< Yeşaya 29 >

1 Ariel, ey Ariel, Davudun ordugah qurduğu şəhər! İli ilə qat, bayramların keçirilsin.
禍哉,阿黎耳,阿黎耳,達味駐紮過的城!任憑一年復一年,任憑節期的循環,
2 Amma Arielə əzab verəcəyəm, O, fəryad, fəğan edəcək, Mənim üçün qurbangah ocağı kimi olacaq.
我必圍困阿黎耳,那裏將發生呻吟和悲嘆。你於我必像一個「阿黎耳。」
3 Sənə qarşı ətrafında ordugah quracağam, Dövrəsinə istehkamlar düzəcəyəm, Sənə hücum etmək üçün qüllələr tikəcəyəm.
我要如達味一樣紮營圍攻你,以保壘包圍你,築起高台攻擊你。
4 Alçaldılacaqsan, yerin altından danışacaqsan, Toz-torpaq içindən səsin boğuq gələcək, Səsin ölü səsi kimi yerdən, Sözlərin pıçıltı kimi torpağın altından çıxacaq.
你將降低,要由地下說話,你微弱的言語出自塵土。你的聲音有如幽魂的聲音出於地下,你的言語低聲地出自塵土。
5 Amma çoxlu düşmənlərin narın toz kimi, Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq. Qəflətən bir an içində,
那殘害你的人,將多得有如微細的塵沙;那對你施虐的,將多得有如飛揚的糠屑。但是,忽然,轉瞬之間,
6 Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, Böyük səs-küylə, qasırğa və fırtına ilə, Hər şeyi məhv edən od ilə sənin yanına gələcək.
萬軍的上主將帶著雷霆、地震、巨響、颶風、暴風如吞噬的火燄來眷顧你。
7 Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar, Ona və qalalarına qarşı savaşanların hamısı, Ona zülm edənlər bir röya kimi, Gecə görünən yuxu kimi yox olacaq.
那許多攻擊阿黎耳的民族,所有攻擊她並豎起保壘包圍她的人們,都要成為一場夢境,有如夜間的異象。
8 Yuxuda çörək yediyini görən ac adam Oyananda yenə acdır. Yuxuda su içdiyini görən susuz adam Oyananda yenə susuzluqdan yanır. Sion dağına qarşı döyüşən Bütün millətlərdən izdihamlar da belə olacaq.
如同飢者夢中得食,及至醒來,仍然枵腹;又有如渴者夢中飲水,及至醒來,依舊疲憊,心裏仍有所欲:那攻擊熙雍山的各種民族,也將如此。
9 Heyrətlənin və təəccüblənin, Gözünüzü kor edin, qoy görməsin. Şərab içmədən sərxoş olun, İçki içmədən səndələyin.
你們都在自我愚弄而愚蠢,你們都在自我蒙蔽而迷矇;你們沉醉,不是出於清酒;你們蹣跚,不是出於烈酒;
10 Çünki Rəbb sizi dərin yuxuya saldı. Ey peyğəmbərlər, gözlərinizi yumdu, Ey görücülər, sizi kor elədi.
而是由於上主將沉睡的神注在你們身上,封閉了你們的眼睛【即先知們,】蒙上了你們的頭顱【即先見們。】
11 Bütün bu görüntü sizin üçün möhürlənmiş kitabın sözlərinə bənzəyir. Oxumağı bacarana bunu verib desələr: «Rica edirəm, bunu oxu!» O isə cavab verir: «Oxuya bilmərəm, çünki möhürlüdür».
所有的異像為你們都像是封住的書中的話;若交給識字的人說:「請讀這書!」他將答說:「我不能,因為這書是封著的;」
12 Kitabı oxuya bilməyənə verib desələr: «Bunu oxu, rica edirəm», o isə cavab verir: «Mən oxuya bilmirəm».
若將這書交給一個文盲說:「請讀這書!」他將答說:「我不識字!」
13 Xudavənd deyir: «Bu xalq Mənə yaxınlaşıb Dilləri və dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. Onların Mənə səcdə etmələri İnsanlardan öyrəndikləri əmrlərdən gəlir.
吾主說:「因為這民族祇在口頭上親近我,嘴唇上尊崇我,他們的心卻遠離我,他們對我的敬畏僅是人們所傳習的訓誡。
14 Ona görə Mən bir də bu xalq üçün Yeni möcüzə, ecazkar şeylər edəcəyəm, Müdriklərinin müdrikliyi məhv olacaq, Aqillərinin ağlı yox olacaq».
所以,看哪!我要向這民族再行奇事,最奇妙的事,致使他們智者的智慧必要消失,他們賢者的聰明必要隱遁。人算不如天算。
15 Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür, kim tanıyır?» deyirlər.
禍哉,逃避上主而力圖掩蔽自己計劃的人!禍哉,那些在暗中行事並說:「有誰看見我們,有誰知道我們的人!」
16 Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə bir tutmaq olarmı? Düzəldilən əşya onu düzəldən barədə «O məni düzəltmədi» deyərmi? Qab onu yaradan barədə «O heç nə anlamır» deyərmi?
你們多麼顛倒事理!豈能看陶工如泥工﹖製造品豈能論製造者說:「他沒有製造我﹖」陶器豈能論陶工說:「他不精明﹖」
17 Livan tezliklə məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönməyəcəkmi?
誠然,再稍過片刻,黎巴嫩即將變成果園,果園將被視為果林。
18 O gün karlar kitabdakı sözləri eşidəcək, Korların gözləri zülmət qaranlıqda görəcək.
到那一日,聾者將聽到書上的話,盲人的眼將由幽暗晦暝中得以看見;
19 Fəqirlər Rəbdə sevinc tapacaq, Yoxsullar İsrailin Müqəddəsində şadlanacaq.
弱小的人將在上主內再得歡樂,貧困的人將因以色列的聖者而喜悅,
20 Çünki zülmkarlar yox olacaq, Rişxəndçilər itib-batacaq. Pislik etməyə hazır olanlar məhv olacaq.
因為暴虐者已經絕跡,輕蔑者已經滅亡,一切思念邪惡的人已經剷除:
21 Onlar başqasına böhtan atanlar, Şəhər darvazasında hakimə tələ quranlardır, Haqlının haqqını nahaq yerə təhrif edənlərdir.
就是那些使人在訴訟上失敗,在城門口布置羅網陷害判官,用假理由屈枉義人的人。
22 Buna görə də İbrahimi qurtaran Rəbb Yaqub nəslinə belə deyir: «Yaqub nəsli artıq utanmayacaq, Üzləri qorxudan saralmayacaq.
因此拯救亞巴郎的天主論雅各伯的家這樣說:「雅各伯今後不再慚愧,他的面貌不再失色,
23 Əlimlə yaratdığım övladlarını Aralarında görəndə Adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar.
因為人們看見了我手在他們中所有的工作,必稱頌我名為聖,必稱頌雅各伯的聖者為聖,必敬畏以色列的天主。
24 Yolunu azanlar anlayacaq, Gileylənənlər təlim öyrənəcək».
心內迷亂的人將要獲得知識,怨尤的人必學得教誨。」

< Yeşaya 29 >