarəsi ilə, Onları yer üzünün ucqarlarından Fit səsi ilə səsləyəcək. Tezliklə bu millətlər gələcək.
वे दूर देश के लिए झंडा खड़ा करेंगे, और पृथ्वी के चारों ओर से लोगों को बुलाएंगे और सब तुरंत वहां आएंगे.
27 Aralarında yorulan, büdrəyən olmayacaq. Onlar mürgüləməyəcək və yuxuya getməyəcək, Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmayacaq.
और उनमें न कोई थका हुआ होगा न ही कोई बलहीन होगा, न कोई ऊंघता है और न कोई सोता; न तो कोई बंधन खोलता है, और न कोई बांधता है.
28 Onların oxları iti, yayları da dartılmışdır. Atların dırnaqları çaxmaq daşına bənzər, Döyüş arabalarının təkərləri qasırğa kimidir.
उनके तीर तेज, और धनुष चढ़ाए हुए हैं; उनके घोड़ों के खुर वज्र के समान, और उनके रथों के पहिए चक्रवात के समान हैं.
29 Onların nərəsi bağıran şikarlarını qapıb aparan, Kimsə onu əlindən ala bilməyən Şirin, gənc aslanın nərəsinə bənzər.
उनकी दहाड़ सिंह के समान, हां, जो गुर्राते हुए शिकार पर झपटते हैं; और उसे उठाकर ले जाते हैं और उसका छुड़ाने वाला कोई नहीं होता.
30 O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar. Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək. Axı işıq qara buludlarla örtülüb.
उस दिन वे समुद्र में उठती लहरों के समान गरजेंगे. और सब जगह अंधकार और संकट दिखाई देगा, यहां तक कि रोशनी भी बादल में छिप जाएगी.