< Ibranilərə 4 >

1 Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq.
پس بترسیم مبادا با آنکه وعده دخول درآرامی وی باقی می‌باشد، ظاهر شود که احدی از شما قاصر شده باشد.۱
2 Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar.
زیرا که به ما نیز به مثال ایشان بشارت داده شد، لکن کلامی که شنیدند بدیشان نفع نبخشید، از اینرو که باشنوندگان به ایمان متحد نشدند.۲
3 Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir: «Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır.
زیرا ما که ایمان آوردیم، داخل آن آرامی می‌گردیم، چنانکه گفته است: «در خشم خود قسم خوردم که به آرامی من داخل نخواهند شد.» و حال آنکه اعمال او از آفرینش عالم به اتمام رسیده بود.۳
4 Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi».
ودر مقامی درباره روز هفتم گفت که «در روز هفتم خدا از جمیع اعمال خود آرامی گرفت.»۴
5 Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər».
و بازدر این مقام که «به آرامی من داخل نخواهند شد.»۵
6 Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər.
پس چون باقی است که بعضی داخل آن بشوند و آنانی که پیش بشارت یافتند، به‌سبب نافرمانی داخل نشدند،۶
7 Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz inadkar olmasın».
باز روزی معین می‌فرماید چونکه به زبان داود بعد از مدت مدیدی «امروز» گفت، چنانکه پیش مذکور شدکه «امروز اگر آواز او را بشنوید، دل خود راسخت مسازید.»۷
8 Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı.
زیرا اگر یوشع ایشان را آرامی داده بود، بعد از آن دیگر را ذکر نمی کرد.۸
9 Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
پس برای قوم خدا آرامی سبت باقی می‌ماند.۹
10 Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
زیراهر‌که داخل آرامی او شد، او نیز از اعمال خودبیارامید، چنانکه خدا از اعمال خویش.۱۰
11 Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.
پس جد و جهد بکنیم تا به آن آرامی داخل شویم، مبادا کسی در آن نافرمانی عبرت آمیز بیفتد.۱۱
12 Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.
زیرا کلام خدا زنده و مقتدر و برنده تر است ازهر شمشیر دودم و فرورونده تا جدا کند نفس وروح و مفاصل و مغز را و ممیز افکار و نیتهای قلب است،۱۲
13 Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.
و هیچ خلقت از نظر او مخفی نیست بلکه همه‌چیز در چشمان او که کار ما باوی است، برهنه و منکشف می‌باشد.۱۳
14 Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq.
پس چون رئیس کهنه عظیمی داریم که ازآسمانها درگذشته است یعنی عیسی، پسر خدا، اعتراف خود را محکم بداریم.۱۴
15 Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
زیرا رئیس کهنه‌ای نداریم که نتواند همدرد ضعفهای مابشود، بلکه آزموده شده در هر چیز به مثال مابدون گناه.۱۵
16 Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
پس با دلیری نزدیک به تخت فیض بیاییم تا رحمت بیابیم و فیضی را حاصل کنیم که در وقت ضرورت (ما را) اعانت کند.۱۶

< Ibranilərə 4 >