< Yaradiliş 8 >

1 Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı.
بهایمی را که با وی در کشتی بودند، بیادآورد. و خدا بادی بر زمین وزانید و آب ساکن گردید.۱
2 Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı.
و چشمه های لجه و روزنهای آسمان بسته شد، و باران از آسمان باز ایستاد.۲
3 Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı.
و آب رفته رفته از روی زمین برگشت. و بعد از انقضای صد و پنجاه روز، آب کم شد،۳
4 Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı.
و روز هفدهم ازماه هفتم، کشتی بر کوههای آرارات قرار گرفت.۴
5 Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü.
و تا ماه دهم، آب رفته رفته کمتر می‌شد، و درروز اول از ماه دهم، قله های کوهها ظاهر گردید.۵
6 Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb
و واقع شد بعد از چهل روز که نوح دریچه کشتی را که ساخته بود، باز کرد.۶
7 bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı.
و زاغ را رهاکرد. او بیرون رفته، در تردد می‌بود تا آب از زمین خشک شد.۷
8 Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin.
پس کبوتر را از نزد خود رها کرد تاببیند که آیا آب از روی زمین کم شده است.۸
9 Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı.
اماکبوتر چون نشیمنی برای کف پای خود نیافت، زیرا که آب در تمام روی زمین بود، نزد وی به کشتی برگشت. پس دست خود را دراز کرد و آن را گرفته نزد خود به کشتی در‌آورد.۹
10 O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı.
و هفت روز دیگر نیز درنگ کرده، باز کبوتر را از کشتی رها کرد.۱۰
11 Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi.
و در وقت عصر، کبوتر نزد وی برگشت، و اینک برگ زیتون تازه در منقار وی است. پس نوح دانست که آب از روی زمین کم شده است.۱۱
12 O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı.
و هفت روز دیگر نیز توقف نموده، کبوتر را رها کرد، و او دیگر نزد وی برنگشت.۱۲
13 Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü.
و در سال ششصد و یکم در روز اول از ماه اول، آب از روی زمین خشک شد. پس نوح پوشش کشتی را برداشته، نگریست، و اینک روی زمین خشک بود.۱۳
14 İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu.
و در روز بیست و هفتم از ماه دوم، زمین خشک شد.۱۴
15 Allah Nuha dedi:
آنگاه خدا نوح رامخاطب ساخته، گفت:۱۵
16 «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx.
«از کشتی بیرون شو، توو زوجه ات و پسرانت و ازواج پسرانت با تو.۱۶
17 Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar».
وهمه حیواناتی را که نزد خود داری، هرذی جسدی را از پرندگان و بهایم و کل حشرات خزنده بر زمین، با خود بیرون آور، تا بر زمین منتشر شده، در جهان بارور و کثیر شوند.»۱۷
18 Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı.
پس نوح و پسران او و زنش و زنان پسرانش، با وی بیرون آمدند.۱۸
19 Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.
و همه حیوانات و همه حشرات و همه پرندگان، و هر‌چه بر زمین حرکت می‌کند، به اجناس آنها، از کشتی به در شدند.۱۹
20 Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi.
و نوح مذبحی برای خداوند بنا کرد، و از هر بهیمه پاک واز هر پرنده پاک گرفته، قربانی های سوختنی برمذبح گذرانید.۲۰
21 Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.
و خداوند بوی خوش بویید و خداوند در دل خود گفت: «بعد از این دیگر زمین را بسبب انسان لعنت نکنم، زیرا که خیال دل انسان از طفولیت بد است، و بار دیگر همه حیوانات را هلاک نکنم، چنانکه کردم.۲۱
22 Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək».
مادامی که جهان باقی است، زرع و حصاد، و سرما و گرما، و زمستان و تابستان، و روز و شب موقوف نخواهد شد.»۲۲

< Yaradiliş 8 >

A Dove is Sent Forth from the Ark
A Dove is Sent Forth from the Ark