< Ibranilərə 13 >

1 Aranızda daimi qardaşlıq sevgisi olsun.
兄相愛之情應當常存。
2 Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.
不可妄了款待旅客,曾有人因此於不知不覺中款待了天使。
3 Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz.
你們應懷念被囚禁的人,好像與他們同被囚禁;應懷念受虐待的人,好像你們也親身受了一樣。
4 Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.
在各方面,婚姻應受尊重,床弟應是無玷的,因為淫亂和犯奸的人,天主必要裁判。
5 Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».
待人接物不應愛錢;對現狀應知足,因為天主曾親自說過:『我決不離開你,也決不捨棄你。』
6 Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
所以我們可放心大膽地說:『有上主保護我,我不畏懼;戈能對我怎樣﹖
7 Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün.
你們應該記念那些曾給你們講過天主的道理,作過你們領袖的人,默想他們的生死效法他們的信德。
8 İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir. (aiōn g165)
耶穌基督昨天、今天,直到永遠,常是一樣。 (aiōn g165)
9 Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər.
不可因各種異端道理而偏離正道;最好以思報寵來堅固自己的心,而不要以食物;那靠食物而行的人,從未得到好處。
10 Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur.
我們有一座祭壇,那些在帳幕內行敬禮的人,沒有權利吃上面的祭物,
11 Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır.
因為那些祭牲的血,由大司祭帶到聖所內當作贖罪祭,祭牲的屍體卻應在營外焚燒盡;
12 Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi.
因此耶穌得以自己的血聖化人民,在城門外受了苦難。
13 Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.
所以我們應離開營幕,到衪那裏去,去分受衪的淩辱,
14 Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
因為我們在此沒有常存的城邑,而是尋求那將來的城邑。
15 Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.
所以我們應藉著耶穌,時常給天主奉獻讚頌的祭獻,就是獻上我們嘴唇的佳果,頌揚衪的聖名。
16 Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.
至於慈善和施捨,也不可忘記,因為這樣的祭獻是天主所喜悅的。
17 Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz.
你們應信服並聽從你們的領袖,因為他們為了你們的靈魂,常醒寤不寐,好像要代你們交賬的人;你們要他們喜歡盡此職分,而不哀怨,因他們若有哀怨,為你們決無好處。
18 Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq.
請為我們祈禱,因為我們確信,我們有一個純正的良心,願意在萬物一切事上舉止完善。
19 Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm.
我還懇切勸勉你們格外行祈禱,使我們快回到你們那裏。
20 Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah (aiōnios g166)
賜平安的天主曾由死者中領出了那位因永遠盟約的血,作群羊偉大司牧的我們的主耶穌, (aiōnios g166)
21 sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin. (aiōn g165)
願衪成全你們行各種的善工,好承行衪的旨意;願天主在我們身上,藉著耶穌基督行衪眼中所喜悅的事! 光榮歸於衪,至於無窮之世,阿們。 (aiōn g165)
22 Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım.
弟兄們,我勸你們容納這勸慰的話,因為我只是簡略地給你們寫了這封信。
23 Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm.
你們要知道,你們的弟兄弟茂德已被釋放了;如果他來的快,我就同他一起來看你們。
24 Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər.
問候你們的首袖和眾聖徒! 意大利的弟兄問候你們。
25 Hamınıza lütf olsun!
願恩寵與你們眾人同在!

< Ibranilərə 13 >