< Ezra 1 >

1 Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi elan etdi:
ובשנת אחת לכורש מלך פרס לכלות דבר יהוה מפי ירמיה העיר יהוה את רוח כרש מלך פרס ויעבר קול בכל מלכותו וגם במכתב לאמר׃
2 «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi.
כה אמר כרש מלך פרס כל ממלכות הארץ נתן לי יהוה אלהי השמים והוא פקד עלי לבנות לו בית בירושלם אשר ביהודה׃
3 Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı yar olsun! Qoy onlar Yəhudanın Yerusəlim şəhərinə qalxsın və İsrailin Allahı Rəbbin məbədini tiksinlər. Yerusəlimdə səcdə qılınan Allah Odur.
מי בכם מכל עמו יהי אלהיו עמו ויעל לירושלם אשר ביהודה ויבן את בית יהוה אלהי ישראל הוא האלהים אשר בירושלם׃
4 Sağ qalan İsraillilər hansı əhali arasında yaşayırsa, qoy onlar Yerusəlimdəki Allah evinə verəcəkləri könüllü ianələrdən başqa, qızıl-gümüş, əşya və heyvanlar verməklə bu adamlara kömək etsinlər”».
וכל הנשאר מכל המקמות אשר הוא גר שם ינשאוהו אנשי מקמו בכסף ובזהב וברכוש ובבהמה עם הנדבה לבית האלהים אשר בירושלם׃
5 Yəhuda, Binyamin qəbilələrinin nəsil başçıları, kahinlərlə Levililər, eləcə də Allahın ruhlandırdığı bütün adamlar Rəbbin Yerusəlimdəki məbədini tikmək üçün yola düşməyə hazırlaşdılar.
ויקומו ראשי האבות ליהודה ובנימן והכהנים והלוים לכל העיר האלהים את רוחו לעלות לבנות את בית יהוה אשר בירושלם׃
6 Aralarında yaşadıqları yerli əhalinin hamısı verdikləri könüllü ianələrdən başqa, qızılla, gümüş qablarla, əşyalarla, heyvanlarla və qiymətli şeylərlə onlara kömək etdilər.
וכל סביבתיהם חזקו בידיהם בכלי כסף בזהב ברכוש ובבהמה ובמגדנות לבד על כל התנדב׃
7 Padşah Kir Navuxodonosorun Rəbbin Yerusəlimdəki məbədindən götürüb öz allahlarının məbədinə qoyduğu əşyaları çıxartdı.
והמלך כורש הוציא את כלי בית יהוה אשר הוציא נבוכדנצר מירושלם ויתנם בבית אלהיו׃
8 Fars padşahı Kir onları xəzinədar Mitredatın əli ilə oradan çıxardaraq hamısını sayıb Yəhuda rəhbəri Şeşbassara verdi.
ויוציאם כורש מלך פרס על יד מתרדת הגזבר ויספרם לששבצר הנשיא ליהודה׃
9 Onların sayı bu qədər idi: otuz qızıl ləyən, min gümüş ləyən, iyirmi doqquz bıçaq,
ואלה מספרם אגרטלי זהב שלשים אגרטלי כסף אלף מחלפים תשעה ועשרים׃
10 otuz qızıl boşqab, bir-birinə oxşayan dörd yüz on gümüş boşqab və min ədəd də başqa qablar.
כפורי זהב שלשים כפורי כסף משנים ארבע מאות ועשרה כלים אחרים אלף׃
11 Qızıl və gümüş əşyaların hamısı beş min dörd yüz ədəd idi. Sürgündə yaşayanlar Babildən Yerusəlimə qaytarılanda Şeşbassar bu əşyaların hamısını onlarla bərabər gətirdi.
כל כלים לזהב ולכסף חמשת אלפים וארבע מאות הכל העלה ששבצר עם העלות הגולה מבבל לירושלם׃

< Ezra 1 >