< Yeşaya 10 >

1 Haqsız qaydalar çıxaranların, Ədalətsiz qanun qoyanların,
הוי החקקים חקקי און ומכתבים עמל כתבו׃
2 Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına!
להטות מדין דלים ולגזל משפט עניי עמי להיות אלמנות שללם ואת יתומים יבזו׃
3 Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz? Kömək üçün kimin yanına qaçacaqsınız? Mal-dövlətinizi harada saxlayacaqsınız?
ומה תעשו ליום פקדה ולשואה ממרחק תבוא על מי תנוסו לעזרה ואנה תעזבו כבודכם׃
4 Dustaqlar arasında əyilməkdən Yaxud öldürülənlər arasında yıxılmaqdan Başqa bir çarə qalmayacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
בלתי כרע תחת אסיר ותחת הרוגים יפלו בכל זאת לא שב אפו ועוד ידו נטויה׃
5 «Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir!
הוי אשור שבט אפי ומטה הוא בידם זעמי׃
6 Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm.
בגוי חנף אשלחנו ועל עם עברתי אצונו לשלל שלל ולבז בז ולשימו מרמס כחמר חוצות׃
7 Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir.
והוא לא כן ידמה ולבבו לא כן יחשב כי להשמיד בלבבו ולהכרית גוים לא מעט׃
8 O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi?
כי יאמר הלא שרי יחדו מלכים׃
9 Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı?
הלא ככרכמיש כלנו אם לא כארפד חמת אם לא כדמשק שמרון׃
10 Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə,
כאשר מצאה ידי לממלכת האליל ופסיליהם מירושלם ומשמרון׃
11 Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”»
הלא כאשר עשיתי לשמרון ולאליליה כן אעשה לירושלם ולעצביה׃
12 Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam.
והיה כי יבצע אדני את כל מעשהו בהר ציון ובירושלם אפקד על פרי גדל לבב מלך אשור ועל תפארת רום עיניו׃
13 Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim.
כי אמר בכח ידי עשיתי ובחכמתי כי נבנותי ואסיר גבולת עמים ועתידתיהם שושתי ואוריד כאביר יושבים׃
14 Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”».
ותמצא כקן ידי לחיל העמים וכאסף ביצים עזבות כל הארץ אני אספתי ולא היה נדד כנף ופצה פה ומצפצף׃
15 Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir.
היתפאר הגרזן על החצב בו אם יתגדל המשור על מניפו כהניף שבט את מרימיו כהרים מטה לא עץ׃
16 Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq.
לכן ישלח האדון יהוה צבאות במשמניו רזון ותחת כבדו יקד יקד כיקוד אש׃
17 İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək.
והיה אור ישראל לאש וקדושו ללהבה ובערה ואכלה שיתו ושמירו ביום אחד׃
18 Gözəl meşələri, məhsuldar tarlaları Tamamilə xarab olacaq, Ağır xəstəliyə tutulan insanın canı kimi Həlak olacaq.
וכבוד יערו וכרמלו מנפש ועד בשר יכלה והיה כמסס נסס׃
19 Meşələrində qalan ağaclarsa Bir uşağın saya biləcəyi qədər az qalacaq.
ושאר עץ יערו מספר יהיו ונער יכתבם׃
20 O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq.
והיה ביום ההוא לא יוסיף עוד שאר ישראל ופליטת בית יעקב להשען על מכהו ונשען על יהוה קדוש ישראל באמת׃
21 Sağ qalanlar, Yaqub nəslindən sağ qalanlar Qüdrətli Allaha tərəf dönəcək,
שאר ישוב שאר יעקב אל אל גבור׃
22 Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək. Tükənməz ədalətlə dağıdılma hökmü verilib.
כי אם יהיה עמך ישראל כחול הים שאר ישוב בו כליון חרוץ שוטף צדקה׃
23 Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü Bütün dünyada yerinə yetirəcək.
כי כלה ונחרצה אדני יהוה צבאות עשה בקרב כל הארץ׃
24 Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma.
לכן כה אמר אדני יהוה צבאות אל תירא עמי ישב ציון מאשור בשבט יככה ומטהו ישא עליך בדרך מצרים׃
25 Çünki bu yaxında qəzəbim sönəcək, Hiddətim Aşşurluların məhvinə səbəb olacaq».
כי עוד מעט מזער וכלה זעם ואפי על תבליתם׃
26 Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi Onları da qırmancla vuracağam, Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa, İndi də elə edəcəyəm.
ועורר עליו יהוה צבאות שוט כמכת מדין בצור עורב ומטהו על הים ונשאו בדרך מצרים׃
27 O gün Aşşurun yükü çiyninizdən, Boyunduruğu boynunuzdan götürüləcək. Dirçəldiyinizə görə boyunduruq qırılacaq.
והיה ביום ההוא יסור סבלו מעל שכמך ועלו מעל צוארך וחבל על מפני שמן׃
28 Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar.
בא על עית עבר במגרון למכמש יפקיד כליו׃
29 Onlar keçidi keçdi, Gevada gecələdi, Rama şəhəri lərzəyə gəldi, Şaulun şəhəri Giveada yaşayanlar qaçdı.
עברו מעברה גבע מלון לנו חרדה הרמה גבעת שאול נסה׃
30 Ey Qallim əhli, səsini ucalt! Ey Layşa, dinlə, Ey zavallı Anatot!
צהלי קולך בת גלים הקשיבי לישה עניה ענתות׃
31 Madmena sakinləri qaçır, Gevim sakinləri sığınacaq axtarır.
נדדה מדמנה ישבי הגבים העיזו׃
32 Bu gün işğalçılar Novda qalacaq, Sion şəhərinin qurulduğu dağa – Yerusəlim təpəsinə yumruq göstərəcək.
עוד היום בנב לעמד ינפף ידו הר בית ציון גבעת ירושלם׃
33 Budur, Sahibimiz, Ordular Rəbbi Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək. Ən hündür ağaclar qırılacaq, Qürurlular alçaldılacaq.
הנה האדון יהוה צבאות מסעף פארה במערצה ורמי הקומה גדועים והגבהים ישפלו׃
34 Meşədəki kolluqları balta kimi Kəsib yerə sərəcək. Livan Qüdrətli Olanın önündə diz çökəcək.
ונקף סבכי היער בברזל והלבנון באדיר יפול׃

< Yeşaya 10 >