< Ibranilərə 5 >
1 İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir.
Woyii Ɔsɔfopanyin biara fii nnipa bi mu na wasi wɔn anan mu de wɔn akyɛde ne wɔn bɔne ho afɔre asom Onyankopɔn.
2 Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur.
Esiane sɛ nʼankasa yɛ mmerɛw wɔ akwan ahorow pii so no nti, otumi tɔ ne bo ase ma wɔn a wonnim na wɔyɛ mfomso no.
3 Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir.
Ne mmerɛwyɛ nti, sɛ ɔrebɔ bɔne ho afɔre a, ɛsɛ sɛ ɔbɔ ma ne ho ne afoforo nso.
4 Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur.
Obiara ntumi nyi ne ho mfa nhyɛ ne ho anuonyam sɛ ɔyɛ Ɔsɔfopanyin. Onyankopɔn frɛ nko na onipa nam so bɛyɛ Ɔsɔfopanyin sɛnea wɔfrɛɛ Aaron no.
5 Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» deyən Allah Onu izzətləndirdi.
Saa ara nso na Kristo annye anto ne ho so sɛ ɔyɛ Ɔsɔfopanyin amfa anhyɛ ne ho anuonyam. Na mmom Onyankopɔn ka kyerɛɛ no se, “Woyɛ me Ba; nnɛ, mayɛ wʼAgya.”
6 Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən». (aiōn )
Ɔsan kaa wɔ baabi foforo se, “Wobɛyɛ ɔsɔfo akosi daa sɛnea Melkisedek asɔfokwan nhyehyɛe te no.” (aiōn )
7 Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.
Yesu baa ɔhonam mu wɔ asase so no, ɔbɔɔ mpae nam nkotosrɛ so de nʼabisade too Onyankopɔn a obetumi agye no afi owu mu no anim. Esiane sɛ odwo na ɔde ne ho nyinaa som no no nti, Onyankopɔn tiee no.
8 O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi.
Ɛwɔ mu sɛ na ɔyɛ Onyankopɔn Ba de, nanso ɔnam nʼamanehunu so suaa ahobrɛase.
9 Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu (aiōnios )
Na owiee pɛyɛ no, wɔn a wotie no no nam ne so nya nkwagye a enni awiei, (aiōnios )
10 və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi.
na Onyankopɔn ada no adi sɛ ɔyɛ Ɔsɔfopanyin sɛnea Melkisedek asɔfokwan nhyehyɛe te no.
11 Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir.
Yɛwɔ eyi ho nsɛm pii ka, nanso emu kyerɛkyerɛ yɛ den, efisɛ mo ntease yɛ den.
12 Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz.
Moayɛ nkyerɛkyerɛ adwuma no akyɛ, nanso ɛsɛ sɛ munya obi ma ɔkyerɛkyerɛ mo Onyankopɔn ho asɛm fi ne mfiase. Anka ɛsɛ sɛ saa bere yi mudi aduan a ɛyɛ den, nanso nufusu na eye ma mo.
13 Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir.
Obiara a nufusu ye ma no no da so yɛ akokoaa a onnim nea eye ne nea enye.
14 Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür.
Aduan a ɛyɛ den ye ma mpanyimfo a wɔatetew wɔn na wɔahu nsonoe a ɛda papa ne bɔne ntam no.