< Yaradiliş 45 >

1 Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi.
Non se poterat ultra cohibere Ioseph multis coram astantibus: unde praecepit ut egrederentur cuncti foras, et nullus interesset alienus agnitioni mutuae.
2 O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər.
Elevavitque vocem cum fletu: quam audierunt Aegyptii, omnisque domus Pharaonis.
3 Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar.
Et dixit fratribus suis: Ego sum Ioseph: adhuc pater meus vivit? Non poterant respondere fratres nimio terrore perterriti.
4 Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm.
Ad quos ille clementer: Accedite, inquit, ad me. Et cum accessissent prope, Ego sum, ait, Ioseph, frater vester, quem vendidistis in Aegyptum.
5 İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi.
Nolite pavere, neque vobis durum esse videatur quod vendidistis me in his regionibus: pro salute enim vestra misit me Deus ante vos in Aegyptum.
6 Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq.
Biennium est enim quod coepit fames esse in terra: et adhuc quinque anni restant, quibus nec arari poterit nec meti.
7 Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun.
Praemisitque me Deus ut reservemini super terram, et escas ad vivendum habere possitis.
8 Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ata, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi.
Non vestro consilio, sed Dei voluntate huc missum sum: qui fecit me quasi patrem Pharaonis, et dominum universae domus eius, ac principem in omni terra Aegypti.
9 Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl.
Festinate, et ascendite ad patrem meum, et dicetis ei: Haec mandat filius tuus Ioseph: Deus fecit me dominum universae terrae Aegypti: descende ad me, ne moreris,
10 Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar.
et habitabis in terra Gessen: erisque iuxta me tu, et filii tui, et filii filiorum tuorum, oves tuae, et armenta tua, et universa quae possides.
11 Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”.
Ibique te pascam (adhuc enim quinque anni residui sunt famis) ne et tu pereas, et domus tua, et omnia quae possides.
12 İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm.
En oculi vestri, et oculi fratris mei Beniamin vident quod os meum loquatur ad vos.
13 Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya gətirin».
Nunciate patri meo universam gloriam meam, et cuncta quae vidistis in Aegypto: festinate, et adducite eum ad me.
14 Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı.
Cumque amplexatus recidisset in collum Beniamin fratris sui, flevit: illo quoque similiter flente super collum eius.
15 Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdilər.
Osculatusque est Ioseph omnes fratres suos, et ploravit super singulos: post quae ausi sunt loqui ad eum.
16 Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi.
Auditumque est, et celebri sermone vulgatum in aula regis: Venerunt fratres Ioseph: et gavisus est Pharao, atque omnis familia eius.
17 Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin.
Dixitque ad Ioseph ut imperaret fratribus suis, dicens: Onerantes iumenta, ite in terram Chanaan,
18 Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz.
et tollite inde patrem vestrum et cognationem, et venite ad me: et ego dabo vobis omnia bona Aegypti, ut comedatis medullam terrae.
19 Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar götürün və atanızı gətirib gəlin”.
Praecipe etiam ut tollant plaustra de terra Aegypti, ad subvectionem parvulorum suorum ac coniugum: et dicito: Tollite patrem vestrum, et properate quantocyus venientes.
20 Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən yaxşı şeyləri sizindir».
Nec demittatis quidquam de supellectili vestra: quia omnes opes Aegypti, vestrae erunt.
21 İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi.
Feceruntque filii Israel ut eis mandatum fuerat. Quibus dedit Ioseph plaustra, secundum Pharaonis imperium: et cibaria in itinere.
22 Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi.
Singulis quoque proferri iussit binas stolas: Beniamin vero dedit trecentos argenteos cum quinque stolis optimis:
23 Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi.
tantumdem pecuniae et vestium mittens patri suo, addens et asinos decem, qui subveherent ex omnibus divitiis Aegypti: et totidem asinas, triticum in itinere, panesque portantes.
24 O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin».
Dimisit ergo fratres suos, et proficiscentibus ait: Ne irascamini in via.
25 Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər.
Qui ascendentes ex Aegypto, venerunt in terram Chanaan ad patrem suum Iacob.
26 Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı.
Et nunciaverunt ei, dicentes: Ioseph filius tuus vivit: et ipse dominatur in omni terra Aegypti. Quo audito Iacob, quasi de gravi somno evigilans, tamen non credebat eis.
27 Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı.
Illi econtra referebant omnem ordinem rei. Cumque vidisset plaustra, et universa quae miserat, revixit spiritus eius,
28 İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm».
et ait: Sufficit mihi si adhuc Ioseph filius meus vivit: vadam, et videbo illum antequam moriar.

< Yaradiliş 45 >