< Yaradiliş 34 >
1 Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı.
肋阿給雅各伯生的女兒狄納,要去看看當地的女人。
2 O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı.
當地酋長希威人哈摩爾的兒子舍根看見她,就抓住她,強姦了她,玷辱了她。
3 Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi.
他的心迷戀雅各伯的女兒狄納,深愛這少女,說寬慰她心的話。
4 Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al».
事後,舍根向自己的父親哈摩爾說:「請給我娶這少女為妻。」
5 Yaqub qızı Dinanın zorlandığını eşitdi, ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər susdu.
雅各伯聽見舍根污辱了女兒狄納,但因他的兒子們那時正在鄉間看守他的牲畜,所以沒有作聲,等他們回來。
6 Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi.
舍根的父親哈摩爾前來見雅各伯,與他商議。
7 Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı.
那時雅各伯的兒子已由鄉間回來,一聽見這消息,就人人憤恨,非常惱怒,因為有人對以色列做出了這樣的醜事:竟與雅各伯的女兒同臥;這是不應該做的。
8 Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz.
哈摩爾與他們商議說:「我兒舍根的心迷戀你們的女兒,請你們將她嫁給他為妻。
9 Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı özünüzə alın.
你們可與我們互通婚姻:將你們的女兒嫁給我們,你們也可娶我們的女兒;
10 Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun».
這樣你們可同我們住在一起,本地都擺在你們面前,你們可在其中居住、行動、置業。」
11 Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm.
舍根也對狄納的父親和她的兄弟們說:「只要我在你們眼中蒙恩,凡你們要求的,我必依從。
12 Məndən çoxlu başlıq və hədiyyələr istəyin, söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı arvad olmaq üçün mənə verin».
任憑你們向我要多少聘金和禮品,我必照你們提出的交付,只要你們將這少女給我為妻。」
13 Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı.
雅各伯的兒子因為舍根污辱了他們的妹妹狄納,就用欺詐的話答覆舍根和他父親哈摩爾,
14 Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama ərə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar.
說:「將我們的妹妹嫁給一個沒有受割損的人,為我們實是一大恥辱,我們不能這樣作。
15 Ancaq bir şərtlə sizinlə razı oluruq: bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar,
除非有這個條件,我們不能同意:你們都應和我們一樣,使你們中所有的男子都受割損;
16 öz qızlarımızı sizə ərə verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq.
以後我們可將我們的女兒嫁給你們,我們也可娶你們的女兒;我們與你們住在一起,成為一個民族。
17 Əgər bizə qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb gedəcəyik».
如果你們不肯聽從我們而受割損,我們就帶著我們的女兒離去。」
18 Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi.
哈摩爾和他的兒子舍根認為他們的建議很好。
19 Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi.
這少年毫不遲延地要照這建議進行,因為他喜愛雅各伯的女兒,更何況他還是他父親全家族中最重要的人物。
20 Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər:
哈摩爾和自己的兒子舍根於是來到城門口,向本城的人提議說:「
21 «Bu adamlar bizimlə səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara ərə verərik.
這些人對我們很和善,讓他們住在本地內,在這裏活動;本地原很廣闊,足夠容納他們。我們可娶他們的女兒為妻,也可將我們的女兒嫁給他們。
22 Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun.
但是,這些人只有一個條件,才同意與我們住在一起,形成一個民族:就是我們中所有的男子都應受割損,如同他們受了割損一樣。
23 Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın».
這樣,他們的家畜和財產,以及一切牲口,豈不都歸了我們! 只要我們同意,他們就肯同我們住在一起。」
24 Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu.
凡由城門出入的人,都聽從了哈摩爾和他的兒子舍根的話;由城門出入的男子,都受了割損。
25 Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər.
第三天他們正疼痛難忍時,雅各伯的兩個兒子,狄納的哥哥西默盎和肋未,各自拿了一把刀,不慌不忙進了城,殺了所有的男子;
26 Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər.
又用刀殺了哈摩爾和他的兒子舍根,由舍根房內領出狄納而去。
27 Yaqubun oğulları ölənlərin yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar.
雅各伯其餘的兒子因了自己的妹妹受污,乘人被殺就前來洗劫城邑,
28 Onların qoyun-keçilərini, mal-qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər.
奪去了他們的羊群、牛群和驢,並城內和鄉間所有的一切。
29 Bütün mallarını, uşaqlarını və qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət etdilər.
凡是他們的財物,連他們所有的孩子和婦女都擄了去;凡屋內所有的一切,都奪了去。
30 Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam».
雅各伯事後對西默盎和肋未說:「你們害了我,使我在本地的居民,即客納罕人和培黎齊人中,成了個可恨的人。我的人數少,如果他們聯合起來反對我,攻擊我,那末我和我全家就必同歸於盡。」
31 Amma onlar dedilər: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?»
他們回答說:「難道人應待我們的妹妹如同一個妓女﹖」