< Ezra 8 >

1 Artaxşastanın padşahlığı zamanı mənimlə bərabər Babildən gələn və adları qeyd edilmiş nəsil başçıları bunlardır:
ואלה ראשי אבתיהם והתיחשם העלים עמי במלכות ארתחשסתא המלך מבבל׃
2 Pinxas övladlarından Gerşom, İtamar övladlarından Daniel, Davud övladlarından Xattuş,
מבני פינחס גרשם מבני איתמר דניאל מבני דויד חטוש׃
3 Şekanya nəslindən, Paroş övladlarından, Zəkəriyyə və onunla bir nəsildən qeydə alınan yüz əlli kişi.
מבני שכניה מבני פרעש זכריה ועמו התיחש לזכרים מאה וחמשים׃
4 Paxat-Moav övladlarından Zerahya oğlu Elyehoenay və onunla bərabər iki yüz kişi.
מבני פחת מואב אליהועיני בן זרחיה ועמו מאתים הזכרים׃
5 Şekanya övladlarından Yaxazielin oğlu və onunla bərabər üç yüz kişi.
מבני שכניה בן יחזיאל ועמו שלש מאות הזכרים׃
6 Adin övladlarından Yonatan oğlu Eved və onunla bərabər əlli kişi.
ומבני עדין עבד בן יונתן ועמו חמשים הזכרים׃
7 Elam övladlarından Atalya oğlu Yeşaya və onunla bərabər yetmiş kişi.
ומבני עילם ישעיה בן עתליה ועמו שבעים הזכרים׃
8 Şefatya övladlarından Mikael oğlu Zevadya və onunla bərabər səksən kişi.
ומבני שפטיה זבדיה בן מיכאל ועמו שמנים הזכרים׃
9 Yoav övladlarından Yexiel oğlu Avdiya və onunla bərabər iki yüz on səkkiz kişi.
מבני יואב עבדיה בן יחיאל ועמו מאתים ושמנה עשר הזכרים׃
10 Şelomit övladlarından Yosifyanın oğlu və onunla bərabər yüz altmış kişi.
ומבני שלומית בן יוספיה ועמו מאה וששים הזכרים׃
11 Bevay övladlarından Bevay oğlu Zəkəriyyə və onunla bərabər iyirmi səkkiz kişi.
ומבני בבי זכריה בן בבי ועמו עשרים ושמנה הזכרים׃
12 Azqad övladlarından Haqqatan oğlu Yoxanan və onunla bərabər yüz on kişi.
ומבני עזגד יוחנן בן הקטן ועמו מאה ועשרה הזכרים׃
13 Adoniqamın Elifelet, Yeiel, Şemaya adlı sonuncu oğulları və onlarla bərabər altmış kişi.
ומבני אדניקם אחרנים ואלה שמותם אליפלט יעיאל ושמעיה ועמהם ששים הזכרים׃
14 Biqvay övladlarından Utay, Zakkur və onlarla bərabər yetmiş kişi.
ומבני בגוי עותי וזבוד ועמו שבעים הזכרים׃
15 Onları Ahavaya tərəf axan çayın yanına yığdım və üç gün orada qaldıq. Mən orada xalqla kahinləri yoxladım, lakin orada Levi övladlarından heç kimi tapa bilmədim.
ואקבצם אל הנהר הבא אל אהוא ונחנה שם ימים שלשה ואבינה בעם ובכהנים ומבני לוי לא מצאתי שם׃
16 Başçılardan Eliezeri, Arieli, Şemayanı, Elnatanı, Yarivi, Elnatanı, Natanı, Zəkəriyyəni, Meşullamı, savadlılardan Yoyarivi və Elnatanı çağırtdırdım.
ואשלחה לאליעזר לאריאל לשמעיה ולאלנתן וליריב ולאלנתן ולנתן ולזכריה ולמשלם ראשים וליויריב ולאלנתן מבינים׃
17 Sonra onları Kasifya deyilən yerdə başçılıq edən İddonun yanına göndərdim. Allahımızın məbədinə xidmət edən adamları bizə gətirmək üçün Kasifya deyilən yerdə İddoya və məbəd qulluqçuları olan qardaşlarına nə deyəcəklərini öyrətdim.
ואוצאה אותם על אדו הראש בכספיא המקום ואשימה בפיהם דברים לדבר אל אדו אחיו הנתונים בכספיא המקום להביא לנו משרתים לבית אלהינו׃
18 Allahımızın mərhəmətli əli üzərimizdə olduğuna görə İsrail oğlu Levi oğlu Maxli övladlarından zəkalı bir adam olan Şerevya ilə oğulları və soydaşlarından on səkkiz nəfəri,
ויביאו לנו כיד אלהינו הטובה עלינו איש שכל מבני מחלי בן לוי בן ישראל ושרביה ובניו ואחיו שמנה עשר׃
19 Haşavyanı, onunla bərabər Merari övladlarından Yeşayanı və qardaşları ilə onların övladlarından iyirmi nəfəri,
ואת חשביה ואתו ישעיה מבני מררי אחיו ובניהם עשרים׃
20 Levililərə kömək etmək üçün Davudla başçılarının təyin etdikləri məbəd qulluqçularından iki yüz iyirmi nəfəri bizə gətirdilər. Onların hamısı adbaad qeyd olunmuşdu.
ומן הנתינים שנתן דויד והשרים לעבדת הלוים נתינים מאתים ועשרים כלם נקבו בשמות׃
21 Allahımızın qarşısında özümüzü aşağı tutub Ondan özümüz, övladlarımız və bütün malımız üçün təhlükəsiz yol diləməkdən ötrü Ahava çayı yanında oruc elan etdim.
