< Huşə 11 >
1 İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım.
イスラエルの幼かりしとき我これを愛しぬ我わが子をエジプトより呼いだしたり
2 Peyğəmbərlər İsraili çağırdıqca İsrail onlardan uzaqlaşdı. Baal bütlərinə qurban kəsdilər, Oyma bütlərə buxur yandırdılar.
かれらは呼るるに隨ひていよいよその呼者に遠ざかり且もろもろのバアルに犠牲をささげ雕たる偶像に香を焚り
3 Efrayimə gəzməyi Mən öyrətdim, Onları qollarım üstünə aldım. Ancaq bilmədilər ki, Onlara Mən şəfa verdim.
われエフライムに歩むことををしへ彼等をわが腕にのせて抱けり然どかれらは我にいやされたるを知ず
4 Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim.
われ人にもちゐる索すなはち愛のつなをもて彼等をひけり我がかれらを待ふは軛をその腮より擧のくるもののごとくにして彼等に食物をあたへたり
5 Məgər Misirə qayıtmayacaqlar? Aşşur onlara padşah olmayacaq? Çünki onlar Mənə üz tutmaq istəmədilər.
かれらはエジプトの地にかへらじ然どかれらがヱホバに歸らざるによりてアッスリヤ人その王とならん
6 Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq.
劍かれらの諸邑にまはりゆきてその關門をこぼち彼らをその謀計の故によりて滅さん
7 Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq.
わが民はともすれば我にはなれんとする心あり人これを招きて上に在るものに屬しめんとすれども身をおこすもの一人だになし
8 Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı.
エフライムよ我いかで汝をすてんやイスラエルよ我いかで汝をわたさんや我いかで汝をアデマのごとくせんや爭でなんぢをゼボイムのごとく爲んやわが心わが衷にかはりて我の愛憐ことごとく燃おこれり
9 Mən qızğın qəzəbimlə rəftar etmərəm, Efrayimi artıq məhv etmərəm. Çünki Mən Allaham, insan deyiləm, Aranızda Müqəddəs Olanam. Qəzəblə üzərinizə gəlmərəm.
我わが烈しき震怒をほどこすことをせじ我かさねてエフライムを滅すことをせじ我は人にあらず神なればなり我は汝のうちにいます聖者なりいかりをもて臨まじ
10 Onlar aslan kimi nərə çəkən Rəbbin arxasınca gedəcək. O nərə çəkəndə Övladları qərbdən titrəyərək gələcək.
かれらは獅子の吼るごとくに聲を出したまふヱホバに隨ひて歩まんヱホバ聲を出したまへば子等は西より急ぎ來らん
11 Misirdən quşlar kimi, Aşşur ölkəsindən göyərçinlər kimi Titrəyərək gələcəklər. Onları evlərində sakin edəcəyəm» Rəbb belə bəyan edir.
かれらエジプトより鳥のごとくアッスリヤより鴿のごとくに急ぎ來らん我かれらをその家々に住はしむべし是ヱホバの聖言なり
12 Efrayim yalanla, İsrail nəsli hiylə ilə Ətrafımı bürüdü. Amma Yəhuda hələ də Allahla birgə gedir, Müqəddəs Olana sadiqdir.
エフライムは謊言をもてイスラエルの家は詐僞をもて我を圍めりユダは神と信ある聖者とに屬きみつかずみ漂蕩をれり