< Yaradiliş 5 >

1 Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı.
Սա մարդկանց ազգաբանութեան այն օրերի պատմութիւնն է, երբ Աստուած ստեղծեց Ադամին: Ըստ Աստծու պատկերի ստեղծեց նրան,
2 Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı.
արու եւ էգ ստեղծեց նրանց, օրհնեց եւ ադամ, այսինքն՝ մարդ անուանեց նրանց այն օրը, երբ ստեղծեց նրանց:
3 Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu.
Ադամը երկու հարիւր երեսուն տարեկանին իր նման ու իր կերպարանքով որդի ծնեց եւ անունը դրեց Սէթ:
4 Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu.
Սէթին ծնելուց յետոյ Ադամն ապրեց եւս եօթը հարիւր տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
5 Adəm doqquz yüz otuz il ömür sürüb öldü.
Ադամը մեռաւ՝ ապրելով ինը հարիւր երեսուն տարի:
6 Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu.
Սէթը երկու հարիւր հինգ տարեկանին ծնեց Ենոսին:
7 Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun başqa oğulları və qızları oldu.
Ենոսին ծնելուց յետոյ Սէթն ապրեց եւս եօթը հարիւր եօթը տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
8 Şet doqquz yüz on iki il ömür sürüb öldü.
Սէթը մեռաւ՝ ապրելով ինը հարիւր տասներկու տարի:
9 Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu.
Ենոսը հարիւր իննսուն տարեկանին ծնեց Կայնանին:
10 Qenan doğulandan sonra Enoş səkkiz yüz on beş il yaşadı. Onun başqa oğulları və qızları oldu.
Կայնանին ծնելուց յետոյ Ենոսն ապրեց եւս եօթը հարիւր տասնհինգ տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
11 Enoş doqquz yüz beş il ömür sürüb öldü.
Ենոսը մեռաւ՝ ապրելով ինը հարիւր հինգ տարի:
12 Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu.
Կայնանը հարիւր եօթանասուն տարեկանին ծնեց Մաղաղայէլին:
13 Mahalalel doğulandan sonra Qenan səkkiz yüz qırx il yaşadı. Onun başqa oğulları və qızları oldu.
Մաղաղայէլին ծնելուց յետոյ Կայնանն ապրեց եւս եօթը հարիւր քառասուն տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
14 Qenan doqquz yüz on il ömür sürüb öldü.
Կայնանը մեռաւ՝ ապրելով ինը հարիւր տասը տարի:
15 Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu.
Մաղաղայէլը հարիւր վաթսունհինգ տարեկանին ծնեց Յարէդին:
16 Yered doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun başqa oğulları və qızları oldu.
Յարէդին ծնելուց յետոյ Մաղաղայէլն ապրեց եւս եօթը հարիւր երեսուն տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
17 Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü.
Մաղաղայէլը մեռաւ՝ ապրելով ութ հարիւր իննսունհինգ տարի:
18 Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu.
Յարէդը հարիւր վաթսուներկու տարեկանին ծնեց Ենոքին:
19 Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu.
Ենոքին ծնելուց յետոյ Յարէդն ապրեց եւս ութ հարիւր տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
20 Yered doqquz yüz altmış iki il ömür sürüb öldü.
Յարէդը մեռաւ՝ ապրելով ինը հարիւր վաթսուներկու տարի:
21 Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu.
Ենոքը հարիւր վաթսունհինգ տարեկանին ծնեց Մաթուսաղային:
22 Metuşelah doğulandan sonra Xanok üç yüz il Allahla bir yol getdi. Onun başqa oğulları və qızları oldu.
Ենոքը Մաթուսաղային ծնելուց յետոյ սիրելի եղաւ Աստծուն երկու հարիւր տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
23 Xanok üç yüz altmış beş il yaşadı.
Ենոքը ապրեց երեք հարիւր վաթսունհինգ տարի:
24 O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.
Ենոքը սիրելի եղաւ Աստծուն: Նա անյայտացաւ, որովհետեւ Աստուած նրան տարաւ իր մօտ:
25 Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu.
Մաթուսաղան հարիւր ութսունեօթը տարեկանին ծնեց Ղամէքին:
26 Lemek doğulandan sonra Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun başqa oğulları və qızları oldu.
Ղամէքին ծնելուց յետոյ Մաթուսաղան ապրեց եւս ութ հարիւր երկու տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
27 Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü.
Մաթուսաղան մեռաւ՝ ապրելով ինը հարիւր վաթսունինը տարի:
28 Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu.
Ղամէքը հարիւր ութսունութ տարեկանին ծնեց որդի:
29 O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh qoydu.
Նա նրա անունը դրեց Նոյ: Ղամէքն ասաց. «Սա մեզ կը հանգստացնի մեր գործերից, մեր ձեռքերի ցաւերից եւ այն երկրից, որ անիծեց Տէր Աստուած»:
30 Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun başqa oğulları və qızları oldu.
Նոյին ծնելուց յետոյ Ղամէքն ապրեց եւս հինգ հարիւր վաթսունհինգ տարի եւ ծնեց ուստրեր ու դուստրեր:
31 Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb öldü.
Ղամէքը մեռաւ՝ ապրելով եօթը հարիւր յիսուներեք տարի:
32 Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu.
Նոյը հինգ հարիւր տարեկանին ծնեց երեք որդի. Սէմին, Քամին եւ Յաբէթին:

< Yaradiliş 5 >