ואקרא שם צום על הנהר אהוא להתענות לפני אלהינו לבקש ממנו דרך ישרה לנו ולטפנו ולכל רכושנו׃
22 Çünki düşmənə qarşı yolda bizə kömək etmək üçün padşahdan əsgər və atlılar istəməyə utanırdım, həm də padşaha belə söyləmişdik: «Allahımızın əli yaxşılıq etmək üçün Ona etiqad edənlərin üzərindədir. Lakin Ondan dönənlərə Öz gücünü və qəzəbini göstərir».
כי בשתי לשאול מן המלך חיל ופרשים לעזרנו מאויב בדרך כי אמרנו למלך לאמר יד אלהינו על כל מבקשיו לטובה ועזו ואפו על כל עזביו׃
23 Elə buna görə də biz oruc tutub Allahımıza yalvardıq. O bizim duamızı qəbul etdi.
ונצומה ונבקשה מאלהינו על זאת ויעתר לנו׃
24 Kahinlərin rəhbərləri arasından on iki nəfəri – Şerevya, Xaşavya ilə onların on nəfər soydaşını seçdim.
ואבדילה משרי הכהנים שנים עשר לשרביה חשביה ועמהם מאחיהם עשרה׃
25 Padşahın, məsləhətçilərinin, rəislərinin və orada olan bütün İsraillilərin Allahımızın məbədi üçün təqdim etdikləri qızıl və gümüşlə bərabər əşyaları da çəkib onlara verdim.
ואשקולה להם את הכסף ואת הזהב ואת הכלים תרומת בית אלהינו ההרימו המלך ויעציו ושריו וכל ישראל הנמצאים׃
26 Onların əlinə altı yüz əlli talant gümüş, yüz talant gümüş əşya, yüz talant qızıl,
ואשקלה על ידם כסף ככרים שש מאות וחמשים וכלי כסף מאה לככרים זהב מאה ככר׃
27 min dariklik dəyəri olan iyirmi qızıl boşqab və qızıl qədər qiymətli olan parlaq misdən iki gözəl qabı da çəkib verdim.
וכפרי זהב עשרים לאדרכנים אלף וכלי נחשת מצהב טובה שנים חמודת כזהב׃
28 Onlara dedim: «Siz Rəbbin müqəddəslərisiniz, bu əşyalar da müqəddəsdir. Bu qızılla gümüş atalarınızın Allahı Rəbbə edilən könüllü təqdimdir.
ואמרה אלהם אתם קדש ליהוה והכלים קדש והכסף והזהב נדבה ליהוה אלהי אבתיכם׃
29 Diqqətli olun! Onları kahinlərin rəhbərləri, Levililər və İsrailin nəsil başçıları qarşısında Yerusəlimdəki Rəbbin məbədinin otaqlarında çəkib təhvil verənə qədər qoruyun».
שקדו ושמרו עד תשקלו לפני שרי הכהנים והלוים ושרי האבות לישראל בירושלם הלשכות בית יהוה׃
30 Kahinlərlə Levililər çəkilmiş qızıl və gümüşlə qabları Yerusəlimə, Allahımızın məbədinə aparmaq üçün götürdülər.
וקבלו הכהנים והלוים משקל הכסף והזהב והכלים להביא לירושלם לבית אלהינו׃
31 Yerusəlimə getmək üçün Ahava çayı sahilindən birinci ayın on ikinci günü köçdük. Allahımızın əli üzərimizdə idi və bizi düşmənin əlindən, yolumuzdakı pusqulardan qurtardı.
ונסעה מנהר אהוא בשנים עשר לחדש הראשון ללכת ירושלם ויד אלהינו היתה עלינו ויצילנו מכף אויב ואורב על הדרך׃
32 Biz Yerusəlimə çatıb orada üç gün qaldıq.
ונבוא ירושלם ונשב שם ימים שלשה׃
33 Dördüncü gün isə Allahımızın məbədində qızıl-gümüş əşyaları çəkib kahin Uriyanın oğlu Meremotun əlinə verdik. Pinxas oğlu Eleazar, habelə Levililərdən olan Yeşua oğlu Yozavad və Binnuy oğlu Noadya da onunla idi.
וביום הרביעי נשקל הכסף והזהב והכלים בבית אלהינו על יד מרמות בן אוריה הכהן ועמו אלעזר בן פינחס ועמהם יוזבד בן ישוע ונועדיה בן בנוי הלוים׃
34 Əşyaların hamısı sayla, çəki ilə təhvil veriləndə bütün çəki miqdarı yazıldı.
במספר במשקל לכל ויכתב כל המשקל בעת ההיא׃
35 Bütün İsrail üçün sürgündən qayıdanlar İsrailin Allahına yandırma qurbanı olaraq on iki buğa, doxsan altı qoç, yetmiş yeddi quzu və günah qurbanı olaraq on iki təkə təqdim etdilər. Bunların hamısı Rəbbə təqdim edilən yandırma qurbanları idi.
הבאים מהשבי בני הגולה הקריבו עלות לאלהי ישראל פרים שנים עשר על כל ישראל אילים תשעים וששה כבשים שבעים ושבעה צפירי חטאת שנים עשר הכל עולה ליהוה׃
36 Sonra onlar padşahın əmrlərini padşahın canişinlərinə və Fərat çayının qərb tərəfindəki valilərinə verdilər. Onlar da xalqa və Allahın evinə kömək etdilər.
ויתנו את דתי המלך לאחשדרפני המלך ופחוות עבר הנהר ונשאו את העם ואת בית האלהים׃

< Ezra 8 >