< Haqqay 1 >
1 Padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın birində Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə və baş kahin Yehosadaq oğlu Yeşuaya peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu:
大流士王第二年六月初一日,耶和华的话借先知哈该向犹大省长撒拉铁的儿子所罗巴伯和约撒答的儿子大祭司约书亚说:
2 «Ordular Rəbbi belə deyir: “Bu xalq deyir ki, hələ Rəbbin məbədini qurmaq vaxtı çatmayıb”».
万军之耶和华如此说:“这百姓说,建造耶和华殿的时候尚未来到。”
3 Rəbbin bu sözü peyğəmbər Haqqay vasitəsilə nazil oldu:
那时耶和华的话临到先知哈该说:
4 «Bu məbəd xaraba qaldığı halda Sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı?»
“这殿仍然荒凉,你们自己还住天花板的房屋吗?
5 İndi isə Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün.
现在万军之耶和华如此说:你们要省察自己的行为。
6 Çox əkdiniz, amma az götürdünüz. Yeyirsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur».
你们撒的种多,收的却少;你们吃,却不得饱;喝,却不得足;穿衣服,却不得暖;得工钱的,将工钱装在破漏的囊中。”
7 Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün.
万军之耶和华如此说:“你们要省察自己的行为。
8 İndi dağlara çıxıb ağac gətirin və məbədi qurun. Onda razı qalaram, izzətlənərəm». Bunu deyən Rəbdir.
你们要上山取木料,建造这殿,我就因此喜乐,且得荣耀。这是耶和华说的。
9 Ordular Rəbbi belə bəyan edir: «Çox şey gözlədiniz, budur, az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz.
你们盼望多得,所得的却少;你们收到家中,我就吹去。这是为什么呢?因为我的殿荒凉,你们各人却顾自己的房屋。这是万军之耶和华说的。
10 Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi.
所以为你们的缘故,天就不降甘露,地也不出土产。
11 Yerə, dağlara, taxıla, təzə şəraba, zeytun yağına, Torpağın yetirdiyi nemətlərə, Eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə Mən quraqlıq elan etdim».
我命干旱临到地土、山冈、五谷、新酒,和油,并地上的出产、人民、牲畜,以及人手一切劳碌得来的。”
12 Şealtiel oğlu Zerubbabil ilə baş kahin Yehosadaq oğlu Yeşua və xalqın sağ qalanları özlərinin Allahı Rəbbin dediklərinə – peyğəmbər Haqqayın sözünə baxdılar. Çünki onu onların Allahı Rəbb göndərmişdi. Xalq Rəbdən qorxdu.
那时,撒拉铁的儿子所罗巴伯和约撒答的儿子大祭司约书亚,并剩下的百姓,都听从耶和华—他们 神的话和先知哈该奉耶和华—他们 神差来所说的话;百姓也在耶和华面前存敬畏的心。
13 Rəbbin elçisi Haqqay Rəbbin müraciəti ilə xalqa belə dedi: «Rəbb deyir: “Mən sizinləyəm”».
耶和华的使者哈该奉耶和华差遣对百姓说:“耶和华说:我与你们同在。”
14 Rəbb Yəhuda valisi Şealtiel oğlu Zerubbabili, baş kahin Yehosadaq oğlu Yeşuanı və xalqın sağ qalanlarını ruhlandırdı. Xalq yığılıb özlərinin Allahı olan Ordular Rəbbinin məbədində işləməyə başladı.
耶和华激动犹大省长撒拉铁的儿子所罗巴伯和约撒答的儿子大祭司约书亚,并剩下之百姓的心,他们就来为万军之耶和华—他们 神的殿做工。
15 Bu hadisə padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın iyirmi dördündə baş verdi.
这是在大流士王第二年六月二十四日。