< Yaradiliş 24 >

1 İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi.
And Abraham was old, and well stricken in age: And Yhwh had blessed Abraham in all things.
2 Bir gün İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: «Əlini budumun altına qoyub
And Abraham said unto his eldest servant of his house, that ruled over all that he had, Put, I pray thee, thy hand under my thigh:
3 göyün və yerin Allahı Rəbbin adına mənə and iç ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan,
And I will make thee swear by Yhwh, the God of heaven, and the God of the earth, that thou shalt not take a wife unto my son of the daughters of the Canaanites, among whom I dwell:
4 ancaq mənim ölkəmə, qohumlarımın yanına gedib oğlum İshaq üçün arvad alacaqsan».
But thou shalt go unto my country, and to my kindred, and take a wife unto my son Isaac.
5 Nökər ona dedi: «Bəlkə qız mənimlə birgə bu ölkəyə gəlməyə razı olmadı? Onda oğlunu sənin çıxdığın ölkəyə aparımmı?»
And the servant said unto him, Peradventure the woman will not be willing to follow me unto this land: must I needs bring thy son again unto the land from whence thou camest?
6 İbrahim ona dedi: «Bax oğlumu oraya aparma.
And Abraham said unto him, Beware thou that thou bring not my son thither again.
7 Məni atamın evindən və doğulduğum torpaqdan çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə verəcəyəm” deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən oradan oğluma arvad alıb gətirəcəksən.
Yhwh God of heaven, which took me from my father’s house, and from the land of my kindred, and which spake unto me, and that sware unto me, saying, Unto thy seed will I give this land; he shall send his angel before thee, and thou shalt take a wife unto my son from thence.
8 Əgər o qadın səninlə gəlmək istəməsə, sən bu anddan azad olursan. Ancaq mənim oğlumu oraya aparma».
And if the woman will not be willing to follow thee, then thou shalt be clear from this my oath: only bring not my son thither again.
9 Nökər əlini ağası İbrahimin budu altına qoyub bu işə görə ona and içdi.
And the servant put his hand under the thigh of Abraham his master, and sware to him concerning that matter.
10 Nökər ağasından on dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram-Naharayimə, Naxor şəhərinə gəldi.
And the servant took ten camels of the camels of his master, and departed; for all the goods of his master were in his hand: and he arose, and went to Mesopotamia, unto the city of Nahor.
11 Axşam qadınlar su çəkmək üçün çıxdıqları zaman onun dəvələri şəhərin kənarında olan su quyusunun yanında dayandı.
And he made his camels to kneel down without the city by a well of water at the time of the evening, even the time that women go out to draw water.
12 Sonra dua etdi: «Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bu gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər.
And he said, O Yhwh God of my master Abraham, I pray thee, send me good speed this day, and shew kindness unto my master Abraham.
13 Mən bu bulağın yanında dururam; şəhər sakinlərinin qızları su çəkmək üçün buraya gəlirlər.
Behold, I stand here by the well of water; and the daughters of the men of the city come out to draw water:
14 Qoy elə olsun ki, mənim “xahiş edirəm, səhəngini endir, su içim” deyəcəyim və mənə “özün də iç və dəvələrinə də verim” söyləyəcək qız qulun İshaq üçün təyin etdiyin arvad olsun; bundan bilərəm ki, ağama xeyirxahlıq edirsən».
And let it come to pass, that the damsel to whom I shall say, Let down thy pitcher, I pray thee, that I may drink; and she shall say, Drink, and I will give thy camels drink also: let the same be she that thou hast appointed for thy servant Isaac; and thereby shall I know that thou hast shewed kindness unto my master.
15 O, duasını bitirməmişdi ki, İbrahimin qardaşı Naxorun arvadı Milkadan doğulan oğlu Betuelin qızı Rivqa çiynində səhəng gəldi.
And it came to pass, before he had done speaking, that, behold, Rebekah came out, who was born to Bethuel, son of Milcah, the wife of Nahor, Abraham’s brother, with her pitcher upon her shoulder.
