< Yeşaya 48 >

1 Ey Yaqub nəsli, İsrail adı ilə çağırılan, Yəhudanın belindən gələn, Rəbbin adı ilə and içən, İsrail Allahının adını etiraf edən, Fəqət buna həqiqətlə və salehliklə əməl etməyən nəsil, Buna qulaq as!
שמעו זאת בית יעקב הנקראים בשם ישראל וממי יהודה יצאו הנשבעים בשם יהוה ובאלהי ישראל יזכירו--לא באמת ולא בצדקה
2 Müqəddəs şəhərdən olduğunuza görə, İsrail Allahına bel bağladığınıza görə fəxr edirsiniz. Onun adı Ordular Rəbbidir.
כי מעיר הקדש נקראו ועל אלהי ישראל נסמכו יהוה צבאות שמו
3 Olub-keçənləri əvvəldən Mən bəyan etdim. Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim. Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi.
הראשנות מאז הגדתי ומפי יצאו ואשמיעם פתאם עשיתי ותבאנה
4 Bilirdim inadkar olduğunuzu, Dəmir boyunlusunuz, tunc alınlısınız.
מדעתי כי קשה אתה וגיד ברזל ערפך ומצחך נחושה
5 Bunları sizə qədimdən bəri bildirdim, Baş verməmişdən əvvəl sizə xəbər verdim ki, Siz “bunu bütüm etdi, oyma və tökmə bütlər Bunları əmr etdilər” deməyəsiniz.
ואגיד לך מאז בטרם תבוא השמעתיך--פן תאמר עצבי עשם ופסלי ונסכי צום
6 Bunu eşitdiniz, indi isə hamısına nəzər salın. Bəs bunu qəbul etməyəcəksiniz? İndi isə Mən sizə yeni şeyləri, Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm.
שמעת חזה כלה ואתם הלוא תגידו השמעתיך חדשות מעתה ונצרות ולא ידעתם
7 Bunlar indi yaradılır, keçmişdə yox. Siz bunu bu günə qədər bilmədiniz, Ona görə “bunu bilirdik” deyə bilməzsiniz.
עתה נבראו ולא מאז ולפני יום ולא שמעתם--פן תאמר הנה ידעתין
8 Siz bu barədə nə eşitmisiniz, Nə də xəbəriniz olub, Keçmişdən bəri qulaqlarınız bağlıdır. Nə qədər xain olduğunuzu bilirəm, Ana bətnindən belə, sizin üsyankar çağırılacağınızdan xəbərdaram.
גם לא שמעת גם לא ידעת--גם מאז לא פתחה אזנך כי ידעתי בגוד תבגוד ופשע מבטן קרא לך
9 Adım naminə qəzəbimi saxlayırdım, Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim.
למען שמי אאריך אפי ותהלתי אחטם לך--לבלתי הכריתך
10 Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim, Sizi iztirab ocağında çəkdim.
הנה צרפתיך ולא בכסף בחרתיך בכור עני
11 Öz xatirimə, Öz xatirimə bunu edirəm. Axı niyə Mənim adım küfrlə çəkilsin? Mən Öz izzətimi heç kimə vermərəm.
למעני למעני אעשה כי איך יחל וכבודי לאחר לא אתן
12 Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail! Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam.
שמע אלי יעקב וישראל מקראי אני הוא אני ראשון אף אני אחרון
13 Mənim əlim yerin təməlini qoydu, Sağ əlim göyləri sərdi. Mən onları çağıranda onlar birlikdə düzülür.
אף ידי יסדה ארץ וימיני טפחה שמים קרא אני אליהם יעמדו יחדו
14 Hamınız toplaşın, dinləyin! Bütlərdən hansıdır bu şeyləri bəyan edən? Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək, Onun əli Xaldeylilərə qarşı qalxacaq.
הקבצו כלכם ושמעו מי בהם הגיד את אלה יהוה אהבו--יעשה חפצו בבבל וזרעו כשדים
15 Mən, bəli Mən dedim, Onu Mən çağırdım, Onu gətirdim, O öz yolunda uğurlu olacaq.
אני אני דברתי אף קראתיו הבאתיו והצליח דרכו
16 Mənə yaxın gəlin, bunu dinləyin! Başlanğıcdan bəri Mən açıq danışdım, O vaxtdan indiyədək oradayam. Xudavənd Rəbb indi Məni və Ruhunu göndərdi».
קרבו אלי שמעו זאת לא מראש בסתר דברתי--מעת היותה שם אני ועתה אדני יהוה שלחני--ורוחו
17 Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram.
כה אמר יהוה גאלך קדוש ישראל אני יהוה אלהיך מלמדך להועיל מדריכך בדרך תלך
18 Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, Salehliyin dəniz dalğaları kimi olardı.
לוא הקשבת למצותי ויהי כנהר שלומך וצדקתך כגלי הים
19 Nəslin dəniz qumu kimi, Övladların qum dənələri kimi olardı. Adları qarşımda nə pozulardı, nə də silinərdi».
ויהי כחול זרעך וצאצאי מעיך כמעתיו לא יכרת ולא ישמד שמו מלפני
20 Babildən çıxın, Xaldeylilərin torpağından qaçın, Sevinc səsi ilə bəyan edin, bunu bildirin, Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın, Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı».
צאו מבבל ברחו מכשדים בקול רנה הגידו השמיעו זאת הוציאוה עד קצה הארץ אמרו גאל יהוה עבדו יעקב
21 Səhradan keçərkən susuzluq çəkmədilər. Rəbb onlar üçün qayadan su axıtdı, Qayanı yardı və oradan su fışqırdı.
ולא צמאו בחרבות הוליכם--מים מצור הזיל למו ויבקע צור--ויזבו מים
22 «Pislərə isə sülh yoxdur» Rəbb deyir.
אין שלום אמר יהוה לרשעים

< Yeşaya 48 >