< Yaradiliş 38 >
1 O zaman Yəhuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib məskən saldı.
那时,犹大离开他弟兄下去,到一个亚杜兰人名叫希拉的家里去。
2 Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi.
犹大在那里看见一个迦南人名叫书亚的女儿,就娶她为妻,与她同房,
3 Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er qoydu.
她就怀孕生了儿子,犹大给他起名叫珥。
4 Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu.
她又怀孕生了儿子,母亲给他起名叫俄南。
5 Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi.
她复又生了儿子,给他起名叫示拉。她生示拉的时候,犹大正在基悉。
6 Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi.
犹大为长子珥娶妻,名叫她玛。
7 Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis idi və Rəbb onu öldürdü.
犹大的长子珥在耶和华眼中看为恶,耶和华就叫他死了。
8 Yəhuda Onana dedi: «Qardaşın arvadının yanına gir, öz qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir».
犹大对俄南说:“你当与你哥哥的妻子同房,向她尽你为弟的本分,为你哥哥生子立后。”
9 Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin.
俄南知道生子不归自己,所以同房的时候便遗在地,免得给他哥哥留后。
10 Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü.
俄南所做的在耶和华眼中看为恶,耶和华也就叫他死了。
11 Yəhuda gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı.
犹大心里说:“恐怕示拉也死,像他两个哥哥一样”,就对他儿妇她玛说:“你去,在你父亲家里守寡,等我儿子示拉长大。”她玛就回去,住在她父亲家里。
12 Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi.
过了许久,犹大的妻子书亚的女儿死了。犹大得了安慰,就和他朋友亚杜兰人希拉上亭拿去,到他剪羊毛的人那里。
13 Tamara bildirdilər: «Bax qayınatan sürüsünü qırxmaq üçün Timnata gəlir».
有人告诉她玛说:“你的公公上亭拿剪羊毛去了。”
14 Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib.
她玛见示拉已经长大,还没有娶她为妻,就脱了她作寡妇的衣裳,用帕子蒙着脸,又遮住身体,坐在亭拿路上的伊拿印城门口。
15 Yəhuda onu görəndə elə bildi ki, bir fahişə qadındır, çünki üzünü örtmüşdü.
犹大看见她,以为是妓女,因为她蒙着脸。
16 Yəhuda yolunu ona tərəf salıb dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın dedi: «Yanıma girmək üçün mənə nə verirsən?»
犹大就转到她那里去,说:“来吧!让我与你同寝。”他原不知道是他的儿妇。她玛说:“你要与我同寝,把什么给我呢?”
17 Yəhuda dedi: «Sürüdən bir oğlaq göndərərəm». O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?»
犹大说:“我从羊群里取一只山羊羔,打发人送来给你。”她玛说:“在未送以先,你愿意给我一个当头吗?”
18 Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı.
他说:“我给你什么当头呢?”她玛说:“你的印、你的带子,和你手里的杖。”犹大就给了她,与她同寝,她就从犹大怀了孕。
19 Sonra Tamar qalxıb getdi və rübəndini çıxarıb dulluq paltarını geydi.
她玛起来走了,除去帕子,仍旧穿上作寡妇的衣裳。
20 Yəhuda qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o, qadını tapmadı.
犹大托他朋友亚杜兰人送一只山羊羔去,要从那女人手里取回当头来,却找不着她,
21 Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında olan fahişə haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur».
就问那地方的人说:“伊拿印路旁的妓女在哪里?”他们说:“这里并没有妓女。”
22 O, Yəhudanın yanına qayıdıb dedi: «Onu tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur” dedilər».
他回去见犹大说:“我没有找着她,并且那地方的人说:‘这里没有妓女。’”
23 Yəhuda dedi: «Qoy bu şeylər onunku olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax mən bu oğlağı ona göndərdim, amma sən onu tapmadın».
犹大说:“我把这山羊羔送去了,你竟找不着她。任凭她拿去吧,免得我们被羞辱。”
24 Bundan təxminən üç ay sonra Yəhudaya bildirdilər: «Gəlinin Tamar zina edib, həm də bu zinadan hamilə qalıb». Yəhuda dedi: «Onu çıxarıb yandırın».
约过了三个月,有人告诉犹大说:“你的儿妇她玛作了妓女,且因行淫有了身孕。”犹大说:“拉出她来,把她烧了!”
25 O bayıra çıxarıldığı zaman qayınatasına xəbər göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu möhür, qaytan və əsa kimindir?»
她玛被拉出来的时候便打发人去见她公公,对他说:“这些东西是谁的,我就是从谁怀的孕。请你认一认,这印和带子并杖都是谁的?”
26 Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi.
犹大承认说:“她比我更有义,因为我没有将她给我的儿子示拉。”从此犹大不再与她同寝了。
27 Tamar doğanda məlum oldu ki, bətnində əkiz var.
她玛将要生产,不料她腹里是一对双生。
28 Doğuş vaxtı bir uşaq əlini çıxartdı. Mamaça götürüb onun əlinə qırmızı ip bağladı və dedi: «Əvvəlcə bu doğuldu».
到生产的时候,一个孩子伸出一只手来;收生婆拿红线拴在他手上,说:“这是头生的。”
29 Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres qoydular.
随后这孩子把手收回去,他哥哥生出来了;收生婆说:“你为什么抢着来呢?”因此给他起名叫法勒斯。
30 Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun adını Zerah qoydular.
后来,他兄弟那手上有红线的也生出来,就给他起名叫谢拉。