< Yeşaya 3 >
1 Budur, Sahibimiz, Ordular Rəbbi Yerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi, Bütün çörək, su yardımını kəsəcək.
보라, 주 만군의 여호와께서 예루살렘과 유다의 의뢰하며 의지하는 것을 제하여 버리시되 곧 그 의뢰하는 모든 양식과 그 의뢰하는 모든 물과
2 İgidlərlə cəngavərləri, Hakimlərlə peyğəmbərləri, Falçılarla ağsaqqalları,
용사와, 전사와, 재판관과, 선지자와, 복술자와, 장로와,
3 Əllibaşılarla adlı-sanlı adamları, məsləhətçiləri, Mahir sehrbazlarla cadugərləri aradan qaldıracaq.
오십부장과, 귀인과, 모사와, 공교한 장인과, 능란한 요술자를 그리하실 것이며
4 Uşaqları onların üzərinə başçı qoyacağam, Qoy körpələr onlara hökm etsin.
그가 또 아이들로 그들의 방백을 삼으시며 적자들로 그들을 다스리게 하시리니
5 İnsan insanla, qonşu qonşusu ilə, Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla Həyasızcasına rəftar edəcək.
백성이 서로 학대하며 각기 이웃을 잔해하며 아이가 노인에게 비천한 자가 존귀한 자에게 교만할 것이며
6 Ailədə qardaş qardaşa sarılıb deyəcək: «Sənin heç olmasa əyninə geyməyə paltarın var. Sən başçımız ol, Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!»
혹시 사람이 그 아비의 집에서 그 형제를 붙잡고 말하기를 너는 의복이 오히려 있으니 우리 관장이 되어 이 멸망을 네 수하에 두라 할 것이면
7 O vaxt bu adam uca səslə söyləyəcək: «Mən yaralarınızı sarımağı bacarmaram, Çünki evimdə nə yemək, nə də paltar var, Məni xalqın başçısı qoymayın».
그 날에 그가 소리를 높여 이르기를 나는 고치는 자가 되지 않겠노라 내 집에는 양식도 없고 의복도 없으니 너희는 나로 백성의 관장을 삼지 말라 하리라
8 Yerusəlim sarsıldı, Yəhuda dağıldı, Çünki sözləri və əməlləri Rəbbə qarşı oldu, Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı.
예루살렘이 멸망하였고 유다가 엎드러졌음은 그들의 언어와 행위가 여호와를 거스려서 그 영광의 눈을 촉범하였음이라
9 Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir, Günahları haqda Sodomdakı kimi açıq danışırlar, Bunu gizlətmirlər. Vay onların halına! Axı bu bəlanı başlarına özləri gətirdi.
그들의 안색이 스스로 증거하며 그 죄를 발표하고 숨기지 아니함이 소돔과 같으니 그들의 영혼에 화가 있을진저 그들이 재앙을 자취하였도다
10 Saleh adamlara söyləyin ki, Onlara yaxşılıq ediləcək, Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək.
너희는 의인에게 복이 있으리라 말하라 그들은 그 행위의 열매를 먹을 것임이요
11 Pis adamların vay halına! Çünki onlara pislik olunacaq, Elədikləri əməlləri qarşılarına çıxacaq.
악인에게는 화가 있으리니 화가 있을 것은 그 손으로 행한대로 보응을 받을 것임이니라
12 Uşaqlar xalqıma zülm edir, Qadınlar üzərimizdə hökm sürür! Ey xalqım, sənə yol göstərənlər Səni azdırır, yolunu dolaşdırırlar!
내 백성을 학대하는 자는 아이요, 관할하는 자는 부녀라 나의 백성이여! 너의 인도자가 너를 유혹하여 너의 다닐 길을 훼파하느니라
13 Rəbb məhkəməsini qurmaq üçün qalxır, Xalqları mühakimə etmək üçün durur.
여호와께서 변론하러 일어나시며 백성들을 심판하려고 서시도다
14 Rəbb xalqının rəhbərlərini, Başçılarını məhkəməyə gətirir: «Sizsiniz üzüm bağını yeyib-dağıdan, Kasıbların malı ilə evlərinizi dolduran.
여호와께서 그 백성의 장로들과 방백들을 국문하시되 포도원을 삼킨 자는 너희며 가난한 자에게서 탈취한 물건은 너희 집에 있도다
15 Nə haqla xalqıma zülm edib Yoxsullara əzab verirsiniz?» Bunu Ordular Rəbbi Xudavənd bəyan edir.
어찌하여 너희가 내 백성을 짓밟으며 가난한 자의 얼굴에 맷돌질하느뇨 주 만군의 여호와 내가 말하였느니라 하시리로다
16 Rəbb deyir: Madam ki Sion qızları çox təkəbbürlüdür, Boylana-boylana gəzir, göz-qaş oynadır, Addımlarını asta-asta atırlar, Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər,
여호와께서 또 말씀하시되 시온의 딸들이 교만하여 늘인 목, 정을 통하는 눈으로 다니며 아기죽거려 행하며 발로는 쟁쟁한 소리를 낸다 하시도다
17 Buna görə də Xudavənd Sion qızlarının başlarına qotur salacaq. Ayıb yerlərini açıb göstərəcək.
그러므로 주께서 시온의 딸들의 정수리에 딱지가 생기게 하시며 여호와께서 그들의 하체로 드러나게 하시리라
18 O gün Xudavənd onların bəzəklərini – Topuqlara taxılan bilərziklərini, Araqçınlarını, aypara şəkilli boyunbağılarını,
주께서 그 날에 그들의 장식한 발목 고리와, 머리의 망사와, 반달장식과,
19 Sırğalarını, qolbaqlarını, örpəklərini,
귀고리와, 팔목 고리와, 면박과,
20 Tac şəkilli başlıqlarını, Bazubəndlərini, qurşaqlarını, Ətirlə dolu mücrülərini, Tilsimlənmiş bəzək əşyalarını,
화관과, 발목 사슬과, 띠와, 향합과, 호신부와,
21 Üzüklərini, burun halqalarını,
지환과, 코 고리와,
22 Bayram libaslarını, paltarlarını, Örtüklərini, əl çantalarını,
예복과, 겉옷과, 목도리와, 손주머니와,
23 Güzgülərini, nəfis toxunmuş kətan libaslarını, Çalmalarını, duvaqlarını əllərindən alacaq;
손 거울과, 세마포 옷과, 머리수건과, 너울을 제하시리니
24 O vaxt gözəl ətir yerinə üfunət, Kəmər əvəzinə ip, Lülə-lülə saç əvəzinə keçəl baş, Bəzəkli paltar əvəzinə çul bürüncək, Gözəllik əvəzinə dağlanma olacaq.
그 때에 썩은 냄새가 향을 대신하고 노끈이 띠를 대신하고 대머리가 숱한 머리털을 대신하고 굵은 베옷이 화려한 옷을 대신하고 자자한 흔적이 고운 얼굴을 대신할 것이며
25 Kişiləriniz qılıncla, İgidləriniz döyüşdə məhv olacaq.
너희 장정은 칼에, 너희 용사는 전란에 망할 것이며
26 Yerusəlimin darvazaları Nalə çəkib yas tutacaq, Bu şəhərsə kimsəsiz qadın tək Quru yerdə oturacaq.
그 성문은 슬퍼하며 곡할 것이요 시온은 황무하여 땅에 앉으리라