< Huşə 13 >

1 Efrayim danışanda hamı titrəyirdi. İsraildə ucalmışdı, Amma Baala tapınıb təqsir edəndə məhv oldu.
從前厄弗辣因一發言,令人害怕,他原是以色列中的首領;但後來他因巴耳而犯罪,至於滅亡。
2 İndi günah üstünə günah edirlər, Gümüşlərindən özlərinə tökmə bütlər, Məharətlə düşünülmüş bütlər düzəldirlər. Hamısı usta işidir. «Qurban gətirən adamlar Danaları öpsün!» deyirlər.
如今他們仍舊犯罪,用銀子為自己鑄神像,按照他們的幻想製造偶像;這一切只是匠人的作品,他們反說:「應向他們獻祭! 各人就口親牛犢。
3 Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar.
因此,他們將如黎明的雲霧,如易逝的朝霞,如禾場上被風捲去的糠秕,如由窗口冒出的煙氣
4 «Ancaq Səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Sən Məndən başqa allah tanımamalısan, Çünki Məndən başqa xilaskar yoxdur.
從在埃及地時,我就是上主,你們的天主;除我以外,你們不可認識其他的神;除我以外,別無拯救者。
5 Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum.
我在曠野中──在乾旱之地──牧放了你。
6 Onları bəslədiyimə görə doydular, Doyandan sonra onların ürəyi qürurlandı, Buna görə də Məni unutdular.
我牧養了他們,使他們得以飽食;但飽食之後,他們便心高氣傲,反而忘卻了我。
7 Mən onlara bir aslan olacağam, Bəbir kimi yol kənarında Pusquda duracağam.
所以我對他們像一隻獅子,像一頭豹子,伏在路旁,窺伺他們;
8 Balalarından məhrum olmuş ayı kimi Onlara hücum çəkəcəyəm, Ürəklərinin pərdəsini yırtacağam. Dişi aslan kimi onları yeyib-qurtaracağam, Vəhşi canavar onları parçalayacaq.
像一隻失掉幼子的母熊衝向他們,撕破他們胸內的心,好叫野狗在那裏舌食他們,野獸撕裂他們。
9 Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın Səni ölümə aparır.
以色列! 我要摧毀你,有誰能援助你﹖
10 İndi padşahın haradadır ki, Bütün şəhərlərində səni xilas etsin? Hakimlərin haradadır? Sən ki onlar barədə “Mənə bir padşah və başçılar ver” deyirdin.
你的君王在哪裏﹖讓他來拯救你! 你所有的領袖在哪裏﹖叫他們來保護你! 因為你曾說:「請你賜給我君王和領袖! 」
11 Qəzəb içində sənə padşah verdim, Hiddətlənəndə onu apardım.
我在憤怒中給了你君王,我也要在盛怒中,再將他除去。
12 Efrayimin qəbahəti yığılıb, Günahı qeydə alınıb.
厄弗辣因的邪惡已被封存,他的罪孽已被貯藏。
13 Doğan qadının ağrıları ona çatır, Amma o, ağılsız oğuldur. Çünki vaxtı çatanda Bətndən çıxmağa ləngiyir.
分娩的劇痛將臨到他身上,可是胎兒是一個愚蠢的孩子,雖然時候到了,他仍不願脫離母胎。
14 Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək. (Sheol h7585)
我要解救他們脫離死亡嗎﹖死亡啊! 你的災害在哪裏﹖陰府啊! 你的毀滅在哪裏﹖憐憫已由我的眼前隱蔽了。 (Sheol h7585)
15 Efrayim öz qardaşları arasında Barlı-bəhərli olsa da, Şərq yeli, səhradan qalxan Rəbbin küləyi gələcək, Onun bulağı quruyacaq, Çeşməsinin suyu kəsiləcək. Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.
他在蘆葦中雖長的茂盛,但必有東風吹來:上主的風必由曠野吹來,使他的泉源乾涸。他必掠去他所貯藏的一切寶物。
16 Samariya günahının cəzasını çəkəcək, Çünki Allahına qarşı üsyankar oldu. Onlar qılıncdan həlak olacaq. Balaları yerə çırpılıb parçalanacaq, Hamilə qadınlarının qarnı yarılacaq».
撒馬利亞必要承當罪罰,因為她背叛了自己的天主;她的居民必喪身刀下,他們的嬰兒必被摔死,他們的孕婦必被剖腹。

< Huşə 13 >