< Yaradiliş 27 >

1 İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum». Esav ona «mən buradayam» dedi.
و چون اسحاق پیر شد، و چشمانش از دیدن تار گشته بود، پسر بزرگ خودعیسو را طلبیده، به وی گفت: «ای پسر من!» گفت: «لبیک.»۱
2 İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm.
گفت: «اینک پیر شده‌ام و وقت اجل خود را نمی دانم.۲
3 İndi silahını, yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan ovla.
پس اکنون، سلاح خود یعنی ترکش و کمان خویش را گرفته، به صحرا برو، ونخجیری برای من بگیر،۳
4 Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm».
و خورشی برای من چنانکه دوست می‌دارم ساخته، نزد من حاضر کن، تا بخورم و جانم قبل از مردنم تو را برکت دهد.»۴
5 İshaq oğlu Esavla danışarkən Rivqa eşidirdi. Esav heyvan ovlayıb gətirmək üçün çöllüyə getdi.
و چون اسحاق به پسر خود عیسو سخن می‌گفت، رفقه بشنید، و عیسو به صحرا رفت تانخجیری صید کرده، بیاورد.۵
6 Rivqa oğlu Yaquba belə dedi: «Bax mən eşitdim ki, atan qardaşın Esava bu sözləri dedi:
آنگاه رفقه پسرخود، یعقوب را خوانده، گفت: «اینک پدر تو راشنیدم که برادرت عیسو را خطاب کرده، می‌گفت:۶
7 “Mənim üçün ov əti gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin hüzurunda xeyir-dua verərəm”.
“برای من شکاری آورده، خورشی بساز تا آن را بخورم، و قبل از مردنم تو را درحضور خداوند برکت دهم.”۷
8 Oğlum, indi sənə əmr edəcəyim sözlərə qulaq as:
پس‌ای پسر من، الان سخن مرا بشنو در آنچه من به تو امر می‌کنم.۸
9 bu saat sürüyə gedib oradan mənə iki yaxşı oğlaq gətir. Onlardan atanın xoşladığı kimi ləzzətli yemək hazırlayacağam.
بسوی گله بشتاب، و دو بزغاله خوب از بزها، نزد من بیاور، تا از آنها غذایی برای پدرت بطوری که دوست می‌دارد، بسازم.۹
10 Sən də onu yeməsi üçün atana aparacaqsan ki, ölümündən qabaq sənə xeyir-dua versin».
و آن را نزد پدرت ببر تا بخورد، و تو را قبل از وفاتش برکت دهد.»۱۰
11 Yaqub anası Rivqaya dedi: «Qardaşım Esav tüklü bir adamdır, mən isə tüksüzəm.
یعقوب به مادر خود، رفقه، گفت: «اینک برادرم عیسو، مردی مویدار است و من مردی بی‌موی هستم؛۱۱
12 Birdən atam mənə əlini sürtər və mən onun nəzərində yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm».
شاید که پدرم مرا لمس نماید، و در نظرش مثل مسخره‌ای بشوم، و لعنت به عوض برکت بر خود آورم.»۱۲
13 Anası ona dedi: «Sənə olunacaq lənət mənə gəlsin, oğlum. Ancaq sözümə qulaq as: get, dediyim şeyi mənə gətir».
مادرش به وی گفت: «ای پسر من، لعنت تو بر من باد! فقط سخن مرا بشنو و رفته، آن را برای من بگیر.»۱۳
14 Yaqub gedib oğlaqları götürdü və anasına gətirdi, anası da onun atasının xoşladığı kimi ləzzətli yemək hazırladı.
پس رفت و گرفته، نزد مادر خود آورد. و مادرش خورشی ساخت بطوری که پدرش دوست می‌داشت.۱۴
15 Rivqa böyük oğlu Esavın evdə saxladığı ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi.
و رفقه، جامه فاخر پسر بزرگ خودعیسو را، که نزد او در خانه بود گرفته، به پسر کهترخود، یعقوب پوشانید،۱۵
16 Onun əllərinə və boynunun tüksüz yerinə oğlaq dəriləri bağladı.
و پوست بزغاله‌ها را، بر دستها و نرمه گردن او بست.۱۶
17 Sonra hazırladığı ləzzətli yeməyi və çörəyi oğlu Yaqubun əlinə verdi.
و خورش ونانی که ساخته بود، به‌دست پسر خود یعقوب سپرد.۱۷
18 Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?»
