< Yeşaya 44 >

1 İndi isə, ey qulum Yaqub nəsli, Seçdiyim İsrail, qulaq as!
ועתה שמע יעקב עבדי וישראל בחרתי בו
2 Səni yaradan, ana bətnində quruluş verən, İmdadına çatan Rəbb belə deyir: “Qorxma, ey qulum Yaqub nəsli, Ey seçdiyim Yeşurun!
כה אמר יהוה עשך ויצרך מבטן יעזרך אל תירא עבדי יעקב וישרון בחרתי בו
3 Susamış torpağı sulayacağam, Quru torpağa sellər axıdacağam, Övladlarına Ruhumu ehsan edəcəyəm, Nəslinə xeyir-duamı verəcəyəm.
כי אצק מים על צמא ונזלים על יבשה אצק רוחי על זרעך וברכתי על צאצאיך
4 Onlar otlar arasında, Axar sular kənarında, Söyüd ağacları kimi boy atacaq.
וצמחו בבין חציר כערבים על יבלי מים
5 Biri ‹Mən Rəbbinəm› deyəcək, O birisi Yaqubun adı ilə çağırılacaq. Digəri də əlinə ‹Rəbbin quluyam› deyə yazacaq, İsrail adını üzərinə götürəcək”».
זה יאמר ליהוה אני וזה יקרא בשם יעקב וזה יכתב ידו ליהוה ובשם ישראל יכנה
6 Rəbb, İsrailin Padşahı, Satınalanı, Ordular Rəbbi belə deyir: «Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur.
כה אמר יהוה מלך ישראל וגאלו יהוה צבאות אני ראשון ואני אחרון ומבלעדי אין אלהים
7 Mənə bənzəyən varmı? Xəbər versin. Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri, Bundan sonra olduqlarını danışıb nəql etsin, Bəli, gələcək hadisələri bildirin!
ומי כמוני יקרא ויגידה ויערכה לי משומי עם עולם ואתיות ואשר תבאנה יגידו למו
8 Qorxmayın, dəhşətə gəlməyin, Mən sizə əzəldən bəri bunu söyləyib danışmadımmı? Siz Mənim şahidlərimsiniz! Məndən başqa Allah varmı? Başqa Qaya yoxdur. O birilərini tanımıram».
אל תפחדו ואל תרהו--הלא מאז השמעתיך והגדתי ואתם עדי היש אלוה מבלעדי ואין צור בל ידעתי
9 Bütləri düzəldən adamlar puçdur, Zövq aldıqları əşyalardan heç bir xeyir yoxdur. Bütlərə qulluq edənlər heç bir şey görmür, Heç bir şey bilmir, Onlar axırda xəcalət içində olacaq.
יצרי פסל כלם תהו וחמודיהם בל יועילו ועדיהם המה בל יראו ובל ידעו--למען יבשו
10 Kim istəyər fayda verməyən allah düzəltsin, Tökmə büt yaratsın?
מי יצר אל ופסל נסך--לבלתי הועיל
11 Budur, bunları düzəldənlərin hamısı xəcalət içində olacaq. Ustalar isə özləri də insandır, Qoy onların hamısı toplaşıb məhkəmədə dursun, Dəhşətə düşüb birlikdə xəcalət çəksin.
הן כל חבריו יבשו וחרשים המה מאדם יתקבצו כלם יעמדו יפחדו יבשו יחד
12 Dəmirçi alətini götürüb, Kömürün odunda işləyir, Çəkiclə dəmirə ölçü verir, Güclü əli ilə üstündə çalışır. Onda ac qalır, taqətdən düşür, Susuz qalıb üzülür.
חרש ברזל מעצד ופעל בפחם ובמקבות יצרהו ויפעלהו בזרוע כחו--גם רעב ואין כח לא שתה מים וייעף
13 Dülgər iplə ölçür, Ağacı tabaşirlə nişanlayır, Rəndələyir, istənilən şəklə salır, Pərgarla dairə çəkir, İnsan surəti verir, İnsan gözəlliyinə bənzər düzəldərək Evinə qoymaq üçün bir büt yaradır.
חרש עצים נטה קו יתארהו בשרד יעשהו במקצעות ובמחוגה יתארהו ויעשהו כתבנית איש כתפארת אדם לשבת בית
14 İnsan özü üçün sidr ağacları kəsir, Şam ağacını, palıd ağacını seçir. Meşədə özü üçün bir ağac götürür, Küknar ağacı əkir və yağış onu böyüdür.
לכרת לו ארזים--ויקח תרזה ואלון ויאמץ לו בעצי יער נטע ארן וגשם יגדל
15 Sonra ağac oduna işlənir. İnsan gətirdiyi odunla həm isinir, Həm sobanı yandırır, çörək bişirir. Həm də özünə bir allah düzəldir, Düzəltdiyi bütün qarşısında səcdə edir, Yerə sərilir.
