< Yeşaya 2 >

1 Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri:
הדבר אשר חזה ישעיהו בן אמוץ על יהודה וירושלם׃
2 Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək.
והיה באחרית הימים נכון יהיה הר בית יהוה בראש ההרים ונשא מגבעות ונהרו אליו כל הגוים׃
3 Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq.
והלכו עמים רבים ואמרו לכו ונעלה אל הר יהוה אל בית אלהי יעקב וירנו מדרכיו ונלכה בארחתיו כי מציון תצא תורה ודבר יהוה מירושלם׃
4 Millətlər arasında Rəbb hakim olacaq, Çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək.
ושפט בין הגוים והוכיח לעמים רבים וכתתו חרבותם לאתים וחניתותיהם למזמרות לא ישא גוי אל גוי חרב ולא ילמדו עוד מלחמה׃
5 Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.
בית יעקב לכו ונלכה באור יהוה׃
6 Ya Rəbb, xalqını – Yaqub nəslini atdın, Çünki onlar Şərqdən gələn mövhumatlara uymuşdular, Filiştlilər kimi falçılıq edirlər, Əcnəbilərin adət-ənənələrinə əməl edirlər.
כי נטשתה עמך בית יעקב כי מלאו מקדם ועננים כפלשתים ובילדי נכרים ישפיקו׃
7 Ölkələri qızıl-gümüşlə dolu, Xəzinələrinin sonu yoxdur. Ölkələrində çoxlu atlar var, Döyüş arabaları külli miqdardadır.
ותמלא ארצו כסף וזהב ואין קצה לאצרתיו ותמלא ארצו סוסים ואין קצה למרכבתיו׃
8 Ölkələri bütlərlə doludur, Əlləri ilə düzəltdikləri, Barmaqları ilə işlədikləri Bütlərin qarşısında səcdə qılırlar.
ותמלא ארצו אלילים למעשה ידיו ישתחוו לאשר עשו אצבעתיו׃
9 Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək. Ya Rəbb, onları bağışlama!
וישח אדם וישפל איש ואל תשא להם׃
10 Rəbbin zəhmli üzündən, Ehtişamının əzəmətindən Qayalıqlara gedin, Yerin altında gizlənin.
בוא בצור והטמן בעפר מפני פחד יהוה ומהדר גאנו׃
11 Adamların təkəbbürlü baxışları alçaldılacaq, İnsanların qüruru qırılacaq, O gün yalnız Rəbb yüksəldiləcək.
עיני גבהות אדם שפל ושח רום אנשים ונשגב יהוה לבדו ביום ההוא׃
12 Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.
כי יום ליהוה צבאות על כל גאה ורם ועל כל נשא ושפל׃
13 Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək, Bütün Başan palıdlarını yox edəcək.
ועל כל ארזי הלבנון הרמים והנשאים ועל כל אלוני הבשן׃
14 Bütün ulu dağları, hündür təpələri,
ועל כל ההרים הרמים ועל כל הגבעות הנשאות׃
15 Bütün yüksək qüllələri, Qala divarlarını yerlə yeksan edəcək,
ועל כל מגדל גבה ועל כל חומה בצורה׃
16 Bütün Tarşiş gəmilərini, Bütün gözəl gəmiləri yox edəcək.
ועל כל אניות תרשיש ועל כל שכיות החמדה׃
17 Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq.
ושח גבהות האדם ושפל רום אנשים ונשגב יהוה לבדו ביום ההוא׃
18 Bütlər tamamilə aradan götürüləcək.
והאלילים כליל יחלף׃
19 Rəbb yeri sarsıtmağa qalxanda Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Hər bir insan qayalıqdakı mağaralara, Yerin altındakı xəndəklərə qaçıb girəcək.
ובאו במערות צרים ובמחלות עפר מפני פחד יהוה ומהדר גאונו בקומו לערץ הארץ׃
20 O gün insanlar Səcdə etmək üçün düzəltdikləri Qızıl və gümüş bütlərini götürüb Köstəbək və yarasaların Qabağına atacaqlar ki,
ביום ההוא ישליך האדם את אלילי כספו ואת אלילי זהבו אשר עשו לו להשתחות לחפר פרות ולעטלפים׃
21 Rəbb yeri sarsıtmağa qalxarkən Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Qaçmaq üçün qayalıqdakı çatlaqlara, Uçurumlardakı yarıqlara girsinlər.
לבוא בנקרות הצרים ובסעפי הסלעים מפני פחד יהוה ומהדר גאונו בקומו לערץ הארץ׃
22 Nəfəsi burunda olan insandan əl çəkin, Onun nə dəyəri var ki?
חדלו לכם מן האדם אשר נשמה באפו כי במה נחשב הוא׃

< Yeşaya 2 >