پس نزد پدر خود آمده، گفت: «ای پدرمن!» گفت: «لبیک، تو کیستی‌ای پسر من؟»۱۸
19 Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən».
یعقوب به پدر خود گفت: «من نخست زاده توعیسو هستم. آنچه به من فرمودی کردم، الان برخیز، بنشین و از شکار من بخور، تا جانت مرابرکت دهد.»۱۹
20 İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi».
اسحاق به پسر خود گفت: «ای پسر من! چگونه بدین زودی یافتی؟» گفت: «یهوه خدای تو به من رسانید.»۲۰
21 İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?»
اسحاق به یعقوب گفت: «ای پسر من، نزدیک بیا تا تو را لمس کنم، که آیا تو پسر من عیسو هستی یا نه.»۲۱
22 Yaqub atası İshaqa yaxınlaşdı. İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın əlləridir».
پس یعقوب نزد پدر خود اسحاق آمد، و او را لمس کرده، گفت: «آواز، آواز یعقوب است، لیکن دستها، دستهای عیسوست.»۲۲
23 İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi.
و او را نشناخت، زیرا که دستهایش مثل دستهای برادرش عیسو، موی دار بود، پس او را برکت داد.۲۳
24 O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli».
و گفت: «آیاتو همان پسر من، عیسو هستی؟» گفت: «من هستم.»۲۴
25 İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona şərab gətirdi və o içdi.
پس گفت: «نزدیک بیاور تا از شکارپسر خود بخورم و جانم تو را برکت دهد.» پس نزد وی آورد و بخورد و شراب برایش آورد ونوشید.۲۵
26 Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp».
و پدرش، اسحاق به وی گفت: «ای پسر من، نزدیک بیا و مرا ببوس.»۲۶
27 O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi: «Bax oğlumun qoxusu Rəbbin xeyir-dua verdiyi Çölün qoxusu kimidir.
پس نزدیک آمده، او را بوسید و رایحه لباس او را بوییده، او رابرکت داد و گفت: «همانا رایحه پسر من، مانندرایحه صحرایی است که خداوند آن را برکت داده باشد.۲۷
28 Allah sənə göylərin şehini, Torpağın şirəsini, Bol buğda və çoxlu təzə şərab versin.
پس خدا تو را از شبنم آسمان و ازفربهی زمین، و از فراوانی غله و شیره عطا فرماید.۲۸
29 Xalqlar sənə qulluq etsin, Ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, Ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin, Sənə xeyir-dua verənlər xeyir-dua alsın».
قومها تو را بندگی نمایند و طوایف تو راتعظیم کنند، بر برادران خود سرور شوی، وپسران مادرت تو را تعظیم نمایند. ملعون باد هرکه تو را لعنت کند، و هر‌که تو را مبارک خواند، مبارک باد.»۲۹
30 İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-çıxmaz qardaşı Esav ovdan qayıtdı.
و واقع شد چون اسحاق، از برکت دادن به یعقوب فارغ شد، به مجرد بیرون رفتن یعقوب ازحضور پدر خود اسحاق، که برادرش عیسو ازشکار باز آمد.۳۰
31 Esav da ləzzətli yemək hazırlayıb atasına gətirdi və ona dedi: «Atam qalxıb oğlunun gətirdiyi ov ətindən yesin və mənə xeyir-dua versin».
و او نیز خورشی ساخت، و نزدپدر خود آورده، به پدر خود گفت: «پدر من برخیزد و از شکار پسر خود بخورد، تا جانت مرابرکت دهد.»۳۱
32 Atası İshaq ondan soruşdu: «Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam».
پدرش اسحاق به وی گفت: «توکیستی؟» گفت: «من پسر نخستین تو، عیسوهستم.»۳۲
33 İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu».