16 Qız görünüşcə çox gözəl idi və hələ bakirə idi. O, bulağa endi və səhəngini doldurub yuxarı qalxdı.
And the damsel was very fair to look upon, a virgin, neither had any man known her: and she went down to the well, and filled her pitcher, and came up.
17 Nökər onun qabağına qaçıb dedi: «Xahiş edirəm, səhəngindən mənə bir az su ver, içim».
And the servant ran to meet her, and said, Let me, I pray thee, drink a little water of thy pitcher.
18 Qız dedi: «Ağam, buyur iç». Qız tez səhəngini əli üstünə endirdi və ona su verdi.
And she said, Drink, my lord: and she hasted, and let down her pitcher upon her hand, and gave him drink.
19 Ona su verəndən sonra dedi: «Dəvələrin üçün də su çəkim, içib doysunlar».
And when she had done giving him drink, she said, I will draw water for thy camels also, until they have done drinking.
20 Qız tez səhəngini təknəyə boşaltdı, su çəkmək üçün cəld quyunun yanına qaçdı və nökərin bütün dəvələri üçün su çəkdi.
And she hasted, and emptied her pitcher into the trough, and ran again unto the well to draw water, and drew for all his camels.
21 O adam sakit duraraq diqqətlə qıza baxırdı ki, Rəbbin onun yoluna xeyir-dua verib-vermədiyini bilsin.
And the man wondering at her held his peace, to wit whether Yhwh had made his journey prosperous or not.
22 Dəvələr su içib qurtaranda o adam çəkisi bir beqa olan qızıl burun sırğası, qızın qolları üçün çəkisi on şekel olan iki bilərzik götürüb dedi:
And it came to pass, as the camels had done drinking, that the man took a golden earring of half a shekel weight, and two bracelets for her hands of ten shekels weight of gold;
23 «Mənə de görüm, sən kimin qızısan? Atanın evində bizə gecə qalmaq üçün yer tapılarmı?»
And said, Whose daughter art thou? tell me, I pray thee: is there room in thy father’s house for us to lodge in?
24 Qız ona dedi: «Mən Milkanın Naxora doğduğu Betuelin qızıyam».
And she said unto him, I am the daughter of Bethuel the son of Milcah, which she bare unto Nahor.
25 Yenə dedi: «Bizdə saman da, yem də çoxdur və gecələməyə yer də var».
She said moreover unto him, We have both straw and provender enough, and room to lodge in.
26 O adam əyilib Rəbbə səcdə etdi.
And the man bowed down his head, and worshipped Yhwh.
27 Sonra dedi: «Ağam İbrahimin Allahı Rəbbə alqış olsun ki, xeyirxahlığını və sədaqətini ağamdan əsirgəmədi: Rəbb məni birbaş ağamın qardaşının evinə gətirdi».
And he said, Blessed be Yhwh God of my master Abraham, who hath not left destitute my master of his mercy and his truth: I being in the way, Yhwh led me to the house of my master’s brethren.
28 Qız qaçıb anasının evində bu barədə danışdı.
And the damsel ran, and told them of her mother’s house these things.
29 Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına – bulağa qaçdı.
And Rebekah had a brother, and his name was Laban: and Laban ran out unto the man, unto the well.
30 O, bacısının burun halqasını və qollarındakı bilərziyi görəndə, bacısı Rivqanın «bu adam mənimlə belə danışdı» sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq başında dəvələrin yanında dayanmışdı.
And it came to pass, when he saw the earring and bracelets upon his sister’s hands, and when he heard the words of Rebekah his sister, saying, Thus spake the man unto me; that he came unto the man; and, behold, he stood by the camels at the well.
31 Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam».
And he said, Come in, thou blessed of Yhwh; wherefore standest thou without? for I have prepared the house, and room for the camels.
32 O adam evə girdi. Lavan dəvələrin yükünü boşaltdı, onlara saman və yem verdi, o adama və onunla birgə olanlara ayaqlarını yumaq üçün su verdi.
And the man came into the house: and he ungirded his camels, and gave straw and provender for the camels, and water to wash his feet, and the men’s feet that were with him.
