< Yeşaya 46 >

1 «Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu.
כרע בל קרס נבו היו עצביהם לחיה ולבהמה נשאתיכם עמוסות משא לעיפה׃
2 Onlar birgə əyildilər, diz çökdülər, Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar.
קרסו כרעו יחדו לא יכלו מלט משא ונפשם בשבי הלכה׃
3 Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram.
שמעו אלי בית יעקב וכל שארית בית ישראל העמסים מני בטן הנשאים מני רחם׃
4 Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
ועד זקנה אני הוא ועד שיבה אני אסבל אני עשיתי ואני אשא ואני אסבל ואמלט׃
5 Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq?
למי תדמיוני ותשוו ותמשלוני ונדמה׃
6 Kimsə pul kisəsindən qızıl çıxarır, Tərəzidə gümüş çəkir, Bu puldan zərgərə büt düzəltdirir, Sonra önündə yerə sərilib səcdə edir!
הזלים זהב מכיס וכסף בקנה ישקלו ישכרו צורף ויעשהו אל יסגדו אף ישתחוו׃
7 Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır.
ישאהו על כתף יסבלהו ויניחהו תחתיו ויעמד ממקומו לא ימיש אף יצעק אליו ולא יענה מצרתו לא יושיענו׃
8 Ey üsyankar insanlar, bunu xatırlayın, Mərd olun, yadınızdan çıxarmayın!
זכרו זאת והתאששו השיבו פושעים על לב׃
9 Qədimdən bəri olan hadisələri xatırlayın, Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur!
זכרו ראשנות מעולם כי אנכי אל ואין עוד אלהים ואפס כמוני׃
10 Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.
מגיד מראשית אחרית ומקדם אשר לא נעשו אמר עצתי תקום וכל חפצי אעשה׃
11 Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm.
קרא ממזרח עיט מארץ מרחק איש עצתו אף דברתי אף אביאנה יצרתי אף אעשנה׃
12 Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin!
שמעו אלי אבירי לב הרחוקים מצדקה׃
13 Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.
קרבתי צדקתי לא תרחק ותשועתי לא תאחר ונתתי בציון תשועה לישראל תפארתי׃

< Yeşaya 46 >