< Yaradiliş 16 >

1 İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi.
And Sarai Abram's wife did not bear him [children]. And she had an Egyptian maidservant; and her name was Hagar.
2 Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı.
And Sarai said to Abram, Behold now, Jehovah has shut me up, that I do not bear. Go in, I pray thee, to my maidservant: it may be that I shall be built up by her. And Abram hearkened to the voice of Sarai.
3 İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi.
And Sarai Abram's wife took Hagar, the Egyptian, her maidservant, at the end of ten years that Abram had dwelt in the land of Canaan, and gave her to her husband Abram, as his wife.
4 İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı.
And he went in to Hagar, and she conceived. And when she saw that she had conceived, her mistress was lightly esteemed in her eyes.
5 Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin».
And Sarai said to Abram, My wrong be on thee! I have given my maidservant into thy bosom; and now she sees that she has conceived, I am lightly esteemed in her eyes. Jehovah judge between me and thee!
6 İbram Saraya dedi: «Qarabaşını sənin ixtiyarına verirəm, ona nə istəyirsən, elə». Saray qarabaşı ilə sərt rəftar etməyə başladı və qarabaşı onun yanından qaçdı.
And Abram said to Sarai, Behold, thy maidservant is in thy hand: do to her what is good in thine eyes. And Sarai oppressed her; and she fled from her face.
7 Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı.
And the Angel of Jehovah found her by a spring of water in the wilderness, by the spring on the way to Shur.
8 Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram».
And he said, Hagar, Sarai's maidservant, whence comest thou? and whither art thou going? And she said, I am fleeing from the face of my mistress Sarai.
9 Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol».
And the Angel of Jehovah said to her, Return to thy mistress, and submit thyself under her hands.
10 Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək».
And the Angel of Jehovah said to her, I will multiply thy seed exceedingly, that it shall not be numbered for multitude.
11 Sonra Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən, Bir oğul doğacaqsan. Onun adını İsmail qoyarsan, Çünki Rəbb əziyyət içində fəryadını eşitdi.
And the Angel of Jehovah said to her, Behold, thou art with child, and shalt bear a son, and shalt call his name Ishmael, because Jehovah hath hearkened to thy affliction.
12 O, insanlar arasında Vəhşi eşşək kimi olacaq: O hamıya, Hamı isə ona qarşı çıxacaq, Bütün qardaşları ilə yola getməyərək yaşayacaq».
And he will be a wild-ass of a man, his hand against every man, and every man's hand against him; and he shall dwell before the face of all his brethren.
13 Həcər onunla danışan Rəbbi «Sən El-Roisən» adlandırdı, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm».
And she called the name of Jehovah who spoke to her, Thou art the God who reveals himself, for she said, Also here have I seen after he has revealed himself.
14 Buna görə də həmin bulaq Beer-Laxay-Roi adlanır. O, Qadeşlə Beredin arasında yerləşir.
Therefore the well was named Beer-lahai-roi: behold, it is between Kadesh and Bered.
15 Həcər İbrama bir oğul doğdu və İbram Həcərdən olan oğlunun adını İsmail qoydu.
And Hagar bore Abram a son; and Abram called the name of his son whom Hagar bore, Ishmael.
16 Həcər ona İsmaili doğanda İbramın səksən altı yaşı var idi.
And Abram was eighty-six years old when Hagar bore Ishmael to Abram.

< Yaradiliş 16 >