< Yeşaya 14 >
1 Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.
Jo Tas Kungs apžēlosies par Jēkabu un atkal izredzēs Israēli un tos pārvedīs savā zemē. Un svešinieki ar tiem biedrosies un pieķersies Jēkaba namam.
2 Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq. Onda İsrail xalqı Rəbbin torpağında Onları özlərinə qul və kəniz edəcək; Onları əsir aparanları özləri əsir edəcək, Onlara zülm edənlərin üzərində hökm sürəcək.
Un tautas tos ņems un vadīs uz viņu vietām, un Israēla nams Tā Kunga zemē tos iemantos par kalpiem un kalponēm, un tie tos turēs cietumā, kas viņus bija cietumā turējuši, un valdīs par saviem dzinējiem.
3 Rəbb səni ağrıdan, sıxıntıdan, Gördüyün ağır işdən qurtaranda
Un notiks tai dienā, kad Tas Kungs tev dusu dos no tavām sāpēm un no tavām izbailēm un no tās grūtās kalpošanas, ar ko tie tevi kalpinājuši,
4 Babil padşahına lağ edib belə deyəcəksən: «Zülmkarın sonu gör necə oldu! Zorakılığın axırı gör necə oldu!
Tad tu šo dziesmu dziedāsi pret Bābeles ķēniņu un sacīsi: Kā tas dzinējs pagalam! Kā tie spaidi pagalam!
5 Rəbb pis adamların dəyənəyini, Hökmdarların əsasını qırdı.
Tas Kungs bezdievīgiem salauzis zizli, valdītājiem rīksti,
6 O əsa ki dayanmadan xalqları qəzəblə vurardı, Millətləri qeyzlə, amansızca əzərdi.
Kas ļaudis briesmīgi mocīja ar mokām bez mitēšanās, kas ar bardzību valdīja pār tautām, ar spaidīšanu bez gala.
7 İndi isə bütün dünya Sakitlik və rahatlıq içində sevincdən coşur.
Visa zeme dus un atpūšas, tā skanēt skan no gavilēšanas.
8 Livanın şam və sidr ağacları Sənin fəlakətinə sevinərək deyir: “Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir”.
Un priedes priecājās par tevi un ciedru koki uz Lībanus (un saka): kamēr tu guli pie zemes, neviens nenāk, mūs nocirst.
9 Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib, Səni qarşılamağa can atır, ey Babil padşahı! Yer üzünün ölən bütün başçıları Sənin gəlişindən həyəcanlanır, Millətlərin bütün keçmiş padşahları Taxtlarından ayağa qalxır. (Sheol )
Elle apakšā tevis dēļ rīb, tev pretim ejot; kad tu nāci, viņa tevis dēļ uzmodina mirušos, visus zemes lielkungus, viņa visiem tautu ķēniņiem liek celties no krēsliem. (Sheol )
10 Hamı səni çağırıb belə deyəcək: “Sən də bizim kimi zəif oldun, bizə bənzədin!”
Tie visi runā un saka uz tevi: arī tu esi palicis bez spēka tā kā mēs, tu mums palicis līdzīgs.
11 Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü. (Sheol )
Tava greznība nogrimusi ellē un tavu kokļu skaņa; kodes būs tavas cisas, un tārpi tavs apsegs. (Sheol )
12 Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, Necə də yerə yıxıldın!
Kā tu esi kritis no debesīm, tu rīta zvaigzne, tu ausekļa dēls! Kā tu nocirsts zemē, kas tautas pārvarēji?
13 Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,
Un tu sacīji savā sirdī: es uzkāpšu debesīs, es paaugstināšu savu goda krēslu pār Dieva zvaigznēm, es apsēdīšos uz saiešanas kalna ziemeļu galā,
14 Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”.
Es uzkāpšu padebešu kalnos, tam Visuaugstajam es līdzināšos.
15 Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən. (Sheol )
Tiešām, ellē tu esi nogāzts, pašā bedres dziļumā. (Sheol )
16 Səni görənlər gözlərini zilləyib Sənin haqqında düşünüb belə deyəcək: “Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan,
Kas tevi redz, tie uz tevi skatās un tevi aplūko: vai šis tas vīrs, kas zemi kustināja un darīja valstis drebam.
