< Yeşaya 13 >

1 Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:
亞摩斯的兒子以賽亞得默示,論巴比倫。
2 Çılpaq dağın zirvəsinə bayraq sancın! Döyüşçüləri bərkdən səsləyin, Əl edin ki, onlar Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin.
應當在淨光的山豎立大旗, 向群眾揚聲招手, 使他們進入貴冑的門。
3 Mən seçdiklərimə əmr verdim, Qəzəbimi düşmənlərə tökmək üçün Cəsur cəngavərləri, Ucalığımla öyünən igidləri səslədim.
我吩咐我所挑出來的人; 我招呼我的勇士- 就是那矜誇高傲之輩, 為要成就我怒中所定的。
4 Dağlardakı izdihamın gurultusunu eşidin, Bu, böyük bir xalqın səsinə bənzər. Bir yerə toplanan millətlərin, Padşahlıqların nidasını dinləyin! Ordular Rəbbi bir ordunu döyüşə çağırır!
山間有多人的聲音, 好像是大國人民。 有許多國的民聚集鬨嚷的聲音; 這是萬軍之耶和華點齊軍隊,預備打仗。
5 Onlar uzaq ölkədən, Üfüqlərin o biri tərəfindən gəlir. Ölkəni tamamilə yerlə yeksan etmək üçün Rəbb və Onun qəzəbinin silahı gəlir.
他們從遠方來, 從天邊來, 就是耶和華並他惱恨的兵器 要毀滅這全地。
6 Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir!
你們要哀號, 因為耶和華的日子臨近了! 這日來到, 好像毀滅從全能者來到。
7 Buna görə hamının əlləri yanına düşəcək, Hər kəs qorxub ürəyini yeyəcək.
所以,人手都必軟弱; 人心都必消化。
8 Hər bir adamı dəhşət bürüyəcək, Dərd və iztirab içində boğulacaq, Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, Üzləri qızaracaq.
他們必驚惶悲痛; 愁苦必將他們抓住。 他們疼痛,好像產難的婦人一樣, 彼此驚奇相看,臉如火焰。
9 Budur Rəbbin günü gəlir, Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin, Oradakı günahkarları məhv etsin.
耶和華的日子臨到, 必有殘忍、忿恨、烈怒, 使這地荒涼, 從其中除滅罪人。
10 Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq.
天上的眾星群宿都不發光; 日頭一出就變黑暗; 月亮也不放光。
11 Rəbb deyir: «Pisliyə görə dünyanı, Günahlarına görə pis adamları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, Zalımların məğrurluğunu alçaldacağam.
我必因邪惡刑罰世界, 因罪孽刑罰惡人, 使驕傲人的狂妄止息, 制伏強暴人的狂傲。
12 İnsan saf qızıldan da az olacaq, Adam Ofir qızılından da nadir halda tapılacaq.
我必使人比精金還少, 使人比俄斐純金更少。
13 Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək.
我-萬軍之耶和華在忿恨中發烈怒的日子, 必使天震動, 使地搖撼,離其本位。
14 Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb Öz xalqının yanına qayıdacaq, Öz vətəninə qaçacaq.
人必像被追趕的鹿, 像無人收聚的羊, 各歸回本族, 各逃到本土。
15 Bütün tutulanların bədəni dəlik-deşik olacaq, Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək.
凡被仇敵追上的必被刺死; 凡被捉住的必被刀殺。
16 Onların gözləri önündə körpələri parça-parça ediləcək, Evləri talan ediləcək, Arvadlarının namusuna toxunulacaq.
他們的嬰孩必在他們眼前摔碎; 他們的房屋必被搶奪; 他們的妻子必被玷污。
17 Gümüşə qiymət verməyən, Qızılı sevməyən Midiyalıları Onlara qarşı qaldıracağam.
我必激動米底亞人來攻擊他們。 米底亞人不注重銀子, 也不喜愛金子。
18 Ox-kamanları gəncləri parça-parça edəcək, Körpələrə rəhm etməyəcəklər, Uşaqları əsirgəməyəcəklər.
他們必用弓擊碎少年人, 不憐憫婦人所生的, 眼也不顧惜孩子。
19 Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam.
巴比倫素來為列國的榮耀, 為迦勒底人所矜誇的華美, 必像上帝所傾覆的所多瑪、蛾摩拉一樣。
20 Orada bir daha heç kim yaşamayacaq, Nəsildən-nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, Çobanlar sürülərini orada saxlamayacaq.
其內必永無人煙, 世世代代無人居住。 阿拉伯人也不在那裏支搭帳棚; 牧羊的人也不使羊群臥在那裏。
21 Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq.
只有曠野的走獸臥在那裏; 咆哮的獸滿了房屋。 鴕鳥住在那裏; 野山羊在那裏跳舞。
22 Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq».
豺狼必在它宮中呼號; 野狗必在它華美殿內吼叫。 巴比倫受罰的時候臨近; 它的日子必不長久。

< Yeşaya 13 >