< Yaradiliş 44 >
1 Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy.
然後若瑟吩咐自己的管家說:「將糧食裝滿這些人的布袋,他們能帶多少,就裝多少;將每人的銀錢仍放在他的布袋口處,
2 Kiçiyinin çuvalının ağzına isə mənim kasamı – gümüş kasanı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi.
再將我的銀杯和內最年幼購糧的銀錢,一併放在他的布袋口處。」管家就照若瑟吩咐的話做了。
3 Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar.
清早天一發亮,就遣送這些人帶著他們的驢走了。
4 Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz?
他們出了城,還不很遠,若瑟就對他的管家說:「你起身去追趕那些人,追上他們,就對他們說:你們為什麼以惡報善﹖
5 Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”».
為什麼偷去我的銀杯﹖這杯是我主人為飲酒占卜用的啊! 你們作的實在不對! 」
6 Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi.
管家追上他們,就對他們說了這些話。
7 Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun.
他們回答說:「我主怎麼說些這樣的話﹖你的僕人們決不敢做這樣的事!
8 Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik?
你看! 我們在布袋口所發現的銀錢,還從客納罕地帶回來給了你,我們怎能偷你主人家的金銀呢﹖
9 Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq».
在你僕人中,不論在誰那裏搜出來,誰就該死,並且我們都該作我主的奴隸。」
10 O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız».
管家答說:「也好,就照你們的話做;只是在誰那裏搜出來,誰該作我的奴隸;你們其餘的人可自由離去。」
11 Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı.
於是他們各人急忙將自己的布袋卸下,放在地上,各人打開自己的布袋。
12 Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı.
管家便一一搜查,從年長的開始,到年幼的為止;結果那杯在本雅明的布袋裏搜了出來。
13 Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı.
他們遂撕裂了自己的衣服,各人又使驢馱上重載,回城裏去了。
14 Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar.
猶大和他的兄弟們進了若瑟的家,若瑟還在那裏,他們就在他面前俯伏在地。
15 Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?»
若瑟對他們說:「你們作的是什麼事﹖難道你們不知道像我這樣的人會占卜嗎﹖」
16 Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq».
猶大答說:「我們對我主還能說什麼﹖還有什麼話可說﹖我們如何能表白自己﹖天主已查出了你僕人們的罪惡。我們和在他手裏搜出杯來的,都應作我主的奴隸。」
17 O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin».
若瑟答說:「我決不這樣做;在誰手裏搜出杯來,誰就該作我的奴隸;至於你們,都可平安上去,回到你們父親那裏。」
18 Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan.
猶大近前對若瑟說:「我主,請原諒,容你僕人向我主進一言,請不要對你僕人動怒,因為你原與法郎無異。
19 O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda
我主以前曾問僕人們說:你們還有父親或兄弟嗎﹖
20 biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”.
我們曾回答我主說:還有老父和他老年生的幼兒;他的哥哥死了,他母親只剩下了他一個;為此父親非常疼愛他。
21 Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”.
你就對你僕人們說:將他帶到我這裏來,我要親眼看看他。
22 Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”.
我們即對我主說:孩子是不能離開他父親的;如果離開了,他父親必會死去。
23 Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”.
你對你僕人們說:如果你們的小弟弟不同你們一起下來,你們休想再見我的面。
24 Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq.
我們一上到你僕人,我父親那裏,就將我主的話告訴了他。
25 Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”.
後來我們的父親說:你們再去給我們買點糧食來。
26 Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”.
我們答說:我們不能下去;除非我們的小弟弟同我們一起,我們才下去;因為我們的小弟弟不同我們在一起,我們不能見那人的面。
27 Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu.
你的僕人,我的父親就對我們說:你們知道,我的妻子給我只生了兩個兒子:
28 Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm.
其中一個離開我出去,我猜想,他是被猛獸撕裂了,到現在,再沒有見到他。
29 Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. (Sheol )
如今你們連這一個也要由我面前帶走;倘若他遇到什麼不幸,你們就要使我這白髮老人在悲痛中下到陰府了! (Sheol )
30 İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız
現在,如我回到你僕人,我父親那裏,孩童沒有與我們在一起,--他原與這孩童相依為命,--
31 onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. (Sheol )
他一見孩童沒有與我們在一起,就必死無疑;那你的僕人們就要使你的僕人,我們的父親帶著白髮在憂苦中下入陰府了。 (Sheol )
32 Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”.
況且你的僕人曾在我父面前為孩童擔保說:如果我不將他帶回來交給你,我終生在我父前負罪。
33 İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin.
現在請讓你的僕人留下,代替孩童給我主為奴,讓孩童跟他哥哥們回去。
34 Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm».
如果孩童不與我在一起,我怎能上去見我父親﹖我怕看見我父親遭到不幸! 」