< Yeşaya 26 >

1 O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.
בַּיּוֹם הַהוּא יוּשַׁר הַשִּׁיר־הַזֶּה בְּאֶרֶץ יְהוּדָה עִיר עׇז־לָנוּ יְשׁוּעָה יָשִׁית חוֹמוֹת וָחֵֽל׃
2 Açın şəhərin darvazalarını, Qoy sadiq qalan saleh millət içəri girsin.
פִּתְחוּ שְׁעָרִים וְיָבֹא גוֹי־צַדִּיק שֹׁמֵר אֱמֻנִֽים׃
3 Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir.
יֵצֶר סָמוּךְ תִּצֹּר שָׁלוֹם ׀ שָׁלוֹם כִּי בְךָ בָּטֽוּחַ׃
4 Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır.
בִּטְחוּ בַֽיהֹוָה עֲדֵי־עַד כִּי בְּיָהּ יְהֹוָה צוּר עוֹלָמִֽים׃
5 O, yuxarıdan gedənləri alçaldar, Onların yaşadığı şəhəri dağıdar, Yerlə yeksan edər.
כִּי הֵשַׁח יֹשְׁבֵי מָרוֹם קִרְיָה נִשְׂגָּבָה יַשְׁפִּילֶנָּה יַשְׁפִּילָהּ עַד־אֶרֶץ יַגִּיעֶנָּה עַד־עָפָֽר׃
6 O şəhər məzlumların ayaqları, Yoxsulların addımları altında tapdalanacaq.
תִּרְמְסֶנָּה רָגֶל רַגְלֵי עָנִי פַּעֲמֵי דַלִּֽים׃
7 Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.
אֹרַח לַצַּדִּיק מֵישָׁרִים יָשָׁר מַעְגַּל צַדִּיק תְּפַלֵּֽס׃
8 Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir.
אַף אֹרַח מִשְׁפָּטֶיךָ יְהֹוָה קִוִּינוּךָ לְשִׁמְךָ וּלְזִכְרְךָ תַּאֲוַת־נָֽפֶשׁ׃
9 Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir.
נַפְשִׁי אִוִּיתִךָ בַּלַּיְלָה אַף־רוּחִי בְקִרְבִּי אֲשַׁחֲרֶךָּ כִּי כַּאֲשֶׁר מִשְׁפָּטֶיךָ לָאָרֶץ צֶדֶק לָמְדוּ יֹשְׁבֵי תֵבֵֽל׃
10 Pis adama rəhm etsələr də, O, doğruluğu öyrənməz, Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər, Rəbbin əzəmətini görməz.
יֻחַן רָשָׁע בַּל־לָמַד צֶדֶק בְּאֶרֶץ נְכֹחוֹת יְעַוֵּל וּבַל־יִרְאֶה גֵּאוּת יְהֹוָֽה׃
11 Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.
יְהֹוָה רָמָה יָדְךָ בַּל־יֶחֱזָיוּן יֶחֱזוּ וְיֵבֹשׁוּ קִנְאַת־עָם אַף־אֵשׁ צָרֶיךָ תֹאכְלֵֽם׃
12 Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
יְהֹוָה תִּשְׁפֹּת שָׁלוֹם לָנוּ כִּי גַּם כׇּֽל־מַעֲשֵׂינוּ פָּעַלְתָּ לָּֽנוּ׃
13 Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq.
יְהֹוָה אֱלֹהֵינוּ בְּעָלוּנוּ אֲדֹנִים זוּלָתֶךָ לְבַד־בְּךָ נַזְכִּיר שְׁמֶֽךָ׃
14 O ağalar öldü, artıq yaşamır, Onlar kölgə kimidir, dirilməyəcək, Çünki Sən onları cəzalandırıb məhv etdin, Onlar haqqında hər bir xatirəni yox etdin.
מֵתִים בַּל־יִחְיוּ רְפָאִים בַּל־יָקֻמוּ לָכֵן פָּקַדְתָּ וַתַּשְׁמִידֵם וַתְּאַבֵּד כׇּל־זֵכֶר לָֽמוֹ׃
15 Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb! Bəli, milləti çoxaltdın, Özünü izzətləndirdin. Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin».
יָסַפְתָּ לַגּוֹי יְהֹוָה יָסַפְתָּ לַגּוֹי נִכְבָּדְתָּ רִחַקְתָּ כׇּל־קַצְוֵי־אָֽרֶץ׃
16 Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı. Sənin cəzan üzərlərində olanda Sənə dua edib yalvardı.
יְהֹוָה בַּצַּר פְּקָדוּךָ צָקוּן לַחַשׁ מוּסָרְךָ לָֽמוֹ׃
17 Hamilə qadın doğuş vaxtı gələndə Ağrı çəkib qovrularaq necə qışqırırsa, Biz də Sənin qarşında elə idik, ya Rəbb!
כְּמוֹ הָרָה תַּקְרִיב לָלֶדֶת תָּחִיל תִּזְעַק בַּחֲבָלֶיהָ כֵּן הָיִינוּ מִפָּנֶיךָ יְהֹוָֽה׃
18 Biz də sanki hamilə idik, ağrı çəkirdik, Lakin küləkdən başqa bir şey doğmadıq. Nə dünyaya qurtuluş gətirə bildik, Nə də dünya sakinlərini həyata qovuşdurduq.
הָרִינוּ חַלְנוּ כְּמוֹ יָלַדְנוּ רוּחַ יְשׁוּעֹת בַּל־נַעֲשֶׂה אֶרֶץ וּבַֽל־יִפְּלוּ יֹשְׁבֵי תֵבֵֽל׃
19 Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər. Ey torpaq altında yatanlar, oyanın, Sevinc nəğməsini oxuyun, Çünki şeh torpağı necə təravətləndirirsə, Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək.
יִֽחְיוּ מֵתֶיךָ נְבֵלָתִי יְקוּמוּן הָקִיצוּ וְרַנְּנוּ שֹׁכְנֵי עָפָר כִּי טַל אוֹרֹת טַלֶּךָ וָאָרֶץ רְפָאִים תַּפִּֽיל׃
20 Ey xalqım, keç içəri otaqlara, Qapıları ört, Rəbbin qeyzi keçənəcən Qısa bir müddətə gizlən!
לֵךְ עַמִּי בֹּא בַֽחֲדָרֶיךָ וּֽסְגֹר (דלתיך) [דְּלָֽתְךָ] בַּעֲדֶךָ חֲבִי כִמְעַט־רֶגַע עַד־(יעבור)־[יַעֲבׇר־]זָֽעַם׃
21 Çünki budur, Rəbb yer üzünün sakinlərini Qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, Öldürülənləri artıq gizlətməyəcək.
כִּֽי־הִנֵּה יְהֹוָה יֹצֵא מִמְּקוֹמוֹ לִפְקֹד עֲוֺן יֹֽשֵׁב־הָאָרֶץ עָלָיו וְגִלְּתָה הָאָרֶץ אֶת־דָּמֶיהָ וְלֹא־תְכַסֶּה עוֹד עַל־הֲרוּגֶֽיהָ׃

< Yeşaya 26 >