< Yaradiliş 37 >

1 Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı.
雅各伯定居在他父親作客的客納罕地方。
2 Yaqubun tarixçəsi belədir. Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atasının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı.
以下是雅各伯的小史。若瑟十七歲時,與哥哥們一同放羊。他尚年幼,常與自己的父親的妻子彼耳哈和齊耳帕的兒子們在一起。他不斷將他們作的惡事報告給父親。
3 İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi.
以色列愛若瑟超過其他的兒子,因為是他年老生的,並給他做了一件彩色長衫。
4 Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər.
他的哥哥們見父親愛他勝過其餘的兒子,就忌恨他,不能與他和氣交談。
5 Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar.
若瑟作了一夢,講給哥哥們聽,因此他們越發惱恨他。
6 Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın:
他對他們說:「請聽我作的夢:
7 biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona təzim etdilər».
我夢見我們同在田間捆麥子,忽然我的麥捆站起來,你們的麥捆圍住我的麥捆下拜。」
8 Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər.
他哥哥們對他說:「難道你要作我們的君王﹖或者統治我們﹖」他們為了這夢和這番話,越發惱恨他。
9 Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə təzim edir».
他又作了一夢,也告訴他哥哥們說:「我又作了一夢:夢見太陽和月亮並一顆星辰向我下拜。」
10 O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?»
當他給父親和哥哥們講說這夢時,他父親就責斥他說:「你作的是什麼夢﹖難道我和你母親以及你的兄弟,都要來向你叩首至地﹖」
11 Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.
他兄弟們都忌恨他;他父親卻將這事存在心裏。
12 Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər.
若瑟的哥哥們去了舍根,放他們父親的羊。
13 İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram».
以色列對若瑟說:「你哥哥們不是在舍根放羊麼﹖來,我打發你去看看他們。」他回答說:「我在這裏。」
14 İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı.
以色列對他說:「你去看看你哥哥們是否平安,羊群怎樣;然後回來告訴我。」以色列便打發他由赫貝龍山谷前去;他到了舍根。
15 Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu.
有一個人見他在田間遊蕩,那人就問他說:「你尋找什麼﹖」
16 O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?»
他答說:「我尋找我的哥哥;請告訴我:他們在那裏放羊﹖」
17 Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı.
那人答說:「他們已離開了這裏;我聽見他們說:我們到多堂去。」於是若瑟便去追尋他的哥哥,在多堂找到了。
18 Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər.
他們老遠就看見了他;在他尚未近以前,就已決定要謀殺他。
19 Qardaşlar bir-birlərinə dedilər: «Baxın, bu yuxular görən gəlir.
他們彼此說:「看,那作夢的人來了!
20 İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır».
我們殺掉他,將他拋在一口井裏,說是猛獸吃了。看他的夢還有什麼用﹖」
21 Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq».
勒烏本聽了,就設法由他們手中救他,遂說:「我們不要害他! 」
22 Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın.
勒烏本又對他們說:「你們不要流血;只將他丟在這曠野的井裏,不可下手害他。」他的意思是想由他們手中救出他來,還給父親。
23 Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar.
若瑟一來到他哥哥們那裏,他們就脫去了他穿的那件彩色長衣,抓住他,把他丟在井裏;
24 Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi.
那井是空的,裏面沒有水。
25 Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar.
他們坐下吃飯時,舉目看見一隊由基肋阿得來的依市瑪耳人;他們的駱駝滿載樹膠、香液和香料,要下到埃及去。
26 Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar?
猶大遂對兄弟們說:「殺害我們的弟弟,隱瞞他的血,究竟有什麼益處﹖
27 Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar.
不如將他賣給依市瑪耳人,免得對他下毒手,因為他究竟是我們的兄弟,是我們的骨肉。」兄弟們聽從了他的意見。
28 Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.
米淂楊的商人經過那裏時,他們便從井中拉出若瑟來,以二十塊銀錢賣給了依市瑪耳人;他們便將若瑟帶到埃及去了。
29 Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı.
勒烏本回到井邊,不見若瑟在井內,遂撕裂了自己的衣服,
30 Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?»
回到兄弟們那裏喊說:「孩子不見了! 我可往那裏去呢﹖」
31 Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar.
他們於是拿了若瑟的長衣,殺了一隻公山羊,將長衣浸在血裏;
32 Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?»
然後派人將那件彩色的長衣送給他們的父親說:「這是我們尋得的,請你仔細看看,是不是你兒子的長衣﹖」
33 O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb».
雅各伯仔細一看,就喊說:「是我兒子的長衣;猛獸將他吃了。若瑟被撕裂了,被撕裂了! 」
34 Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu.
雅各伯遂撕裂了自己的衣服,腰間圍上麻衣,為自己的兒子悲哀了多日。
35 Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı. (Sheol h7585)
雖然他的兒女都來安慰他,他卻不肯接受他們的安慰,說:「我只有悲哀地下到陰間,往我兒那裏去! 」他的父親竟這樣哀悼他。 (Sheol h7585)
36 Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar.
米德楊人後在在埃及將若瑟賣給了法郎的內臣,衛隊長普提法爾。

< Yaradiliş 37 >