33 Onların qabağına yemək gətirildi, ancaq həmin adam dedi: «Məqsədimi söyləməyincə yeməyəcəyəm». Lavan dedi: «Söylə».
And there was set meat before him to eat: but he said, I will not eat, until I have told mine errand. And he said, Speak on.
34 O dedi: «Mən İbrahimin nökəriyəm.
And he said, I am Abraham’s servant.
35 Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi.
And Yhwh hath blessed my master greatly; and he is become great: and he hath given him flocks, and herds, and silver, and gold, and menservants, and maidservants, and camels, and donkeys.
36 Ağamın arvadı Sara da qoca ikən ağama bir oğul doğdu. Ağam özünə məxsus olan hər şeyi ona verdi.
And Sarah my master’s wife bare a son to my master when she was old: and unto him hath he given all that he hath.
37 Sonra da məni and içdirərək dedi: “Ölkələrində yaşadığım Kənanlıların qızlarından oğluma arvad alma,
And my master made me swear, saying, Thou shalt not take a wife to my son of the daughters of the Canaanites, in whose land I dwell:
38 ancaq atamın evinə – qohumlarımın yanına gedib oradan oğluma bir arvad al”.
But thou shalt go unto my father’s house, and to my kindred, and take a wife unto my son.
39 Mən ağama dedim: “Bəlkə o qadın mənimlə gəlmədi”.
And I said unto my master, Peradventure the woman will not follow me.
40 O mənə dedi: “Önündə davrandığım Rəbb səninlə Öz mələyini göndərəcək, yolun uğurlu olacaq və qohumlarımın arasından – atamın evindən oğluma bir arvad alacaqsan.
And he said unto me, Yhwh, before whom I walk, will send his angel with thee, and prosper thy way; and thou shalt take a wife for my son of my kindred, and of my father’s house:
41 Qohumlarımın yanına getdiyin zaman içdiyin anddan azad olacaqsan: əgər o qızı sənə verməsələr, içdiyin anddan azad olacaqsan”.
Then shalt thou be clear from this my oath, when thou comest to my kindred; and if they give not thee one, thou shalt be clear from my oath.
42 Mən də bu gün bulağın yanına gəlib dua etdim: “Ey ağam İbrahimin Allahı Rəbb, yalvarıram, getdiyim yolu aç.
And I came this day unto the well, and said, O Yhwh God of my master Abraham, if now thou do prosper my way which I go:
43 İndi mən bulağın yanında dururam; su çəkməyə gələn və mənim ona ‹xahiş edirəm, mənə səhəngindən bir az su ver, içim› deyəcəyim,
Behold, I stand by the well of water; and it shall come to pass, that when the virgin cometh forth to draw water, and I say to her, Give me, I pray thee, a little water of thy pitcher to drink;
44 onun da mənə ‹sən də iç, dəvələrinə də gedib su çəkim› söyləyəcək qız ağamın oğlu üçün Rəbbin təyin etdiyi arvad olsun”.
And she say to me, Both drink thou, and I will also draw for thy camels: let the same be the woman whom Yhwh hath appointed out for my master’s son.
45 Mən ürəyimdə dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa enib su çəkdi. Ona dedim: “Xahiş edirəm, mənə su ver”.
And before I had done speaking in mine heart, behold, Rebekah came forth with her pitcher on her shoulder; and she went down unto the well, and drew water: and I said unto her, Let me drink, I pray thee.
46 O tez səhəngini çiynindən endirib dedi: “Sən iç, gedim dəvələrinə də su verim”. Mən içdim, o isə dəvələrə su verdi.
And she made haste, and let down her pitcher from her shoulder, and said, Drink, and I will give thy camels drink also: so I drank, and she made the camels drink also.
47 Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi: “Milkanın Naxora doğduğu Betuelin qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım.
And I asked her, and said, Whose daughter art thou? And she said, The daughter of Bethuel, Nahor’s son, whom Milcah bare unto him: and I put the ring upon her nose, and the bracelets upon her hands.
48 Sonra əyilib Rəbbə səcdə etdim. Ağamın qardaşı qızını oğluna almaq üçün məni birbaş buraya gətirən ağam İbrahimin Allahı Rəbbə şükür etdim.
