< Habaqquq 2 >

1 Keşiyimdə duracağam, Gözətçi qülləsində dayanacağam. Baxım Rəbb mənə nə deyəcək, Görüm şikayətlərimə nə cavab verəcək?
על משמרתי אעמדה ואתיצבה על מצור ואצפה לראות מה ידבר בי ומה אשיב על תוכחתי׃
2 Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, Qoy hər kəs tez onu oxuya bilsin.
ויענני יהוה ויאמר כתוב חזון ובאר על הלחות למען ירוץ קורא בו׃
3 Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.
כי עוד חזון למועד ויפח לקץ ולא יכזב אם יתמהמה חכה לו כי בא יבא לא יאחר׃
4 Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq.
הנה עפלה לא ישרה נפשו בו וצדיק באמונתו יחיה׃
5 Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar. (Sheol h7585)
ואף כי היין בוגד גבר יהיר ולא ינוה אשר הרחיב כשאול נפשו והוא כמות ולא ישבע ויאסף אליו כל הגוים ויקבץ אליו כל העמים׃ (Sheol h7585)
6 Amma bütün bu əsir alınanlar Onu lağa qoyacaqlar, İstehzalı müəmmalarla deyəcəklər: “Özünə aid olmayanı ələ keçirənin, Xərac alıb varlananın vay halına! Bu nə vaxta qədər davam edəcək?”
הלוא אלה כלם עליו משל ישאו ומליצה חידות לו ויאמר הוי המרבה לא לו עד מתי ומכביד עליו עבטיט׃
7 Sənə xərac verənlər bir gün Qəflətən qiyam etməzmi? Oyanıb sizi qorxutmazmı? Budur, o vaxt onlara qənimət olacaqsan.
הלוא פתע יקומו נשכיך ויקצו מזעזעיך והיית למשסות למו׃
8 Bir çox milləti soyduğun üçün Xalqlardan sağ qalanlar səni də soyacaq. Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin.
כי אתה שלות גוים רבים ישלוך כל יתר עמים מדמי אדם וחמס ארץ קריה וכל ישבי בה׃
9 Evini haram qazancla dolduranın, Fəlakətdən qaçmaq üçün Yuvasını yüksək yerdə quranın vay halına!
הוי בצע בצע רע לביתו לשום במרום קנו להנצל מכף רע׃
10 Sən çox xalqları qırmaqla Öz evini rüsvay etdin, Öz həyatına günah gətirdin!
יעצת בשת לביתך קצות עמים רבים וחוטא נפשך׃
11 Belə ki divar daşları bu barədə fəryad qoparacaq, Taxta tirlər əks-səda verəcək!
כי אבן מקיר תזעק וכפיס מעץ יעננה׃
12 Şəhəri qanlarla tikənin, Kəndi haqsızlıqla quranın vay halına!
הוי בנה עיר בדמים וכונן קריה בעולה׃
13 Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir, Ümmətlər boş yerə özünü yorur. Bu, Ordular Rəbbindən deyilmi?
הלוא הנה מאת יהוה צבאות וייגעו עמים בדי אש ולאמים בדי ריק יעפו׃
14 Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq.
כי תמלא הארץ לדעת את כבוד יהוה כמים יכסו על ים׃
15 Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün Onlara şərab içirdib sərxoş edənin, İçkiyə zəhrimar qatanın vay halına!
הוי משקה רעהו מספח חמתך ואף שכר למען הביט על מעוריהם׃
16 Hörmət əvəzinə xəcalətlə doyacaqsan, Sən də iç, çılpaqlığını göstər; Rəbbin sağ əlindəki cam Sənin üzərində fırlanacaq. Rüsvayçılıq hörmətin üzərinə gələcək.
שבעת קלון מכבוד שתה גם אתה והערל תסוב עליך כוס ימין יהוה וקיקלון על כבודך׃
17 Livanda etdiyin zorakılıq öz başına gələcək, Heyvanların qırğını səni dəhşətə gətirəcək; Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin.
כי חמס לבנון יכסך ושד בהמות יחיתן מדמי אדם וחמס ארץ קריה וכל ישבי בה׃
18 Sənətkarın oyduğu yonma ya tökmə bütün Yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, Amma onun düzəltdiyi Dilsiz bütdən başqa nədir ki?
מה הועיל פסל כי פסלו יצרו מסכה ומורה שקר כי בטח יצר יצרו עליו לעשות אלילים אלמים׃
19 Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!” Deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur o, qızılla, gümüşlə örtülüb, Daxilində isə həyat nəfəsi yoxdur.
הוי אמר לעץ הקיצה עורי לאבן דומם הוא יורה הנה הוא תפוש זהב וכסף וכל רוח אין בקרבו׃
20 Lakin Rəbb müqəddəs məbədindədir, Qoy bütün dünya Onun önündə sussun!»
ויהוה בהיכל קדשו הס מפניו כל הארץ׃

< Habaqquq 2 >