< Yaradiliş 12 >

1 Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get.
RAB Avram'a, “Ülkeni, akrabalarını, baba evini bırak, sana göstereceğim ülkeye git” dedi,
2 Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan.
“Seni büyük bir ulus yapacağım, Seni kutsayacak, sana ün kazandıracağım, Bereket kaynağı olacaksın.
3 Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq».
Seni kutsayanları kutsayacak, Seni lanetleyeni lanetleyeceğim. Yeryüzündeki bütün halklar Senin aracılığınla kutsanacak.”
4 İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi.
Avram RAB'bin buyurduğu gibi yola çıktı. Lut da onunla birlikte gitti. Avram Harran'dan ayrıldığı zaman yetmiş beş yaşındaydı.
5 İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər.
Karısı Saray'ı, yeğeni Lut'u, Harran'da kazandıkları malları, edindikleri uşakları yanına alıp Kenan ülkesine doğru yola çıktı. Oraya vardılar.
6 İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı.
Avram ülke boyunca Şekem'deki More meşesine kadar ilerledi. O günlerde orada Kenanlılar yaşıyordu.
7 Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.
RAB Avram'a görünerek, “Bu toprakları senin soyuna vereceğim” dedi. Avram kendisine görünen RAB'be orada bir sunak yaptı.
8 Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı.
Oradan Beytel'in doğusundaki dağlık bölgeye doğru gitti. Çadırını batıdaki Beytel'le doğudaki Ay Kenti'nin arasına kurdu. Orada RAB'be bir sunak yapıp RAB'bi adıyla çağırdı.
9 İbram tədricən cənuba doğru hərəkət edirdi.
Sonra kona göçe Negev'e doğru ilerledi.
10 Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük aclıq hökm sürürdü.
Ülkedeki şiddetli kıtlık yüzünden Avram geçici bir süre için Mısır'a gitti.
11 O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan.
Mısır'a yaklaştıklarında karısı Saray'a, “Güzel bir kadın olduğunu biliyorum” dedi,
12 Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar.
“Olur ki Mısırlılar seni görüp, ‘Bu onun karısı’ diyerek beni öldürür, seni sağ bırakırlar.
13 Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram».
Lütfen, ‘Onun kızkardeşiyim’ de ki, senin hatırın için bana iyi davransınlar, canıma dokunmasınlar.”
14 İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər.
Avram Mısır'a girince, Mısırlılar karısının çok güzel olduğunu farkettiler.
15 Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı.
Kadını gören firavunun adamları, güzelliğini firavuna övdüler. Kadın saraya alındı.
16 Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu.
Onun hatırı için firavun Avram'a iyi davrandı. Avram davar, sığır, erkek ve dişi eşek, erkek ve kadın köle, deve sahibi oldu.
17 Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi.
RAB Avram'ın karısı Saray yüzünden firavunla ev halkının başına korkunç felaketler getirdi.
18 Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin?
Firavun Avram'ı çağırtarak, “Nedir bana bu yaptığın?” dedi, “Neden Saray'ın karın olduğunu söylemedin?
19 Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get».
Niçin ‘Saray kızkardeşimdir’ diyerek onunla evlenmeme izin verdin? Al karını, git!”
20 Firon adamlara onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar.
Firavun Avram için adamlarına buyruk verdi. Böylece Avram'la karısını sahip olduğu her şeyle birlikte gönderdiler.

< Yaradiliş 12 >