< Yeşaya 18 >
1 Kuş çaylarının o tərəfində yerləşən, Qanad vızıltıları eşidilən ölkənin vay halına!
唉!古实河外翅膀刷刷响声之地,
2 Dəniz yolu ilə, qamış qayıqları ilə Bu ölkə elçilər göndərir! Ey sürətli qasidlər, yola düşün! Çaylarla bölünmüş ölkəyə, Ucaboylu, parlaq dərili millətin, Hər yanda qorxu doğuran xalqın, Güclü və işğalçı millətin yanına gedin!
差遣使者在水面上, 坐蒲草船过海。 先知说:你们快行的使者, 要到高大光滑的民那里去。 自从开国以来,那民极其可畏, 是分地界践踏人的; 他们的地有江河分开。
3 Ey bütün yer üzündə yaşayanlar! Ey dünya sakinləri! Dağların zirvəsinə bayraq dikələndə baxın! Şeypur çalınanda eşidin!
世上一切的居民和地上所住的人哪, 山上竖立大旗的时候你们要看; 吹角的时候你们要听。
4 Çünki Rəbb mənə belə deyir: «Günəş şüalarından yaranan qızmarlıq kimi, Biçin vaxtının istisində şeh buludu kimi Sakitcə məskənimdən baxacağam».
耶和华对我这样说: 我要安静,在我的居所观看, 如同日光中的清热, 又如露水的云雾在收割的热天。
5 Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl Üzümlər qora bağlayanda O, bağ qayçıları ilə pöhrələri kəsəcək, Şaxələnmiş budaqları qırıb atacaq.
收割之先,花开已谢, 花也成了将熟的葡萄; 他必用镰刀削去嫩枝, 又砍掉蔓延的枝条,
6 Hamısı dağın yırtıcı quşlarına, Yerin vəhşi heyvanlarının qarşısına atılacaq. Yayda yırtıcı quşlara, Qışda bütün vəhşi heyvanlara yem olacaq.
都要撇给山间的鸷鸟和地上的野兽。 夏天,鸷鸟要宿在其上; 冬天,野兽都卧在其中。
7 O vaxt çaylarla bölünmüş ölkə Ucaboylu, parlaq dərili xalq, Hər yanda qorxu doğuran xalq Güclü və işğalçı millət Ordular Rəbbinə, Ordular Rəbbinin adını qoyduğu yerə – Sion dağına xərac gətirəcək.
到那时,这高大光滑的民, 就是从开国以来极其可畏、 分地界践踏人的, 他们的地有江河分开; 他们必将礼物奉给万军之耶和华, 就是奉到锡安山— 耶和华安置他名的地方。