آنگاه لرزه‌ای شدید بر اسحاق مستولی شده، گفت: «پس آن که بود که نخجیری صید کرده، برایم آورد، و قبل از آمدن تو از همه خوردم و او را برکت دادم، و فی الواقع او مبارک خواهد بود؟»۳۳
34 Esav atasının sözlərini eşidəndə ucadan və acı səslə fəryad edib dedi: «Ay ata, mənə də xeyir-dua ver».
عیسو چون سخنان پدر خود راشنید، نعره‌ای عظیم و بی‌نهایت تلخ برآورده، به پدر خود گفت: «ای پدرم، به من، به من نیز برکت بده!»۳۴
35 İshaq dedi: «Qardaşın hiylə ilə gəlib sənin xeyir-duanı aldı».
گفت: «برادرت به حیله آمد، و برکت تورا گرفت.»۳۵
36 Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə xeyir-dua saxlamamısan?»
گفت: «نام او را یعقوب بخوبی نهادند، زیرا که دو مرتبه مرا از پا درآورد. اول نخست زادگی مرا گرفت، و اکنون برکت مرا گرفته است.» پس گفت: «آیا برای من نیز برکتی نگاه نداشتی؟»۳۶
37 İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?»
اسحاق در جواب عیسو گفت: «اینک او را بر تو سرور ساختم، و همه برادرانش را غلامان او گردانیدم، و غله و شیره را رزق اودادم. پس الان‌ای پسر من، برای تو چه کنم؟»۳۷
38 Esav atasına dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı.
عیسو به پدر خود گفت: «ای پدر من، آیا همین یک برکت را داشتی؟ به من، به من نیز‌ای پدرم برکت بده!» و عیسو به آواز بلند بگریست.۳۸
39 Atası İshaq ona belə cavab verdi: «Yaşadığın yer torpağın şirəsindən, Yuxarıda göylərin şehindən uzaq olacaq.
پدرش اسحاق در جواب او گفت: «اینک مسکن تو (دور) از فربهی زمین، و از شبنم آسمان از بالا خواهد بود.۳۹
40 Qılıncınla yaşayıb Qardaşına qulluq edəcəksən. Amma azad olmaq istəyəndə Onun boyunduruğunu Boynundan qırıb atacaqsan».
و به شمشیرت خواهی زیست، و برادر خود را بندگی خواهی کرد، وواقع خواهد شد که چون سر باز زدی، یوغ او را ازگردن خود خواهی انداخت.»۴۰
41 Atası Yaquba xeyir-dua verdiyinə görə Esav qardaşına nifrət etdi. O öz-özünə dedi: «Atamın matəm günləri yaxınlaşır. O zaman qardaşım Yaqubu öldürərəm».
و عیسو بسبب آن برکتی که پدرش به یعقوب داده بود، بر او بغض ورزید؛ و عیسو دردل خود گفت: «ایام نوحه گری برای پدرم نزدیک است، آنگاه برادر خود یعقوب را خواهم کشت.»۴۱
42 Böyük oğlu Esavın dediyi sözlər Rivqanın qulağına çatdı. Buna görə də xəbər göndərib kiçik oğlu Yaqubu çağırdı və ona dedi: «Bax qardaşın Esav səni öldürməklə qisas almaq istəyir.
و رفقه، از سخنان پسر بزرگ خود، عیسوآگاهی یافت. پس فرستاده، پسر کوچک خود، یعقوب را خوانده، بدو گفت: «اینک برادرت عیسو درباره تو خود را تسلی می‌دهد به اینکه تورا بکشد.۴۲
43 Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın yanına qaç.
پس الان‌ای پسرم سخن مرا بشنو وبرخاسته، نزد برادرم، لابان، به حران فرار کن.۴۳
44 Qardaşının hirsi soyuyana qədər bir müddət Lavanın yanında qal.
وچند روز نزد وی بمان، تا خشم برادرت برگردد.۴۴
45 Sənə qarşı qəzəbi sönəndə, ona elədiyini unudanda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir gündə ikinizdən də məhrum olum?»
تا غضب برادرت از تو برگردد، و آنچه بدوکردی، فراموش کند. آنگاه می‌فرستم و تو را ازآنجا باز می‌آورم. چرا باید از شما هر دو در یک روز محروم شوم؟»۴۵
46 Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?»
و رفقه به اسحاق گفت: «بسبب دختران حت از جان خود بیزار شده‌ام. اگریعقوب زنی از دختران حت، مثل اینانی که دختران این زمینند بگیرد، مرا از حیات چه فایده خواهد بود.»۴۶

< Yaradiliş 27 >