And I bowed down my head, and worshipped Yhwh, and blessed Yhwh God of my master Abraham, which had led me in the right way to take my master’s brother’s daughter unto his son.
49 İndi mənə deyin görüm, siz ağama xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz ya yox? Bunu mənə bildirin ki, mən də nə edəcəyimi bilim».
And now if ye will deal kindly and truly with my master, tell me: and if not, tell me; that I may turn to the right hand, or to the left.
50 Lavan və Betuel ona belə cavab verdilər: «Bu iş Rəbdən oldu; sənə nə yaxşı, nə də pis söz deyə bilərik.
Then Laban and Bethuel answered and said, The thing proceedeth from Yhwh: we cannot speak unto thee bad or good.
51 Bax Rivqa qarşındadır: onu götürüb get və qoy o, Rəbbin söylədiyi kimi ağanın oğluna arvad olsun».
Behold, Rebekah is before thee, take her, and go, and let her be thy master’s son’s wife, as Yhwh hath spoken.
52 İbrahimin nökəri onların sözlərini eşidəndə yerə qapanıb Rəbbə səcdə etdi.
And it came to pass, that, when Abraham’s servant heard their words, he worshipped Yhwh, bowing himself to the earth.
53 Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı.
And the servant brought forth jewels of silver, and jewels of gold, and raiment, and gave them to Rebekah: he gave also to her brother and to her mother precious things.
54 Özü və onunla birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi: «Məni ağamın yanına göndərin».
And they did eat and drink, he and the men that were with him, and tarried all night; and they rose up in the morning, and he said, Send me away unto my master.
55 Qızın qardaşı ilə anası dedilər: «Qoy qız bizimlə heç olmasa on gün qalsın, sonra gedər».
And her brother and her mother said, Let the damsel abide with us a few days, at the least ten; after that she shall go.
56 Nökər onlara dedi: «İndi ki Rəbb mənə yol açdı, məni gecikdirməyin, buraxın ağamın yanına gedim».
And he said unto them, Hinder me not, seeing Yhwh hath prospered my way; send me away that I may go to my master.
57 Onlar dedilər: «Qoy qızı çağırıb öz dilindən eşidək».
And they said, We will call the damsel, and enquire at her mouth.
58 Rivqanı çağırıb ona dedilər: «Bu adamla gedirsənmi?» O da «gedirəm» dedi.
And they called Rebekah, and said unto her, Wilt thou go with this man? And she said, I will go.
59 Onlar bacıları Rivqanı, onun dayəsini, İbrahimin nökərini və onunla olan adamları yola saldılar.
And they sent away Rebekah their sister, and her nurse, and Abraham’s servant, and his men.
60 Rivqaya xeyir-dua verib dedilər: «Ey bacımız, Minlərlə, on minlərlə övlada ana olasan! Qoy nəslin yağıların yurduna sahib olsun!»
And they blessed Rebekah, and said unto her, Thou art our sister, be thou the mother of thousands of tens of thousands, and let thy seed possess the gate of those which hate them.
61 Rivqa və qulluqçuları qalxıb dəvələrə mindilər və o adamla birgə getdilər. Beləliklə, nökər Rivqanı götürüb getdi.
And Rebekah arose, and her damsels, and they rode upon the camels, and followed the man: and the servant took Rebekah, and went his way.
62 İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı.
And Isaac came from the way of the well Lahai–roi; for he dwelt in the south country.
63 Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir.
And Isaac went out to meditate in the field at the eventide: and he lifted up his eyes, and saw, and, behold, the camels were coming.
64 Rivqa da başını qaldırıb İshaqı görəndə dəvədən düşdü.
And Rebekah lifted up her eyes, and when she saw Isaac, she lighted off the camel.
65 O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü.
For she had said unto the servant, What man is this that walketh in the field to meet us? And the servant had said, It is my master: therefore she took a vail, and covered herself.
66 Nökər baş vermiş bütün işlər barədə İshaqa danışdı.
And the servant told Isaac all things that he had done.
67 İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı.
And Isaac brought her into his mother Sarah’s tent, and took Rebekah, and she became his wife; and he loved her: and Isaac was comforted after his mother’s death.

< Yaradiliş 24 >