< Yeşaya 27 >

1 O gün Rəbb Livyatana, qaçan ilana, Bəli, Livyatana, qıvrılan ilana Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək, Dənizdəki əjdahanı öldürəcək.
ביום ההוא יפקד יהוה בחרבו הקשה והגדולה והחזקה על לויתן נחש ברח ועל לויתן נחש עקלתון והרג את התנין אשר בים׃
2 O gün Rəbb deyəcək: «Xoşladığım bağ üçün nəğmələr oxuyun!
ביום ההוא כרם חמד ענו לה׃
3 Mən Rəbb, bağı qoruyuram, Tez-tez sulayıram, Gecə-gündüz keşiyində dururam ki, Heç kəs ona zərər verməsin.
אני יהוה נצרה לרגעים אשקנה פן יפקד עליה לילה ויום אצרנה׃
4 Mən qəzəblənmirəm, Kaş qarşıma tikan və qanqal çıxaydı, Onda onlara qarşı çıxıb döyüşərdim, Hamısını odda yandırardım.
חמה אין לי מי יתנני שמיר שית במלחמה אפשעה בה אציתנה יחד׃
5 Yaxud qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, Bəli, qoy Mənimlə barışsınlar».
או יחזק במעוזי יעשה שלום לי שלום יעשה לי׃
6 Yaqub nəsli gələcəkdə kök salacaq, İsrail şaxələnəcək, çiçəklənəcək, Yer üzünü bəhrələri ilə dolduracaq.
הבאים ישרש יעקב יציץ ופרח ישראל ומלאו פני תבל תנובה׃
7 Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu? Yaxud O, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü?
הכמכת מכהו הכהו אם כהרג הרגיו הרג׃
8 Rəbb Öz xalqına hökm etdi, Qovub sürgünə göndərdi. Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu.
בסאסאה בשלחה תריבנה הגה ברוחו הקשה ביום קדים׃
9 Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq, Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq: Bütpərəst qurbangahların daşları Tabaşir kimi ovulacaq, İlahə Aşeranın rəmzi olan sütunlar Ya da buxur qurbangahları Bir daha dikəlməyəcək.
לכן בזאת יכפר עון יעקב וזה כל פרי הסר חטאתו בשומו כל אבני מזבח כאבני גר מנפצות לא יקמו אשרים וחמנים׃
10 İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq.
כי עיר בצורה בדד נוה משלח ונעזב כמדבר שם ירעה עגל ושם ירבץ וכלה סעפיה׃
11 Şaxələri quruyanda qoparılacaq, Qadınlar gəlib onları yandıracaq. Bu xalq ağılsız olduğuna görə Yaradan onlara rəhm etməyəcək, Xaliq onlara qarşı xeyirxah olmayacaq.
ביבש קצירה תשברנה נשים באות מאירות אותה כי לא עם בינות הוא על כן לא ירחמנו עשהו ויצרו לא יחננו׃
12 O gün Rəbb Fərat çayından Misir vadisinə qədər Öz bəhrələrini yığacaq. Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları!
והיה ביום ההוא יחבט יהוה משבלת הנהר עד נחל מצרים ואתם תלקטו לאחד אחד בני ישראל׃
13 O gün böyük şeypur çalınacaq, Aşşur torpağında itkin düşənlərlə Misirə sürgün edilənlər gəlib Yerusəlimdə Müqəddəs dağda Rəbbə səcdə edəcək.
והיה ביום ההוא יתקע בשופר גדול ובאו האבדים בארץ אשור והנדחים בארץ מצרים והשתחוו ליהוה בהר הקדש בירושלם׃

< Yeşaya 27 >