< Yeşaya 19 >

1 Misir barədə xəbərdarlıq: Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir. Misir bütləri Onun qarşısında titrəyir, Misirlilərin ürəkləri qorxudan əriyir.
משא מצרים הנה יהוה רכב על עב קל ובא מצרים ונעו אלילי מצרים מפניו ולבב מצרים ימס בקרבו׃
2 Rəbb deyir: «Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam, Qardaş qardaşla, qonşu qonşu ilə, Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.
וסכסכתי מצרים במצרים ונלחמו איש באחיו ואיש ברעהו עיר בעיר ממלכה בממלכה׃
3 Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək.
ונבקה רוח מצרים בקרבו ועצתו אבלע ודרשו אל האלילים ואל האטים ואל האבות ואל הידענים׃
4 Misirliləri qəddar bir sahibə təslim edəcəyəm, Qüvvətli padşah üzərlərində hökm sürəcək». Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.
וסכרתי את מצרים ביד אדנים קשה ומלך עז ימשל בם נאם האדון יהוה צבאות׃
5 Nilin suları azalacaq, Çay çəkilib quruyacaq.
ונשתו מים מהים ונהר יחרב ויבש׃
6 Çaylar iylənəcək, Misirin arxları boşalıb quruyacaq, Qamışlar və qarğılar çürüyəcək.
והאזניחו נהרות דללו וחרבו יארי מצור קנה וסוף קמלו׃
7 Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.
ערות על יאור על פי יאור וכל מזרע יאור ייבש נדף ואיננו׃
8 Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq, Nilə tilov atanların hamısı ağlayacaq, Suya tor salanlar kədərlənəcək.
ואנו הדיגים ואבלו כל משליכי ביאור חכה ופרשי מכמרת על פני מים אמללו׃
9 İncə kətan üzərində işləyənlər, Ağ bez toxuyanlar ümidlərini itirəcək.
ובשו עבדי פשתים שריקות וארגים חורי׃
10 Misirin sütunları qırılacaq, Bütün muzdlu işçilər ruhdan düşəcək.
והיו שתתיה מדכאים כל עשי שכר אגמי נפש׃
11 Soan şəhərinin başçıları necə də axmaqdır! Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir. Onlar firona necə: «Mən müdriklərin, Qədim padşahların nəslindənəm!» deyə bilər?
אך אולים שרי צען חכמי יעצי פרעה עצה נבערה איך תאמרו אל פרעה בן חכמים אני בן מלכי קדם׃
12 Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır? Qoy sənə bildirsinlər Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb.
אים אפוא חכמיך ויגידו נא לך וידעו מה יעץ יהוה צבאות על מצרים׃
13 Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.
נואלו שרי צען נשאו שרי נף התעו את מצרים פנת שבטיה׃
14 Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır.
יהוה מסך בקרבה רוח עועים והתעו את מצרים בכל מעשהו כהתעות שכור בקיאו׃
15 Misirdə heç kim heç bir iş görə bilməyəcək: Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.
ולא יהיה למצרים מעשה אשר יעשה ראש וזנב כפה ואגמון׃
16 O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək.
ביום ההוא יהיה מצרים כנשים וחרד ופחד מפני תנופת יד יהוה צבאות אשר הוא מניף עליו׃
17 Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək.
והיתה אדמת יהודה למצרים לחגא כל אשר יזכיר אתה אליו יפחד מפני עצת יהוה צבאות אשר הוא יועץ עליו׃
18 O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri adlandırılacaq.
ביום ההוא יהיו חמש ערים בארץ מצרים מדברות שפת כנען ונשבעות ליהוה צבאות עיר ההרס יאמר לאחת׃
19 O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək.
ביום ההוא יהיה מזבח ליהוה בתוך ארץ מצרים ומצבה אצל גבולה ליהוה׃
20 Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq.
והיה לאות ולעד ליהוה צבאות בארץ מצרים כי יצעקו אל יהוה מפני לחצים וישלח להם מושיע ורב והצילם׃
21 Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək.
ונודע יהוה למצרים וידעו מצרים את יהוה ביום ההוא ועבדו זבח ומנחה ונדרו נדר ליהוה ושלמו׃
22 Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək.
ונגף יהוה את מצרים נגף ורפוא ושבו עד יהוה ונעתר להם ורפאם׃
23 O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.
ביום ההוא תהיה מסלה ממצרים אשורה ובא אשור במצרים ומצרים באשור ועבדו מצרים את אשור׃
24 O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq.
ביום ההוא יהיה ישראל שלישיה למצרים ולאשור ברכה בקרב הארץ׃
25 Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun».
אשר ברכו יהוה צבאות לאמר ברוך עמי מצרים ומעשה ידי אשור ונחלתי ישראל׃

< Yeşaya 19 >