< Yeşaya 38 >

1 O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».
בימים ההם חלה חזקיהו למות ויבוא אליו ישעיהו בן אמוץ הנביא ויאמר אליו כה אמר יהוה צו לביתך--כי מת אתה ולא תחיה
2 Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:
ויסב חזקיהו פניו אל הקיר ויתפלל אל יהוה
3 «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
ויאמר אנה יהוה זכר נא את אשר התהלכתי לפניך באמת ובלב שלם והטוב בעיניך עשיתי ויבך חזקיהו בכי גדול
4 Sonra Rəbbin sözü Yeşayaya nazil oldu:
ויהי דבר יהוה אל ישעיהו לאמר
5 «Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram.
הלוך ואמרת אל חזקיהו כה אמר יהוה אלהי דוד אביך שמעתי את תפלתך ראיתי את דמעתך הנני יוסף על ימיך חמש עשרה שנה
6 Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam.
ומכף מלך אשור אצילך ואת העיר הזאת וגנותי על העיר הזאת
7 Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur:
וזה לך האות מאת יהוה אשר יעשה יהוה את הדבר הזה אשר דבר
8 batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.
הנני משיב את צל המעלות אשר ירדה במעלות אחז בשמש אחרנית--עשר מעלות ותשב השמש עשר מעלות במעלות אשר ירדה
9 Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
מכתב לחזקיהו מלך יהודה בחלתו ויחי מחליו
10 «Mən öz-özümə dedim: Ömrüm yarıya çatan zaman Ölülər diyarının qapısından keçməliyəm, Həyatımın qalan illərindən məhrum olmuşam. (Sheol h7585)
אני אמרתי בדמי ימי אלכה--בשערי שאול פקדתי יתר שנותי (Sheol h7585)
11 Dedim, Rəbbi dirilər arasında, Bəli, Rəbbi bir daha görməyəcəyəm. Bu dünyada yaşayanlar kimi Artıq insan üzü görməyəcəyəm.
אמרתי לא אראה יה יה בארץ החיים לא אביט אדם עוד עם יושבי חדל
12 Evim çoban çadırı kimi dağıldı, Əlimdən alındı. Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi, Ya Rəbb, bu dəzgahdan məni kəsdin. Bir günün içində əcəlimi çatdırdın.
דורי נסע ונגלה מני--כאהל רעי קפדתי כארג חיי מדלה יבצעני מיום עד לילה תשלימני
13 Səhərə qədər ağrılardan çığırdım, Rəbb aslan tək bütün sümüklərimi qırır. Bir günün içində əcəlimi çatdırdın.
שויתי עד בקר כארי כן ישבר כל עצמותי מיום עד לילה תשלימני
14 Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
כסוס עגור כן אצפצף אהגה כיונה דלו עיני למרום אדני עשקה לי ערבני
15 Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir. Çəkdiyim əzablardan sonra qalan illərimi Sakit yaşayacağam.
מה אדבר ואמר לי והוא עשה אדדה כל שנותי על מר נפשי
16 Ya Xudavənd, adamları yaşadan Sənsən, Məni də Sən yaşadırsan. Məni yenə canlandıracaqsan, Yaşat məni!
אדני עליהם יחיו ולכל בהן חיי רוחי ותחלימני והחיני
17 Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün.
הנה לשלום מר לי מר ואתה חשקת נפשי משחת בלי כי השלכת אחרי גוך כל חטאי
18 Axı ölülər diyarı Sənə şükür etməz, Ölüm həmdlər söyləməz, Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz. (Sheol h7585)
כי לא שאול תודך מות יהללך לא ישברו יורדי בור אל אמתך (Sheol h7585)
19 Bu gün Sənə etdiyim kimi Dirilər, yalnız dirilər Sənə şükür edər. Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.
חי חי הוא יודך כמוני היום אב לבנים יודיע אל אמתך
20 Rəbb mənə qurtuluş verdi, Ömrümüz boyu Rəbbin məbədində Səni simli alətlərlə, ilahilərlə mədh edərik».
יהוה להושיעני ונגנותי ננגן כל ימי חיינו על בית יהוה
21 Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın».
ויאמר ישעיהו ישאו דבלת תאנים וימרחו על השחין ויחי
22 Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»
ויאמר חזקיהו מה אות כי אעלה בית יהוה

< Yeşaya 38 >