< Qalatiyalilara 5 >
1 Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.
τῇ ἐλευθερίᾳ ἡμᾶς χριστὸς ἠλευθέρωσεν· στήκετε οὖν, καὶ μὴ πάλιν ζυγῷ δουλείας ἐνέχεσθε.
2 Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz.
Ἴδε ἐγὼ Παῦλος λέγω ὑμῖν ὅτι ἐὰν περιτέμνησθε, χριστὸς ὑμᾶς οὐδὲν ὠφελήσει·
3 Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur.
μαρτύρομαι δὲ πάλιν παντὶ ἀνθρώπῳ περιτεμνομένῳ, ὅτι ὀφειλέτης ἐστὶν ὅλον τὸν νόμον ποιῆσαι.
4 Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz.
κατηργήθητε ἀπὸ χριστοῦ, οἵτινες ἐν νόμῳ δικαιοῦσθε, τῆς χάριτος ἐξεπέσατε·
5 Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik.
ἡμεῖς γὰρ πνεύματι ἐκ πίστεως ἐλπίδα δικαιοσύνης ἀπεκδεχόμεθα.
6 Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
ἐν γὰρ χριστῷ Ἰησοῦ οὔτε περιτομή τι ἰσχύει, οὔτε ἀκροβυστία, ἀλλὰ πίστις δι᾽ ἀγάπης ἐνεργουμένη.
7 Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi?
ἐτρέχετε καλῶς· τίς ὑμᾶς ἐνέκοψεν ἀληθείᾳ μὴ πείθεσθαι;
8 Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil.
ἡ πεισμονὴ οὐκ ἐκ τοῦ καλοῦντος ὑμᾶς.
9 Azacıq maya bütün xəmiri acıdır.
μικρὰ ζύμη ὅλον τὸ φύραμα ζυμοῖ.
10 Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək.
ἐγὼ πέποιθα εἰς ὑμᾶς ἐν κυρίῳ, ὅτι οὐδὲν ἄλλο φρονήσετε· ὁ δὲ ταράσσων ὑμᾶς βαστάσει τὸ κρῖμα, ὅστις ἐὰν ᾖ.
11 Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı.
ἐγὼ δέ, ἀδελφοί, εἰ περιτομὴν ἔτι κηρύσσω, τί ἔτι διώκομαι; ἄρα κατήργηται τὸ σκάνδαλον τοῦ σταυροῦ.
12 Ah, kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!
ὄφελον καὶ ἀποκόψονται οἱ ἀναστατοῦντες ὑμᾶς.
13 Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.
Ὑμεῖς γὰρ ἐπ᾽ ἐλευθερίᾳ ἐκλήθητε, ἀδελφοί· μόνον μὴ τὴν ἐλευθερίαν εἰς ἀφορμὴν τῇ σαρκί, ἀλλὰ διὰ τῆς ἀγάπης δουλεύετε ἀλλήλοις.
14 Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev».
ὁ γὰρ πᾶς νόμος ἐν ἑνὶ λόγῳ πεπλήρωται, ἐν τῷ, Ἀγαπήσεις τὸν πλησίον σου ὡς σεαυτόν.
15 Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.
εἰ δὲ ἀλλήλους δάκνετε καὶ κατεσθίετε, βλέπετε μὴ ὑπ᾽ ἀλλήλων ἀναλωθῆτε.
16 Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz.
Λέγω δέ, πνεύματι περιπατεῖτε, καὶ ἐπιθυμίαν σαρκὸς οὐ μὴ τελέσητε.
17 Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz.
ἡ γὰρ σὰρξ ἐπιθυμεῖ κατὰ τοῦ πνεύματος, τὸ δὲ πνεῦμα κατὰ τῆς σαρκός· ταῦτα γὰρ ἀλλήλοις ἀντίκειται, ἵνα μὴ ἃ ἐὰν θέλητε, ταῦτα ποιῆτε.
18 Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz.
εἰ δὲ πνεύματι ἄγεσθε, οὐκ ἐστὲ ὑπὸ νόμον.
19 Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq,
φανερὰ δέ ἐστιν τὰ ἔργα τῆς σαρκός, ἅτινά ἐστιν, πορνεία ἀκαθαρσία ἀσέλγεια
20 bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr,
εἰδωλολατρεία φαρμακεία ἔχθραι ἔρις ζῆλος θυμοὶ ἐριθεῖαι διχοστασίαι αἱρέσεις
21 paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.
φθόνοι [φόνοι] μέθαι κῶμοι, καὶ τὰ ὅμοια τούτοις· ἃ προλέγω ὑμῖν, καθὼς προεῖπον, ὅτι οἱ τὰ τοιαῦτα πράσσοντες βασιλείαν θεοῦ οὐ κληρονομήσουσιν.
22 Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
ὁ δὲ καρπὸς τοῦ πνεύματός ἐστιν ἀγάπη χαρὰ εἰρήνη μακροθυμία χρηστότης ἀγαθωσύνη πίστις
23 həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.
πρᾳΰτης ἐγκράτεια· κατὰ τῶν τοιούτων οὐκ ἔστιν νόμος.
24 Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.
οἱ δὲ τοῦ χριστοῦ Ἰησοῦ τὴν σάρκα ἐσταύρωσαν σὺν τοῖς παθήμασιν καὶ ταῖς ἐπιθυμίαις.
25 Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.
εἰ ζῶμεν πνεύματι, πνεύματι καὶ στοιχῶμεν.
26 Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.
μὴ γινώμεθα κενόδοξοι, ἀλλήλους προκαλούμενοι, ἀλλήλοις φθονοῦντες.