< Yaradiliş 7 >
1 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm.
Derpå sagde HERREN til Noa: Gå ind i Arken med hele dit Hus, thi dig har jeg fundet retfærdig for mine Øjne i denne Slægt.
2 Hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür,
Af alle rene Dyr skal du tage syv Par, Han og Hun, og af alle urene Dyr eet Par, Han og Hun,
3 həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür; qoy bütün yer üzündə onların nəsli kəsilməsin.
ligeledes af Himmelens Fugle syv Par, Han og Hun, for at de kan forplante sig på hele Jorden.
4 Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm».
Thi om syv Dage vil jeg lade det regne på Jorden i fyrretyve Dage og fyrretyve Nætter og udslette alle Væsener, som jeg har gjort, fra Jordens Flade."
5 Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.
Og Noa gjorde ganske som HERREN havde pålagt ham.
6 Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi.
Noa var 600 År gammel, da Vandfloden kom over Jorden.
7 Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər.
Noa gik med sine Sønner, sin Hustru og sine Sønnekoner ind i Arken for at undslippe Flodens Vande.
8 Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin
De rene og de urene Dyr, Fuglene og alt, hvad der kryber på Jorden,
9 erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.
gik Par for Par ind i Arken til Noa, Han og Hundyr, som Gud havde pålagt Noa.
10 Yeddi gün sonra yer üzündə daşqın oldu.
Da nu syv Dage var omme, kom Flodens Vande over Jorden;
11 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı.
i Noas 600de Leveår på den syttende Dag i den anden Måned, den Dag brast det store Verdensdybs Kilder, og Himmelens Sluser åbnedes,
12 Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.
og Regnen faldt over Jorden i fyrretyve Dage og fyrretyve Nætter.
13 Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər.
Selvsamme Dag gik Noa ind i Arken og med ham hans Sønner Sem, Kam og Jafet, hans Hustru og hans tre Sønnekoner
14 Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi:
og desuden alle vildtlevende Dyr efter deres Arter, alt Kvæg efter dets Arter, alt Kryb på Jorden efter dets Arter og alle Fugle efter deres Arter, alle Fugle, alt, hvad der har Vinger;
15 həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.
af alt Kød, som har Livsånde, gik Par for Par ind i Arken til Noa;
16 Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü.
Han og Hundyr af alt Kød gik ind, som Gud havde påbudt, og HERREN lukkede efter ham.
17 Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı.
Da kom Vandfloden over Jorden i fyrretyve Dage, og Vandet steg og løftede Arken, så den hævedes over Jorden.
18 Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı.
Og Vandet steg og stod højt over Jorden, og Arken flød på Vandet;
19 Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu.
og Vandet steg og steg over Jorden, så de højeste Bjerge under Himmelen stod under Vand;
20 Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü.
femten Alen stod Vandet over dem, så Bjergene stod helt under Vand.
21 Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu.
Da omkom alt Kød, som rørte sig på Jorden, Fugle, Kvæg, vildtlevende Dyr og alt Kryb på Jorden og alle Mennesker;
22 Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü.
alt, i hvis Næse det var Livets Ånde, alt, hvad der var på det faste Land, døde.
23 Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı.
Således udslettedes alle Væsener, der var på Jordens Flade, Mennesker, Kvæg, Kryb og Himmelens Fugle; de udslettedes af Jorden, og tilbage blev kun Noa og de, der var hos ham i Arken.
24 Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.
Vandet steg over Jorden i 150 Dage.