< Ibranilərə 6 >

1 Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini,
Διὸ ἀφέντες τὸν τῆς ἀρχῆς τοῦ ˚Χριστοῦ λόγον, ἐπὶ τὴν τελειότητα φερώμεθα, μὴ πάλιν θεμέλιον καταβαλλόμενοι μετανοίας ἀπὸ νεκρῶν ἔργων, καὶ πίστεως ἐπὶ ˚Θεόν,
2 vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq. (aiōnios g166)
βαπτισμῶν διδαχὴν, ἐπιθέσεώς τε χειρῶν, ἀναστάσεώς τε νεκρῶν, καὶ κρίματος αἰωνίου. (aiōnios g166)
3 Allah izin verərsə, bunlara da əməl edəcəyik.
Καὶ τοῦτο ποιήσομεν, ἐάνπερ ἐπιτρέπῃ ὁ ˚Θεός.
4 Bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş,
Ἀδύνατον γὰρ τοὺς ἅπαξ φωτισθέντας, γευσαμένους τε τῆς δωρεᾶς τῆς ἐπουρανίου, καὶ μετόχους γενηθέντας ˚Πνεύματος Ἁγίου,
5 Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda (aiōn g165)
καὶ καλὸν γευσαμένους ˚Θεοῦ ῥῆμα, δυνάμεις τε μέλλοντος αἰῶνος, (aiōn g165)
6 imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki özləri Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər.
καὶ παραπεσόντας, πάλιν ἀνακαινίζειν εἰς μετάνοιαν, ἀνασταυροῦντας ἑαυτοῖς τὸν Υἱὸν τοῦ ˚Θεοῦ, καὶ παραδειγματίζοντας.
7 Dəfələrlə üstünə yağan yağışı içən və kimlər üçün işlənirsə, onlara faydalı bitkilər yetişdirən torpaq Allahdan xeyir-bərəkət alır.
Γῆ γὰρ ἡ πιοῦσα τὸν ἐπʼ αὐτῆς ἐρχόμενον πολλάκις ὑετόν, καὶ τίκτουσα βοτάνην εὔθετον, ἐκείνοις διʼ οὓς καὶ γεωργεῖται, μεταλαμβάνει εὐλογίας ἀπὸ τοῦ ˚Θεοῦ·
8 Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır.
ἐκφέρουσα δὲ ἀκάνθας καὶ τριβόλους, ἀδόκιμος καὶ κατάρας ἐγγύς, ἧς τὸ τέλος εἰς καῦσιν.
9 Lakin, ey sevimlilər, biz bu cür danışsaq belə, əminik ki, vəziyyətiniz daha yaxşıdır və xilasa malik olursunuz.
Πεπείσμεθα δὲ περὶ ὑμῶν, ἀγαπητοί, τὰ κρείσσονα καὶ ἐχόμενα σωτηρίας, εἰ καὶ οὕτως λαλοῦμεν.
10 Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.
Οὐ γὰρ ἄδικος ὁ ˚Θεὸς, ἐπιλαθέσθαι τοῦ ἔργου ὑμῶν, καὶ τῆς ἀγάπης ἧς ἐνεδείξασθε εἰς τὸ ὄνομα αὐτοῦ, διακονήσαντες τοῖς ἁγίοις καὶ διακονοῦντες.
11 Ümidin verdiyi tam etimada nail olmaq üçün axıra qədər hər birinizin eyni səyi göstərməyinizi arzulayırıq ki,
Ἐπιθυμοῦμεν δὲ ἕκαστον ὑμῶν τὴν αὐτὴν ἐνδείκνυσθαι σπουδὴν, πρὸς τὴν πληροφορίαν τῆς ἐλπίδος ἄχρι τέλους,
12 siz tənbəl olmayasınız, amma vəd olunan şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz.
ἵνα μὴ νωθροὶ γένησθε, μιμηταὶ δὲ τῶν διὰ πίστεως καὶ μακροθυμίας, κληρονομούντων τὰς ἐπαγγελίας.
13 Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi:
Τῷ γὰρ Ἀβραὰμ ἐπαγγειλάμενος ὁ ˚Θεός, ἐπεὶ κατʼ οὐδενὸς εἶχεν μείζονος ὀμόσαι, ὤμοσεν καθʼ ἑαυτοῦ
14 «Sənə mütləq xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam».
λέγων, “Εἰ μὴν εὐλογῶν, εὐλογήσω σε, καὶ πληθύνων, πληθυνῶ σε”.
15 Beləliklə, İbrahim səbirlə gözləyərək vədə nail oldu.
Καὶ οὕτως μακροθυμήσας, ἐπέτυχεν τῆς ἐπαγγελίας.
16 İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur.
Ἄνθρωποι γὰρ κατὰ τοῦ μείζονος ὀμνύουσιν, καὶ πάσης αὐτοῖς ἀντιλογίας πέρας, εἰς βεβαίωσιν ὁ ὅρκος.
17 Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi.
Ἐν ᾧ περισσότερον βουλόμενος ὁ ˚Θεὸς ἐπιδεῖξαι τοῖς κληρονόμοις τῆς ἐπαγγελίας, τὸ ἀμετάθετον τῆς βουλῆς αὐτοῦ, ἐμεσίτευσεν ὅρκῳ,
18 Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
ἵνα διὰ δύο πραγμάτων ἀμεταθέτων, ἐν οἷς ἀδύνατον ψεύσασθαι τὸν ˚Θεόν, ἰσχυρὰν παράκλησιν ἔχωμεν, οἱ καταφυγόντες κρατῆσαι τῆς προκειμένης ἐλπίδος·
19 Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur.
ἣν ὡς ἄγκυραν ἔχομεν τῆς ψυχῆς, ἀσφαλῆ τε καὶ βεβαίαν, καὶ εἰσερχομένην εἰς τὸ ἐσώτερον τοῦ καταπετάσματος,
20 İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu. (aiōn g165)
ὅπου πρόδρομος ὑπὲρ ἡμῶν εἰσῆλθεν, ˚Ἰησοῦς, κατὰ τὴν τάξιν Μελχισέδεκ, ἀρχιερεὺς γενόμενος εἰς τὸν αἰῶνα. (aiōn g165)

< Ibranilərə 6 >