17 Yer üzünü səhraya çevirən, Şəhərlərini yerlə yeksan edən, Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?”
Kas pasauli pārvērta par tuksnesi un viņas pilsētas postīja, kas viņas ļaudis no cietuma neatlaida mājās?
18 Bütün millətlərin padşahları, Hər biri öz əzəmətli sərdabəsində uyuyur.
Visi tautu ķēniņi, tie visi guļ zemē ar godu, ikviens savā namā.
19 Lakin sən iyrənc budaq kimi Qəbrindən kənara, uzağa atıldın, Bir çuxurun dibinə tullanan, Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən, Ayaq altında qalan leş kimisən.
Bet tu esi tālu atmests no sava kapa, kā nieka žagars, apklāts ar nokautiem, zobena nodurtiem, kas grimst akmeņu bedrē, - tā kā samīta maita.
20 Ölkəni dağıdıb xalqını öldürdüyünə görə Başqaları kimi dəfn olmayacaqsan. Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq.
Ar viņiem kopā tu nebūsi kapā; jo savu zemi tu esi postījis un nokāvis savus ļaudis; ļauna darītāju dzimums netiks pieminēts mūžīgi.
21 Atalarının günahına görə Övladları üçün qırğın hazırlayın ki, Onlar qalxıb dünyanı zəbt etməsinlər, Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər».
Taisāties kaut viņa bērnus viņu tēvu nozieguma dēļ, ka tie neceļas un zemi neiemanto un nepiepilda pasauli ar pilsētām.
22 «Babil xalqına qarşı qalxacağam» Bunu Ordular Rəbbi bəyan edir. «Babilin adını, sağ qalanlarını, oğullarını, Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir.
Jo Es celšos pret tiem, saka Tas Kungs Cebaot, un izdeldēšu no Bābeles vārdu un dzimumu un bērnu un bērna bērnu, saka Tas Kungs.
23 «Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir.
Un Es to došu par īpašumu ežiem un par ūdens purvu, un Es tos izmēzīšu ar izdeldēšanas slotu, saka Tas Kungs Cebaot.
24 Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq, Niyyət etdiyim kimi gerçəkləşəcək.
Tas Kungs Cebaot ir zvērējis un sacījis: tiešām, kā Es esmu nodomājis, tā notiks, un kā Es esmu nospriedis, tā būs,
25 Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq.
Ka Es Asuru satriekšu Savā zemē, un uz Saviem kalniem viņu samīdīšu, ka viņa jūgs no tiem top atņemts un viņa nasta zūd no viņu pleciem.
26 Bütün dünya üçün hazırladığım hökm budur, Bütün millətlərə qarşı uzanan əl budur.
Šis ir tas padoms, kas nospriests pār visu zemi, un šī ir tā roka, kas izstiepta pār visām tautām.
27 Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?»
Jo Tas Kungs Cebaot to nodomājis; kas to iznīcinās? Un Viņa roka ir izstiepta, kas to novērsīs?
28 Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq:
Tai gadā, kad ķēniņš Ahazs nomira, notika šis spriedums:
29 «Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı, Çünki ilanın kökündən gürzə törəyəcək, Onun törəməsi də uçan ilan olacaq.
Nepriecājies, visa Fīlistu zeme, ka tā rīkste salauzta, kas tevi sita. Jo no čūskas saknes nāk odze, un viņas auglis būs spārnains pūķis.
30 Kasıbların ən kasıbı doyacaq, Fəqirlər rahat dincələcək. Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm, Sağ qalanlarınız da öldürüləcək.
Jo visupēdīgie nabagi baudīs pilnību, un tukšinieki apgulsies ar mieru. Bet tavu sakni Es nokaušu caur badu, un tavus atlikušos viņš kaus zemē.
31 Ey darvaza, fəryad et! Ey şəhər, ağla! Ey bütün Filiştlilər, başdan-başa əriyin! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir».
Kauciet, vārti! Kliedz, pilsēta! Izkūsti, visa Fīlistu zeme! Jo no ziemeļa puses nāk dūmi, un neviens no viņa pulkiem nenoklīst.
32 O millətin elçilərinə nə cavab veriləcək? «Rəbb Sionun təməlini qoyub, Onun xalqının fəqirləri orada Sığınacaq tapacaq» deyiləcək.
Un ko tad atbildēs tautu vēstnešiem? Ka Tas Kungs Ciānu stiprinājis un Viņa ļaužu bēdīgie tur atrod patvērumu.