< Yeşaya 36 >

1 Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı.
在希則克雅為王第十四年,亞述王散乃黑黎布上來攻打猶大的一切堅城,而且都佔領了。
2 Aşşur padşahı baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Baş vəzir Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandı.
亞述王從拉基市打發一位大將軍,帶著大軍到耶路撒冷去見希則克雅王。當大將站在上池溝旁,漂布田間的大路上時,
3 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onun qabağına çıxdılar.
出來迎接他的,有希耳克雅的兒子厄里雅金家宰、舍布納書記和阿撒夫的兒子約阿黑史官。
4 Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən?
大將軍對他們說:「你們去告訴希則克雅說:大王,亞述王這樣說:你所依靠的算得什麼依靠,
5 Mən deyirəm ki, sən boş şeyə güvənirsən. Müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan?
你想空口說話就是戰略和戰鬥的力量嗎﹖如今你靠誰來背叛我﹖
6 Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir.
看哪!你依靠的埃及是一根破裂的蘆杖,誰依靠這杖,它就刺傷誰的手,且把手刺透;埃及王法郎對所有依靠他的人就是這樣。
7 Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsən. Məgər bu o Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız qurbangahın önündə səcdə edin› demədimi?
假使你們對我說:我們依靠雅威,我們的天主;希則克雅豈不是曾推翻他的高丘和祭壇,且對猶大和耶路撒冷說:你們只應在這祭壇前朝拜﹖
8 İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm.
如今你可與我的主上亞述王打賭:我給你兩千匹馬,你是否能給這些馬配上騎兵﹖
9 Görək, sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən!
若不能,你怎敢拒絕我主上最小僕人中的一個軍長,而去依靠埃及的戰車和騎兵﹖
10 Məgər indi mən bu torpağı viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».
現在,我上來攻打毀滅這地,難道不是雅威的意思嗎﹖雅威對我說了:上去,攻打那地,加以毀滅!」
11 Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük. Ancaq divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma».
厄里雅金、舍布納和約阿黑對大將軍說:「請你對你的僕人說阿剌美話,因為我們都懂;你不要對我們講猶太話,因為城牆上的百姓能聽到。」
12 Baş vəzir dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə, yoxsa divar üzərində oturan bu adamlara söyləyim? Axı onlar da sizinlə birgə nəcislərini yeyib, sidiklərini içəcəklər».
大將軍回答說:「難道我的主上打發我來只對你的主上和你講這些話,而不是對那些坐在城牆上,和你們一樣吃自己的糞,喝自己的尿的人,講這些話嗎﹖」
13 Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin!
大將軍於是站起來仍用猶太話大聲喊說:「你們聽大王,亞述王的話罷 !
14 Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi qurtara bilməyəcək.
大王這樣說:你們別上希則克雅的當,他決不能拯救你們!
15 Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”.
也不要讓希則克雅使你們信賴雅威說:雅威必會拯救我們,這城決不會落在亞述王手中!
16 Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək.
不要聽從希則克雅,因為亞述王曾這樣說了:你們要與我和好,出來歸順我,各人就可以吃自己的葡萄和無花果,各人也可以喝自己井裏的水;
17 Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları olan bir torpağa aparacağam.
直到我來領你們到一個與你們本國一樣的地方去,一個有五穀和新酒的地方,一個有食糧和葡萄園的地方。
18 ‹Rəbb bizi qurtaracaq› deyib qoy Xizqiya sizi azdırmasın. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı?
切不要上希則克雅的當,聽信他說:雅威必拯救我們!萬國的神中有那一個由亞述王手中拯救了自己的國家﹖
19 Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin allahları? Samariyanı mənim əlimdən qurtardılarmı?
哈瑪特和阿帕得的神在那裏﹖色法瓦因的神在那裏﹖撒瑪黎雅的神在那裏﹖難道他們由我手中拯救了撒瑪黎雅﹖
20 Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»
這些地域中的神,有那一個由我手中拯救了自己的國土﹖難道雅威就能由我手中拯救耶路撒冷嗎﹖」
21 Camaat susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi.
他們都不作聲,一句話也沒有回答,因為君王有命:「不要回答他。」
22 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.
希耳克雅的兒子厄里雅金家宰、舍布納書記和阿撒夫的兒兒子約阿黑史官撕裂了衣服,來見希則克雅,將大將軍的話告訴了他。

< Yeşaya 36 >