< Yaradiliş 47 >

1 Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyun-keçiləri, mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi Qoşen vilayətindədirlər».
約瑟進去告訴法老說:「我的父親和我的弟兄帶着羊群牛群,並一切所有的,從迦南地來了,如今在歌珊地。」
2 Sonra qardaşları arasından beşini götürüb fironun hüzuruna gətirdi.
約瑟從他弟兄中挑出五個人來,引他們去見法老。
3 Firon Yusifin qardaşlarına dedi: «Nə işin sahibisiniz?» Onlar firona dedilər: «Biz qulların, atalarımız kimi çobanıq.
法老問約瑟的弟兄說:「你們以何事為業?」他們對法老說:「你僕人是牧羊的,連我們的祖宗也是牧羊的。」
4 Bu ölkəyə müvəqqəti yaşamaq üçün gəlmişik, çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz üçün otlaq yox idi. İndi xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz».
他們又對法老說:「迦南地的饑荒甚大,僕人的羊群沒有草吃,所以我們來到這地寄居。現在求你容僕人住在歌珊地。」
5 Firon Yusifə dedi: «Atanla qardaşların yanına gəliblər.
法老對約瑟說:「你父親和你弟兄到你這裏來了,
6 Misir torpağı sənin önündədir: atanla qardaşlarını bu torpağın ən yaxşı yerlərində yerləşdir. Qoy Qoşen vilayətində yaşasınlar. Aralarında hansı bacarıqlıdırsa, onu mənim sürülərimə çoban qoy».
埃及地都在你面前,只管叫你父親和你弟兄住在國中最好的地;他們可以住在歌珊地。你若知道他們中間有甚麼能人,就派他們看管我的牲畜。」
7 Yusif atası Yaqubu götürüb fironun hüzuruna gətirdi. Yaqub firona xeyir-dua verdi.
約瑟領他父親雅各進到法老面前,雅各就給法老祝福。
8 Firon Yaqubdan soruşdu: «Neçə yaşın var?»
法老問雅各說:「你平生的年日是多少呢?」
9 Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı».
雅各對法老說:「我寄居在世的年日是一百三十歲,我平生的年日又少又苦,不及我列祖在世寄居的年日。」
10 Sonra firona xeyir-dua verib onun hüzurundan çıxdı.
雅各又給法老祝福,就從法老面前出去了。
11 Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı yerində – Ramses bölgəsində mülk verdi.
約瑟遵着法老的命,把埃及國最好的地,就是蘭塞境內的地,給他父親和弟兄居住,作為產業。
12 Bundan əlavə, Yusif atasına, qardaşlarına və atasının ailəsinə malik olduqları uşaqların sayına görə çörək saxladı.
約瑟用糧食奉養他父親和他弟兄,並他父親全家的眷屬,都是照各家的人口奉養他們。
13 Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin əhalisini aclıq taqətdən salmışdı.
饑荒甚大,全地都絕了糧,甚至埃及地和迦南地的人因那饑荒的緣故都餓昏了。
14 Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan bütün pulları toplayıb fironun sarayına apardı.
約瑟收聚了埃及地和迦南地所有的銀子,就是眾人糴糧的銀子,約瑟就把那銀子帶到法老的宮裏。
15 Misir və Kənan ölkələrində pul qurtaranda bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb».
埃及地和迦南地的銀子都花盡了,埃及眾人都來見約瑟,說:「我們的銀子都用盡了,求你給我們糧食,我們為甚麼死在你面前呢?」
16 Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların əvəzinə sizə çörək verərəm».
約瑟說:「若是銀子用盡了,可以把你們的牲畜給我,我就為你們的牲畜給你們糧食。」
17 Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə verdiyi çörəklə saxladı.
於是他們把牲畜趕到約瑟那裏,約瑟就拿糧食換了他們的牛、羊、驢、馬;那一年因換他們一切的牲畜,就用糧食養活他們。
18 İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı.
那一年過去,第二年他們又來見約瑟,說:「我們不瞞我主,我們的銀子都花盡了,牲畜也都歸了我主。我們在我主眼前,除了我們的身體和田地之外,一無所剩。
19 Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin».
你何忍見我們人死地荒呢?求你用糧食買我們和我們的地,我們和我們的地就要給法老效力。又求你給我們種子,使我們得以存活,不致死亡,地土也不致荒涼。」
20 Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu.
於是,約瑟為法老買了埃及所有的地,埃及人因被饑荒所迫,各都賣了自己的田地;那地就都歸了法老。
21 Yusif Misir ərazisinin bir ucundan o biri ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü.
至於百姓,約瑟叫他們,從埃及這邊直到埃及那邊,都各歸各城。
22 Yalnız kahinlərin torpağını satın almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna görə də torpaqlarını satmadılar.
惟有祭司的地,約瑟沒有買,因為祭司有從法老所得的常俸。他們吃法老所給的常俸,所以他們不賣自己的地。
23 Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz, torpağı əkin.
約瑟對百姓說:「我今日為法老買了你們和你們的地,看哪,這裏有種子給你們,你們可以種地。
24 Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin».
後來打糧食的時候,你們要把五分之一納給法老,四分可以歸你們做地裏的種子,也做你們和你們家口孩童的食物。」
25 Xalq isə dedi: «Sən bizim canımızı qurtardın. Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi oluruq».
他們說:「你救了我們的性命。但願我們在我主眼前蒙恩,我們就作法老的僕人。」
26 Yusif məhsulun beşdə birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu. Bu qanun bu günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi.
於是約瑟為埃及地定下常例,直到今日:法老必得五分之一,惟獨祭司的地不歸法老。
27 İsrailin nəsli Misirdəki Qoşen vilayətində yaşayaraq orada mülk sahibi oldu. Onlar artaraq çoxaldılar.
以色列人住在埃及的歌珊地。他們在那裏置了產業,並且生育甚多。
28 Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il ömür sürdü.
雅各住在埃及地十七年,雅各平生的年日是一百四十七歲。
29 İsrailin öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan,
以色列的死期臨近了,他就叫了他兒子約瑟來,說:「我若在你眼前蒙恩,請你把手放在我大腿底下,用慈愛和誠實待我,請你不要將我葬在埃及。
30 ancaq atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb onların məqbərəsində basdıracaqsan». Yusif dedi: «Dediyin kimi edərəm».
我與我祖我父同睡的時候,你要將我帶出埃及,葬在他們所葬的地方。」約瑟說:「我必遵着你的命而行。」
31 Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının başına söykənib Allaha səcdə etdi.
雅各說:「你要向我起誓。」約瑟就向他起了誓,於是以色列在床頭上敬拜上帝。

< Yaradiliş 47 >