< Huşə 12 >

1 Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir.
以法莲吃风,且追赶东风, 时常增添虚谎和强暴, 与亚述立约,把油送到埃及。
2 Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, Əməllərinə görə əvəz verəcək.
耶和华与犹大争辩, 必照雅各所行的惩罚他, 按他所做的报应他。
3 O hələ ana bətnində ikən Qardaşının topuğundan tutdu, Böyüklük çağında Allahla güləşdi.
他在腹中抓住哥哥的脚跟, 壮年的时候与 神较力,
4 Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi. Allah onu Bet-Eldə tapdı.
与天使较力,并且得胜, 哭泣恳求, 在伯特利遇见耶和华。 耶和华—万军之 神在那里晓谕我们以色列人; 耶和华是他可记念的名。
5 Ordular Allahı Rəbb Bizimlə orada danışdı. Onun adı «Rəbb»dir.
6 Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla.
所以你当归向你的 神, 谨守仁爱、公平,常常等候你的 神。
7 Efrayim tacirdir, Əlindəki aldadıcı tərəzi ilə Aldatmağı sevir.
以法莲是商人, 手里有诡诈的天平,爱行欺骗。
8 Efrayim deyir: «Doğrudan da, mən varlandım, Özüm üçün sərvət topladım. Çoxlu şeylər qazansam da, Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».
以法莲说: 我果然成了富足,得了财宝; 我所劳碌得来的, 人必不见有什么不义,可算为罪的。
9 «Ancaq səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Bayram günlərində olduğu kimi Səni yenə öz çadırlarında məskunlaşdıracağam.
自从你出埃及地以来, 我就是耶和华—你的 神; 我必使你再住帐棚,如在大会的日子一样。
10 Mən peyğəmbərlərlə danışdım, Çoxlu görüntü göndərdim, Peyğəmbərlərin dilindən məsəllər söylədim».
我已晓谕众先知, 并且加增默示, 借先知设立比喻。
11 Gilead xalqı pis xalqdır, Doğrudan da, yaramazdır. Qilqalda buğaları qurban kəsirlər. Onların qurbangahları Şumlanmış tarladakı daş qalaqları kimidir.
基列人没有罪孽吗? 他们全然是虚假的。 人在吉甲献牛犊为祭, 他们的祭坛好像田间犁沟中的乱堆。
12 Yaqub Aram torpağına qaçdı, İsrail arvad üçün qul oldu, Arvada görə qoyun otardı.
从前雅各逃到亚兰地, 以色列为得妻服事人, 为得妻与人放羊。
13 Rəbb İsraili bir peyğəmbər vasitəsilə Misirdən çıxartdı, Bir peyğəmbər vasitəsilə qorudu.
耶和华借先知领以色列从埃及上来; 以色列也借先知而得保存。
14 Efrayim Allahı bərk qəzəbləndirdi, Tökdüyü qanı öz başına gətirəcək, Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.
以法莲大大惹动主怒, 所以他流血的罪必归在他身上。 主必将那因以法莲所受的羞辱归还他。

< Huşə 12 >