< Yaradiliş 18 >
1 Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu.
İbrahim günün sıcak saatlerinde Mamre meşeliğindeki çadırının önünde otururken, RAB kendisine göründü.
2 O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi:
İbrahim karşısında üç adamın durduğunu gördü. Onları görür görmez karşılamaya koştu. Yere kapanarak,
3 «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə.
“Ey efendim, eğer gözünde lütuf bulduysam, lütfen kulunun yanından ayrılma” dedi,
4 İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz.
“Biraz su getirteyim, ayaklarınızı yıkayın. Şu ağacın altında dinlenin.
5 Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz». Onlar dedilər: «Dediyin kimi elə».
Madem kulunuza konuk geldiniz, bırakın size yiyecek bir şeyler getireyim. Biraz dinlendikten sonra yolunuza devam edersiniz.” Adamlar, “Peki, dediğin gibi olsun” dediler.
6 İbrahim çadıra – Saranın yanına qaçıb dedi: «Tez ol, üç sea narın un götürüb xəmir yoğur və kökə bişir».
İbrahim hemen çadıra, Sara'nın yanına gitti. Ona, “Hemen üç sea ince un al, yoğurup pide yap” dedi.
7 İbrahim mal-qaraya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə verdi. Nökər də onu hazırlamaq üçün tələsdi.
Ardından sığırlara koştu. Körpe ve besili bir buzağı seçip uşağına verdi. Uşak buzağıyı hemen hazırladı.
8 İbrahim kəsmiyi, südü və hazırladığı buzovu götürüb onların qabağına qoydu, özü isə ağacın altında, onların yanında durdu. Onlar da yedilər.
İbrahim hazırlanan buzağıyı yoğurt ve sütle birlikte götürüp konuklarının önüne koydu. Onlar yerken o da yanlarında, ağacın altında durdu.
9 Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada çadırdadır».
Konuklar, “Karın Sara nerede?” diye sordular. İbrahim, “Çadırda” diye yanıtladı.
10 Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub qulaq asırdı.
O, “Gelecek yıl bu zamanda kesinlikle yanına döneceğim” dedi, “O zaman karın Sara'nın bir oğlu olacak.” Sara onun arkasında, çadırın girişinde durmuş, dinliyordu.
11 İbrahim və Sara qocalıb yaşa dolmuşdular. Sara aybaşıdan kəsilmişdi.
İbrahim'le Sara kocamışlardı, yaşları hayli ileriydi. Sara âdetten kesilmişti.
12 O, ürəyində gülüb dedi: «Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır».
İçin için gülerek, “Bu yaştan sonra bu sevinci tadabilir miyim?” diye düşündü, “Üstelik efendim de yaşlı.”
13 Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi?” deyib güldü?
RAB İbrahim'e sordu: “Sara niçin, ‘Bu yaştan sonra gerçekten çocuk sahibi mi olacağım?’ diyerek güldü?
14 Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq».
RAB için olanaksız bir şey var mı? Belirlenen vakitte, gelecek yıl bu zaman yanına döndüğümde Sara'nın bir oğlu olacak.”
15 Sara qorxduğu üçün «gülmədim» deyib inkar etdi. Ancaq Rəbb dedi: «Xeyr, güldün».
Sara korktu, “Gülmedim” diyerek yalan söyledi. RAB, “Hayır, güldün” dedi.
16 O adamlar qalxıb oradan Sodoma tərəf baxdılar. İbrahim onları yola salmaq üçün onlarla birgə getdi.
Adamlar oradan ayrılırken Sodom'a doğru baktılar. İbrahim onları yolcu etmek için yanlarında yürüyordu.
17 O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi?
RAB, “Yapacağım şeyi İbrahim'den mi gizleyeceğim?” dedi,
18 Həqiqətən, İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün millətləri xeyir-dua alacaq.
“Kuşkusuz İbrahim'den büyük ve güçlü bir ulus türeyecek, yeryüzündeki bütün uluslar onun aracılığıyla kutsanacak.
19 Çünki Mən onu seçdim ki, oğullarına və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin».
Doğru ve adil olanı yaparak yolumda yürümeyi oğullarına ve soyuna buyursun diye İbrahim'i seçtim. Öyle ki, ona verdiğim sözü yerine getireyim.”
20 Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır.
Sonra İbrahim'e, “Sodom ve Gomora büyük suçlama altında” dedi, “Günahları çok ağır.
21 Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim».
Onun için inip bakacağım. Duyduğum suçlamalar doğru mu, değil mi göreceğim. Bunları yapıp yapmadıklarını anlayacağım.”
22 O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu.
Adamlar oradan ayrılıp Sodom'a doğru gittiler. Ama İbrahim RAB'bin huzurunda kaldı.
23 İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən?
RAB'be yaklaşarak, “Haksızla birlikte haklıyı da mı yok edeceksin?” diye sordu,
24 Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən?
“Kentte elli doğru kişi var diyelim. Orayı gerçekten yok edecek misin? İçindeki elli doğru kişinin hatırı için kenti bağışlamayacak mısın?
25 Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz».
Senden uzak olsun bu. Haklıyı, haksızı aynı kefeye koyarak haksızın yanında haklıyı da öldürmek senden uzak olsun. Bütün dünyayı yargılayan adil olmalı.”
26 Rəbb dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm».
RAB, “Eğer Sodom'da elli doğru kişi bulursam, onların hatırına bütün kenti bağışlayacağım” diye karşılık verdi.
27 İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm:
İbrahim, “Ben toz ve külüm, bir hiçim” dedi, “Ama seninle konuşma yürekliliğini göstereceğim.
28 əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam».
Kırk beş doğru kişi var diyelim, beş kişi için bütün kenti yok mu edeceksin?” RAB, “Eğer kentte kırk beş doğru kişi bulursam, orayı yok etmeyeceğim” dedi.
29 İbrahim yenə Onu dilə tutub dedi: «Əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu etmərəm».
İbrahim yine sordu: “Ya kırk kişi bulursan?” RAB, “O kırk kişinin hatırı için hiçbir şey yapmayacağım” diye yanıtladı.
30 İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «Əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm».
İbrahim, “Ya Rab, öfkelenme ama, otuz kişi var diyelim?” dedi. RAB, “Otuz kişi bulursam, kente dokunmayacağım” diye yanıtladı.
31 İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm».
İbrahim, “Ya Rab, lütfen konuşma yürekliliğimi bağışla” dedi, “Eğer yirmi kişi bulursan?” RAB, “Yirmi kişinin hatırı için kenti yok etmeyeceğim” diye yanıtladı.
32 İbrahim dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa, necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm».
İbrahim, “Ya Rab, öfkelenme ama, bir kez daha konuşacağım” dedi, “Eğer on kişi bulursan?” RAB, “On kişinin hatırı için kenti yok etmeyeceğim” diye yanıtladı.
33 Rəbb İbrahimlə söhbətini bitirib getdi. İbrahim də öz yerinə qayıtdı.
RAB İbrahim'le konuşmasını bitirince oradan ayrıldı, İbrahim de çadırına döndü.