והיה לאדם לבער ויקח מהם ויחם אף ישיק ואפה לחם אף יפעל אל וישתחו עשהו פסל ויסגד למו
16 Odunun bir hissəsini yandırır, Alovunda ət qızardır, Qarnını doyuraraq, isinib deyir: «Ah, isindim, odun istisini hiss etdim!»
חציו שרף במו אש על חציו בשר יאכל יצלה צלי וישבע אף יחם ויאמר האח חמותי ראיתי אור
17 Ağacın qalığından özünə allah, Bir oyma büt düzəldib Qarşısında yerə sərilir, səcdə edir. Bu bütə dua edib yalvarır: «Məni xilas et, çünki sənsən mənim allahım!»
ושאריתו לאל עשה לפסלו יסגוד (יסגד) לו וישתחו ויתפלל אליו ויאמר הצילני כי אלי אתה
18 Onlar bilmir, dərk etmir, Çünki gözləri də, zehinləri də elə bağlıdır ki, Görməzlər, anlamazlar.
לא ידעו ולא יבינו כי טח מראות עיניהם מהשכיל לבתם
19 Buna fikir vermirlər, bilmirlər, Dərk etmirlər ki, belə desinlər: «Odunun bir hissəsini yandırdım, Közündə də çörək bişirdim, ət qızartdım, yedim. Qalığından bir murdar şey düzəldimmi? Bir parça taxtanın qarşısında yerə sərilimmi?
ולא ישיב אל לבו ולא דעת ולא תבונה לאמר חציו שרפתי במו אש ואף אפיתי על גחליו לחם אצלה בשר ואכל ויתרו לתועבה אעשה לבול עץ אסגוד
20 Bu, kül yemək kimi boş işdir, Aldanmış ürəkləri onları yoldan azdırır, Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?»
רעה אפר לב הותל הטהו ולא יציל את נפשו ולא יאמר הלוא שקר בימיני
21 «Ey Yaqub nəsli, Dediyim sözləri xatırla, Çünki sən qulumsan, ey İsrail, Mən səni yaratdım, sən Mənim qulumsan, Səni unutmaram, ey İsrail!
זכר אלה יעקב וישראל כי עבדי אתה יצרתיך עבד לי אתה ישראל לא תנשני
22 Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım».
מחיתי כעב פשעיך וכענן חטאותיך שובה אלי כי גאלתיך
23 Tərənnüm edin, ey göylər, Çünki bunu edən Rəbdir. Çığırın, ey torpağın dərinlikləri, Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar, Sevincdən haray çəkin, Çünki Rəbb Yaqub nəslini satın aldı, İsraildə izzətini aşkar etdi.
רנו שמים כי עשה יהוה הריעו תחתיות ארץ פצחו הרים רנה יער וכל עץ בו כי גאל יהוה יעקב ובישראל יתפאר
24 Səni Satınalan, Ana bətnində quruluş verən Rəbb deyir: «Bütün şeyləri yaradan, göyləri təkcə yayan, Təkbaşına yer üzünü sərən,
כה אמר יהוה גאלך ויצרך מבטן אנכי יהוה עשה כל--נטה שמים לבדי רקע הארץ מי אתי (מאתי)
25 Yalançı peyğəmbərlərin möcüzələrini boşa çıxaran, Falçıları ifşa edən, Müdrikləri geri qaytaran, Onların biliyini heçə çevirən,
מפר אתות בדים וקסמים יהולל משיב חכמים אחור ודעתם יסכל
26 Qulunun sözlərini icra edən, Elçilərinin sözlərini gerçək edən, Yerusəlim üçün “burada sakinləri təzədən məskunlaşacaq”, Yəhuda şəhərlərinə “bunlar yenidən qurulacaq, Xarabalıqları yenidən bərpa edəcəyəm” deyən Rəbb Mənəm.
מקים דבר עבדו ועצת מלאכיו ישלים האמר לירושלם תושב ולערי יהודה תבנינה וחרבותיה אקומם
27 Dərin sulara “Quru! Mən çaylarını qurudacağam” söyləyən,
האמר לצולה חרבי ונהרתיך אוביש
28 Kir haqqında “o, çobanımdır, Xoşuma gələnlərin hamısını həyata keçirəcək”, Yerusəlim haqqında “yenidən qurulacaq”, Məbəd haqqında “təməlin qoyulacaq” deyən Rəbb Mənəm».
האמר לכורש רעי וכל חפצי ישלם ולאמר לירושלם תבנה והיכל תוסד

< Yeşaya 44 >